Döyüş Bayrağı
Döyüş Bayrağı bütün dövrlərdə hərbi şərəf simvolu hesab edilir. Hərbi hissələrə yarandığı ilk gündən Azərbaycan Respublikası Prezidentinin xüsusi fərmanı ilə Döyüş Bayrağı təqdim edilir.
Döyüş Bayrağı sülh dövründə hərbi hissənin qərargahında xüsusi hazırlanmış yerdə saxlanılır. Onun mühafizəsi üçün ayrıca post yaradılır və bu posta ən hazırlıqlı əsgərlərdən saatdar təyin edilir. Müharibə zamanı isə Döyüş Bayrağı hissənin döyüş apardığı bölgədə yerləşir. Bu, hərbi hissənin mövcudluğunun göstəricisidir.
Silahlı Qüvvələrin emblemi
Silahlı Qüvvələrin emblemi Silahlı Qüvvələri başqa hərbi birləşmələrdən fərqləndirən əsas rəsmi rəmz hesab edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi hərbi qulluqçuların, həmçinin silahların, hərbi texnikanın və digər texnikanın Silahlı Qüvvələrə mənsubiyyətini bildirən nişandır.
Hərbi geyim forması
Hərbi geyim forması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi liseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir.
Hərbi geyim predmetlərinə - üst geyimləri, baş geyimləri, ayaqqabılar və s. aiddir.
Kokarda - baş geyiminin üzərinə bərkidilmiş metal nişan.
Lampas - ali zabitlərin şalvarlarının yanlarındakı zolaq.
Hərbi qulluqçuların fərqləndirmə nişanlarına paqonlar, yaxa nişanları, döş və qol nişanları, kokardlar paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar aiddir.
Hərbi geyim forması mərasim, gündəlik, səhra
geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə, öz növbəsində, yay və qış geyimlərinə bölünür.
Hərbi rütbələr və paqonlar
Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları - paqonlar, eləcə də hərbi rütbəyə görə fərqləndirmə qol nişanlarıdır. Hərbi qulluqçu və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Döyüş Bayrağı
Silahlı Qüvvələrin emblemi
Hərbi geyim forması
Hərbi rütbələr və paqonlar