ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ FƏNNİ
ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ FƏNNİ
Çağırışaqədərki hazırlıq fənninin tədrisi Azərbaycan xalqının və dövlətçiliyinin qorunmasının, onun ərazi bütövlüyünün təmin edilməsinin əsas qarantı olan Silahlı Qüvvələrimizə sağlam, vətənpərvər ruhlu gənclərin hazırlanması zərurətindən irəli gəlir.
Çağırışaqədərki hazırlıq fənninin məqsədi yeniyetmələri Azərbaycan Respublikası Konstitusiyasının qanunları və hərbi xidmətə dair müddəalarla tanış etmək, onların hərbi və vətənpərvər ruhda tərbiyəsinə nail olmaq, şagirdlərə atəş hazırlığı, mülki müdafiə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdişlərin verilməsini təmin etməkdən ibarətdir.