MÜLKİ MÜDAFİƏNİN VƏZİFƏLƏRİ VƏ TƏŞKİLİ
Standart: 2.4.1. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
Dərsin məqsədi:
– Mülki müdafiənin təşkili və əhəmiyyətinə dair təqdimat edir.
İş forması: kiçik qruplarla iş
İş üsulu: anlayışın çıxarılması, təqdimat
Resurslar: dərslik, plakatlar, iş dəftəri, iş vərəqləri, flipçart
Dərsin gedişi
Giriş hissə (3-5 dəqiqə). Bir cərgə düzülüş, raport, salamlaşma
Motivasiya (5 dəqiqə)
Sadədən mürəkkəbə doğru açar sözlərdən istifadə
edərək şagirdlərdən təqribi olaraq mülki müdafiə anlayışı alınır və mərkəzə yazılır.
UÇQUNLAR – QƏZALAR – TƏDBİRLƏR PLANI – HƏYAT FƏALİYYƏTİNİN POZULMASI – XİLASETMƏ – İNSAN TƏLƏFATI
MÜLKİ MÜDAFİƏ
Tədqiqat sualı
Əhalinin mülki müdafiəsi necə təşkil edilir?
Tədqiqatın aparılması (15 dəqiqə)
Tapşırıq:
I qrup: Mülki müdafiənin əhəmiyyəti barədə tədqiqat aparın və təqdimat edin.
Tədqiqat predmeti Ümumi məlumat Əhəmiyyəti
Mülki müdafiə
II qrup: İdarə və müəssisələrdə mülki müdafiənin təşkilinə dair tədqiqat aparın və təqdimat edin.
Tədqiqat predmeti Ümumi məlumat Əhəmiyyəti
İdarə və müəssisələrdə mülki müdafiənin təşkili
III qrup: Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələrinə dair tədqiqat aparın və təqdimat edin.
Tədqiqat predmeti Ümumi məlumat Əhəmiyyəti
Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələri
IV qrup: Əhalini mühafizə etmək üçün mülki müdafiənin gördüyü tədbirlərə dair tədqiqat aparın və təqdimat edin.
Tədqiqat predmeti Ümumi məlumat Əhəmiyyəti
Əhalini mühafizə etmək üçün mülki müdafiənin gördüyü tədbirlər
Məlumatın mübadiləsi və müzakirəsi (12 dəqiqə)
Hər qrup öz tapşırığı üzrə tədqiqat aparır və tədqiqat işini digər qruplara təqdim edir. Digər qrupların suallarına görə qruplar arasında müzakirə təşkil olunur.
Ümumiləşdirmə və nəticələrin çıxarılması (3 dəqiqə)
Şagirdlərlə birlikdə dərs ümumiləşdirilir və nəticələr çıxarılır. Əhali mühafizənin
qaydalarını mükəmməl bilsə və mühafizə düzgün təşkil edilsə, itkilər az olar.
Yaradıcı tətbiqetmə (5 dəqiqə)
İndiyədək məktəbimizdə keçirilən ən yaddaqalan “1 Mart – Ümumdünya Mülki
Müdafiə Günü” haqqında esse yazın.
Qiymətləndirmə (2 dəqiqə)
Meyarlar
Vaxtdan səmərəli istifadə edir.
Əməkdaşlıq edir.
Mülki müdafiənin təşkilinə dair təqdimat edir.
Yekun qiymət
I qrup
II qrup
III qrup
IV qrup
Rubrik
I səviyyə - Mülki müdafiənin əhəmiyyətini çətinliklə izah edir. Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələrini çətinliklə izah edir.
II səviyyə - Mülki müdafiənin əhəmiyyətini qismən izah edir. Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələrini qismən izah edir.
III səviyyə - Mülki müdafiənin əhəmiyyətini izah edir. Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələrini izah edir.
IV səviyyə - Mülki müdafiənin əhəmiyyətini nümunələr göstərməklə izah edir. Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələrini nümunələr göstərməklə izah edir.
Ev tapşırığı
1 Mart – Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixini araşdırın.