Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Şəkərli diabet xəstəliyinin kompleks müalicəsində plazmaferez (qan yuma) və ozonoterapiya prosedurları medikamentoz terapiyanın effektivliyini artırır, bir sıra hallarda orqanizm üçün zərərli olan kimyəvi preparatların istifadəsini xeyli azaltmağa şərait yaradır.
Qanın təmizləmə metodları olan plazmaferez və ozonoterapiyanın təyini şəkərli diabet xəstələrinin müalicəsində qan dövranından lipoproteidləri (yağları) ayırmağa, qan axınını, toxumaların oksigen qəbulunu və qidalanmasını yaxşılaşdırmağa, qanda şəkərin miqdarını azaltmağa, şəkər salıcı dərmanlara həssaslığı artırmağa, immuniteti qaldırmağa kömək edir.
Bu müalicə metodlarının istifadəsi diabetin ağırlaşmalarının, ilk növbədə amputasiyaların qarşısını almağa şərait yaradır, xoraların sağalmasını yaxşılaşdırır.
Obyektiv olaraq arterial təzyiqin normallaşması, artıq çəkinin azalması, göz dibi və angioqrafik göstəricilərin yaxşılaşması müşahidə olunur.
Plazmaferez və ozonoterapiya istisnasız olaraq xəstənin bütün orqan və sistemlərinə müalicəvi təsir göstərir, diabetli bir insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Xəstələrdə görmənin artması, ayaqlarda keyləşmənin azalması, baş ağrısı və diskomfortun itməsi, iş qabiliyyətinin artması, yuxunun yaxşılaşması müşahidə olunur.
Şəkərli diabetin kompleks müalicəsində ozonoterapiya effektivliyinə görə əsas yerlərdən birini tutur.
Ozon-oksigen qazının təsiri nəticəsində toxumaların qlükozanı yaxşı qəbul etməsi ilə qanda şəkərin miqdarı azalır. Qlükozanın parçalanması (oksidləşməsi) baş verir. Bunlarda toxumaların energetik aclığını azaldır, katabolik, oksidləşmə proseslərini normallaşdırır.
Şəkərli diabetdə toxumaların qidalanmasının pozulması oksigen aclığı nəticəsində də baş verir. Qanda şəkərin miqdarının artması qanın (hemoqlobinin) keyfiyyətini dəyişir. Qandan hüceyrəyə oksigen daşıyan hemoqlobinin qlikolizləşməsi ilə oksigenin hüceyrəyə ötürülməsi pisləşir. Tibbi ozon qlükoza üçün hüceyrə membranının keçiriciliyini artırır. Ozonun təsiri nəticəsində eritrositlərdə (qırmızı qan hüceyrələrində) qlükozanın mübadiləsi aktivləşir, oksigenin toxumalara ötürülməsi yaxşılaşır, onların oksigen təchizatı artır və hipoksiya (oksigen aclığı) aradan qalxır. Bu cür təsir də şəkərli diabetin müalicə prosesində mühüm rola malikdir. Ozonoterapiya hüceyrələrə qlükozanın və oksigenin zəif çatması ilə əlaqəli proseslərin (neyropatiya, artropatiya, angiopatiya) yaranmasının və inkişaf etməsinin qarşısını alır.
Şəkərli diabetdə çox kiçik damarların mənfəzinin daralmasının və qidalanmasının pozulması ilə gözlərin, sinir sisteminin, böyrəklərin, aşağı ətrafların zədələnmələri baş verir. Ozonoterapiya kiçik damarları genişləndirir, qanın axma qabiliyyətini artırır.
Ozonoterapiya immuniteti qaldırmaqla, xroniki infeksiyalara və irinli zədələnmələrə meyilli şəkərli diabet xəstələrinə immunomodulə edici təsir göstərir. Müalicə prosesində xəstələrin ümumi əhvalı yaxşılaşır, iş qabiliyyəti artır, yuxusu normallaşır.
Ozonoterapiya diabetli xəstələrdə aterosklerozun inkişafını tormozlayır, şəkər salıcı dərmanların təsirini artırır, onların dozasının azaldılmasına (bəzən kəsilməsinə ) şərait yaradır.
Metabolik göstəricilərdə müsbət dinamika muşahidə olunur: şəkərin miqdarı azalır, hüceyrə immuniteti aktivləşir, orqanizmin antioksidant aktivliyi artır.
Ozonoterapiya prosedurlarından sonra xəstələrdə görmənin artması, ayaqlarda keyləşmənin azalması, baş ağrısı və diskomfortun itməsi müşahidə olunur.
Obyektiv olaraq arterial təzyiqin normallaşması, artıq çəkinin azalması, göz dibi və angioqrafik göstəricilərin yaxşılaşması müşahidə olunur.
Müalicə məqsədi ilə ozonlaşmış fizioloji məhlul və ya qan vena daxilinə yeridilir, irinli zədələnmələrdə karkas kameralardan istifadə olunur.
Ozonoterapiya hipoqlikemik (şəkərin səviyyəsini endirən) təsir göstərdiyindən müalicə vaxtı qanda şəkərin miqdarını kontrolda saxlamaq və şəkərsalıcı preparatların dozasını korreksiya etmək lazımdır.
Ozonoterapiyanın orqanizmə gediş diapazonlu müsbət təsiri var. Əks göstərişi azdır, əlavə təsiri praktik olaraq yoxdur. Ozonla müalicə bütün yaş kateqoriyalı xəstələr tərəfindən yaxşı qəbul olunur.
Ozondan müalicə məqsədi ilə istifadə medikamentoz terapiyanın effektivliyini artırır, bir sıra hallarda orqanizm üçün zərərli olan kimyəvi preparatlardan imtina etməyə və ya onların istifadəsini xeyli azaltmağa şərait yaradır.
Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə individual olaraq (diaqnozdan, çəkidən, yaşdan, xəstəliyin və ya hamiləliyin dövründən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası (!) təyin olunur.
Ozonoterapiya haqqında daha ətraflı.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Qanın ekstrakorporal (qan dövranından kənar) detoks metodu olan plazmaferez (“qan yuma”) orqanizmin hüceyrə səviyyəsində təmizlənməsinə şərait yaradır.
Metodun mahiyyəti qanın duru hissəsi olan plazmanı (qan zərdabını) qan dövranından hissəvi xaric etməkdir. Qanın maye hissəsi (plazma) onun tərkibində olan bütün patoloji məhsullarla (zülallar, lipidlər, hormonlar, toksinlər, antigenlər, antitellər, immun komplekslər) birgə qandan ayrılır. Çıxarılan qan zərdabı plazma əvəz edən məhlullarla kompensasiya edilir. Beləliklə, qan təmizlənir, orqanizm cavanlaşır.
2-ci tip kateqoriyalı şəkərli diabet xəstələrində lipid (yağ) mübadiləsinin pozulması aterosklerozun sürətli inkişafına səbəb olur. Şəkərli diabet xəstələrində dislipidemiyanın ən çox rast gəlinən variantı triqlisiridlərin, aşağı sıxlıqlı lipoproteidlərin (“zərərli xolesterinin”) səviyyəsinin artması və yuxarı sıxlıqlı lipoproteidlərin (“xeyirli xolesterin”) səviyyəsinin enməsidir. Bu da aterosklerozun proqressivləşməsinə, ağırlaşmaların və trombozların inkişafına şərait yaradır. Dislipidemiyası olan şəkərli diabet xəstələrinin əksəriyyəti insulinə rezistentdirlər, bu hal xəstəyə şəkəri mümkün qədər azaltmağa imkan vermir.
1-ci tip şəkərli diabet xəstələrində autoimmun mexanizm plazmaferez metodlarının aparılmasına göstərişdir.
Qanın ekstrakorporal təmizləmə metodlarının təyini lipid mübadilə pozğunluğu olan şəkərli diabet xəstələrinin müalicəsində qan dövranından lipoproteidləri ayırmağa, qanın reologiyasını (qan axınını) yaxşılaşdırmağa, dərman preparatlarının o cümlədən şəkər salıcı medikamentlərə həssaslığı artırmağa, insulinə rezistentliyi aradan qaldırmağa kömək edir. Müalicə və profilaktikaya ehtiyacı olan ağırlaşmalar diabetik ayaq, nefropatiya, nevropatiya, diabetik retinopatiyadır.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Klinikamızda diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə daha ətraflı.