Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Efferent müalicə metodları olan plazmaferez (qan yuma, qan dəyişmə) və ozonoterapiya (ozon oksigen qazı ilə müalicə) qanın reoloji xüsusiyyətlərini (qan axınını, laxtalanmasını, qatılığını) əhəmiyyətli dərəcədə yaxşılaşdırır: mərkəzi və periferik qan dövranı, mikrosirkulyasiya yaxşılaşır; damar divarlarının elastikliyi bərpa olur; eritrositlərin deformasiya qabiliyyəti artır, adqeziv (yapışma) xüsusiyyəti zəifləyir və onların kapilyarlara keçməsi yaxşılaşır; qanın qatılığı azalır, qanın laxtalanma müddəti artır. Plazmaferez və ozonoterapiya orqan və toxumalara antihipoksik təsir göstərir (oksigenin hüceyrələrə çatdırılması və onun utilizasiya prosesləri yaxşılaşır), onların qidalanmasını (trofikasını) yaxşılaşdırır.
Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini təşkil edir. Orqanizmin bir elementi kimi qanın əhəmiyyəti qədim zamanlardan insanlara məlumdur. İnsan bədənində təxminən 5 litr qan var. Qan hüceyrələrdən (qırmızı və ağ qan hüceyrələrindən , trombositlərdən) və qanın duru hissəsi olan plazmadan ibarətdir. Qanın bədəndə sərbəst hərəkət etməsi üçün hər birimizin daxilində geniş bir tunel sistemi - qan dövranı sistemi mövcuddur. Ürək və qan damarları qan dövranı sistemini təşkil edir. Bu sistemdə dolaşan qan orqanizmin toxumalarına oksigen və qida maddələrini, bioloji aktiv birləşmələri çatdırır və onlardan karbon qazını, tullantı məhsullarını ifrazat orqanlarına gətirir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Qanın reologiyası (qan axını, cərəyanı) - qan hüceyrələrinin funksional vəziyyəti ilə (hərəkətliyi, deformasiya qabiliyyəti , eritrositlərin, leykositlərin və trombositlərin birləşmə (yapışma) aktivliyi ilə və qanın konsentrasiyası (özlülüyü, qatılığı) ilə müəyyən olunur.
Qanın sirkulyasiyası həqiqətən insan həyatını təmin edən çox mürəkkəb bir sistemdir. Sağlamlığın və hətta həyatın qorunmasında normal qan axını mühüm rol oynayır.
Qan kiçik və daha kiçik damarlara şaxələnən və nəticədə arteriolalara çevrilən arteriyalar vasitəsilə ürəkdən uzaqlaşır. Arteriolalar kapilyar adlanan daha kiçik qan damarlarına bağlanır. Kapilyarların nazik divarları vasitəsilə oksigen və qida maddələri qandan toxumalara, tullantı məhsulları isə toxumalardan qana keçir. Kapilyarlardan qan kiçik və daha sonra böyük vena damarlarına daxil olur və yenidən ürəyə qayıdır.
Normal eritrositlər (qırmızı qan hüceyrələri) kapilyarlardan keçərkən onların yüksək deformasiya qabiliyyəti oksigenin hüceyrələrə maksimum ötürülməsinə şərait yaradır, deformasiya qabiliyyətinin pisləşməsi (rigidliyin artması) ilə hüceyrələrə oksigen tədarükü kəskin şəkildə aşağı düşür. Eritrositlərin normal deformasiya qabiliyyəti onların nəqliyyat (oksigen daşıma) funksiyasını yerinə yetirmək üçün vacib xüsusiyyətdir.
Qan hüceyrələrinin funksional vəziyyətinin pozulması, qanın qatılaşması ürəyin fəaliyyətini gərginləşdirən və kiçik damarlarda qan axınını pozan geniş spektrli patoloji vəziyyətlər yaradır. Qanın damarların dar mənfəzini aşması çətinləşir. Bu da orqan və toxumaların qan təchizatının zəifləməsinə (işemiya), xroniki oksigen aclığına (hipoksiya) gətirib çıxarır. Mikrosirkulyasiyanın pis olması, oksigen və qida çatışmazlığı səbəbindən toxumalar zəhərli metabolik məhsulları tam şəkildə ixrac edə bilmir.
Qanın reoloji xüsusiyyətlərinin pisləşməsi tromboz ehtimalını da artırır.
Bir çox xəstəliklərin yaranmasının səbəbi toxuma və hüceyrə səviyyəsində qidalanmanın pisləşməsi və kifayət qədər oksigen çatışmazlığıdır.
Efferent müalicə metodları olan plazmaferez (qan yuma) və ozonoterapiya (ozon oksigen qazı ilə müalicə) qanın reoloji xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır: mərkəzi və periferik qan dövranı, mikrosirkulyasiya yaxşılaşır; damar divarlarının elastikliyi bərpa olur; eritrositlərin deformasiya qabiliyyəti artır, adqeziv (yapışma) xüsusiyyəti zəifləyir və onların kapilyarlara keçməsi yaxşılaşır; qanın qatılığı azalır, qanın laxtalanma müddəti artır. Plazmaferez və ozonoterapiya orqan və toxumalara antihipoksik təsir göstərir (oksigenin hüceyrələrə çatdırılması və onun utilizasiya prosesləri yaxşılaşır), onların qidalanmasını (trofikasını) yaxşılaşdırır.
Əlbəttə ki, yenilənmiş qan damarlardan daha sürətli axacaq, toxumaları oksigen və qida maddələri ilə daha yaxşı təmin edəcək, onlardan zərərli metabolizm məhsullarını almaq üçün insan bədəninin ən ucqar nöqtələrinə çatacaqdır.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Ozonoterapiya - oksigen və ozon qaz qarışığının müalicəvi təsirinə əsaslanan, çox geniş spektrli xəstəliklərin müalicəsində istifadə olunan innovativ qeyri-dərman terapiya metodudur.
Ozon terapiyası təhlükəsiz, elmi cəhətdən sübut edilmiş, praktiki olaraq əlavə təsiri olmayan müalicə üsuludur, tətbiqi asandır və müsbət müalicəvi təsiri çox tez hiss olunur.
Ozonoterapiya periferik mikrosirkulyasiyanı stimullaşdırır, hüceyrənin daha yaxşı oksigenləşməsinə səbəb olur, ozonun iştirakı ilə eritrositlər oksigeni 10 dəfədən çox özünə birləşdirə və daşıya bilir.
Orqanizmə antioksidant təsir göstərir, hüceyrə immun mexanizmlərini aktivləşdirir və metabolik parametrləri yaxşılaşdırır, qanın zərərli birləşmələrdən təmizlənmə potensialını yüksəldir, ümumi lipidlərin, xolesterinin səviyyəsini azaldır.
Plazmaferez - qanın təmizlənməsi (qan dəyişmə) müxtəlif xəstəliklərin kompleks müalicəsində istifadə olunan effektiv və təhlükəsiz müalicə metodudur.
Metodun mahiyyəti xəstəliklərin səbəblərinin və ağırlaşmalarının daşıyıcısı olan zərərli maddələrin orqanizmdən çıxarılmasından ibarətdir.
Qan dövranından xeyli miqdarda biopolimerlərin (zülallar, lipoproteinlər, polisaxaridlər və s.) çıxarılması nəticəsində xolesterin qandan təmizlənir, orqanizmin toxumalarına oksigenin daha səmərəli nəqli imkanları artır. Bu da orqanizmin detoksikasiyasına, müqavimətinin yüksəlməsinə, ürək-damar sisteminin ehtiyat potensialının artmasına, zəruri dərman müalicəsinin həcminin azalmasına, xəstəliyin mümkün fəsadlarının azalmasına səbəb olur.
Klinikamızda diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.