Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: 050 790 69 01
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: 050 790 69 01
Axır illər dünya təbabətində bir sıra xəstəliklərin və patoloji halların müalicəsində qanın ekstrakorporal detoksikasiya metodlarından geniş istifadə olunur. Qanın ekstrakorporal təmizləmə ("qan yuma", "qan deyişme") metodlarından ən geniş istifadə olunan plazmaferezdir.
Çox funksional mühit olan qan qanın formalı elementlərindən (eritrosit, trombosit, leykosit) və qanın duru hissəsi olan plazmadan (qan zərdabından) ibarətdir. Plazmaferez termini (yunanca “plazma”- zərdab, “aferezis”-ayırma) qanın duru hissəsi olan qan zərdabının hissəvi ayrılmasını bildirən prosesdir.
Qədim zamanlardan həkimlər bir çox xəstəliklərin müalicəsində qan almadan istifadə edirdilər. Müasir klinik praktikada bu məqsədlə plazmaferezdən istifadə olunur.
Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. Birinci növbədə qan dövranından xəstəliyi saxlayan və ağırlaşdıran pataloji maddələri birbaşa ayırmaqla plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır.
İnsanın fəaliyyəti dövründə orqanizmə hava, su, qida maddələri və dərman preparatları ilə ziyanlı, toksik, lazımsız maddələr də daxil olur. Bu maddələr qan dövranı ilə bütün orqanizmə yayılır, orqan toxumalarda yığılır və orqanizmə dağıdıcı təsir göstərir. Bu toksiki və lazımsız maddələr də plazmaferez zamanı ayrılan plazma ilə orqanizmdən xaric olur, təmizlənir.
Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdırıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödəmi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır. Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektivliyini artırır.
Plazmaferez nəinki qanı həmçinin hüceyrə və toxumaları da pataloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) pataloji maddələrdən təmizləyir.
Ayrılan plazma ilə plazmada norma daxilində olan maddələr də ayrılır. Plazmanın ayrılan normal komponentini orqanizm 10-15 saat ərzində bərpa edir. Ümumiyyətlə ayrılan plazma bir gün ərzində yenisi ilə əvəz olunur.
Orqanizmi təmizləmə metodları arasında effektivlik, keyfiyyət və təhlükəsizlik baxımından effektiv metodlardan biri də plazmaferezdir.
Şəhərimizin klinikalarında müalicəvi plazmaferez əsasən 2 üsulla aparılır - membran və sentrafuqalı plazmaferez. Hər 2 üsulun mahiyyəti eynidir - qandan qanın duru hissəsi olan plazma ayrılır.
Membran plazmaferez prosedurunda 1 və ya 2 periferik vena punksiya olunur. Qan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş şəbəkə və plazma-filtrdən keçərək qanın plazması formalı elementlərdən ayrılır. Ayrılan plazma xüsusi konteynerə yığılır. Bir seans zamanı 600 – 1000 ml plazma qan dövranından ayrılır. Ayrılmış plazmanın əvəzinə qan dövranına kristalloid məhlullar yeridilir. Seans 1-2 saat davam edir.
Sentrafuqalı plazmaferez zamanı 1 periferik vena punksiya olunur. Xüsusi, bir dəfə istifadə üçün nəzərdə tutulmuş konteynerə 450-500 ml venoz qan yığılır. Konteynerdəki qan aparatda qravitasiya təsirinə məruz qalır və plazma formalı elementlərdən ayrılır. 1 seans zamanı 240 -280 ml plazma ayrılır. Ayrılmış plazmanın əvəzinə qan dövranına kristalloid məhlullar yeridilir. 1 prosedur zamanı bir neçə plazmaferez seansı aparmaq mümkündür. 1 prosedur seansı 45 – 60 dəqiqə çəkir.
Plazmaferez prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları, qiymətləri barədə daha ətraflı.
Sentrifuqalı, diskret plazmaferez proseduru zamanı qanın plazmasının ayrılması və qanın ozonlaşdırılması. 1- konteynerə götürülmüş venoz qan. 2- plazması ayrılmış qan. 3- plazması xaric olunmuş və ozonlaşdırılmış qan
Plazmaferez prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Potologiyadan asılı olaraq plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Ozonoterapiyada müalicə məqsədi ilə ozon-oksigen qazından istifadə olunur.
Ozon qazı qana yeridildikdə qaraciyər və böyrək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, intoksikasiyanı tez və effektiv şəkildə aradan qaldırır, orqanizmə zərərli təsir göstərən maddələri, sidik cövhərini, xolesterin və şəkərin artığını birləşdirərək xaric edir, kiçik arteriya və kapilyarlarda qan dövranını yaxşılaşdırır, qanı oksigenlə zənginləşdirir, orqanizmdə pozulmuş tarazlığı bərpa edir, orqanların fəaliyyətini yaxşılaşdırır. Nəticədə yorğunluq, apatiya və baş ağrıları keçir, daxili orqanlarda diskomfort hissi itir, yuxu normallaşır, ümumi səhhət, yaddaş və diqqət yaxşılaşır, iş qabiliyyəti artır. Ozonoterapiya ətraf mühitin xoşagəlməz faktorlarına qarşı orqanizmin müqavimətini artırır.
Klinikamızda diskret sentrafuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları, qiymətləri barədə daha ətraflı.