Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozonoterapiyada tibbi oksigen və ozon qaz qarışığından istifadə olunur. Ozon qazı orqanizmə geniş diapazonlu müalicəvi təsir göstərir. Ozonoterapiya yüksək effektiv, istifadədə sadə müalicə metodudur. Əks göstərişi azdır, əlavə təsiri demək olar ki, yoxdur, bütün yaş kateqoriyalı xəstələr tərəfindən yaxşı qəbul olunur. Ozon terapiyası təbabətin müxtəlif sahələrində geniş istifadə olunur.
Ozonoterapiya hamilələrin əhvalını tez bir zamanda yaxşılaşdırır; iştaha artır, yuxu normallaşır, təngənəfəslik və oyanıqlıq azalır. Hamilələrdə anemiyanın, toksikozların, xroniki infeksiyaların, düşük təhlükəsinin, dölün inkişafdan qalmasının klinik gedişinə müsbət təsir göstərir. Yenidoğulmuş uşaqların ətraf mühitə adaptasiyasını yaxşılaşdırır, analarda laktasiyanı artırır.
Hamilələrdə qanın oksigenasiyası yaxşılaşır, cift və dölün qan təchizatı yaxşılaşır. Ətraflı: hamiləlikdə hipoksiyanın ozonoterapiya ile mualicesi.
Makro və mikrosirkulyasiya yaxşılaşmaqla ciftin hormonoproduktiv funksiyası normallaşır;
Lipidlərin perekis oksidləşmə aktivliyi zəifləyir, eyni zamanda orqanizmin antioksidant müdafiə sistemi stimullaşır;
İmmunomodulə edici təsir əsasən qanda sirkulyasiyada olan immun komplekslərin, İgM, qrup və Rh-antitellərin səviyyəsinin enməsi ilə müşahidə olunur; neytrofillərin faqositar aktivliyi artır;
Qanın hiperkoaqulyasion aktivliyi (qatılığı) aşağı enir;
Qaraciyərin zülalsintez edici funksiyası artır;
Dəmir pereparatlarının bağırsaqdan sorulmasının, dəmirin metabolizm aktivliyinin azalmasının, hemoqlobinin bərpasının yaxşılaşması ilə ozonoterapiya hamiləlik zamanı anemiyaların müalicəsində effektiv təsir ğöstərir;
Düşük təhlükəsinin, hestozların, dölün inkişafdan qalmasının klinik gedişinə yaxşı təsir göstərir, dölün infeksiyalaşma riskini azaldır;
Doğuş fəaliyyəti zəifliyi, doğuşdan sonraki qanaxma ehtimalını azaldır;
Yeni doğulmuş uşaqların hipoksik ensefalopatiya inkişaf riskini 2 dəfə aşağı salır, perinatal adaptasiyasını yaxşılaşdlrır;
Doğuşdan sonrakı dövrdə ozonoterapiya laktasiyanı artırır;
Hamilələrin əhvalı yaxşilaşır, iştahası artır, yuxusu normallaşır, tənğənəfəslik və oyanıqlıq azalır.
Ozonoterapiyanın orqanizmə gediş diapaonlu müsbət təsiri var. Əks göstərişi azdır, əlavə təsiri praktik olaraq yoxdur.
Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə individual olaraq (çəkidən, hamiləliyin dövründən və müalicə məqsədindən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası (!) təyin olunur. Hər bir müalicə metodunda olduğu kimi ozonoterapiyanın da göstəriş və əks göstərişləri var.
Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə hiperlinklə istinad olunmalıdır.
Klinikamızın efferent terapiya kabinetində diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə daha ətraflı.