Ozon, oksigen qazı ilə müalicə
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
Oynaq dayaq sistemi bədənimizin yükünü daşıdığı və davamlı hərəkətdə olduğu üçün yaşla bağlı dəyişikliklər daha tez meydana çıxır. Eləcədə az hərəkətlilik, fiziki yüklənmələr, şəkərli diabet, hormonal pozğunluqlar, anadangəlmə və yaranma oynaq, onurğa formasının pozğunluqları, travmalar, revmatik xəstəliklər, artıq bədən çəkisi, zərərli adətlər oynaq və onurğa patologiyalarına səbəb olur. Bəzi insanlarda streslə bağlı meydana gələn əzələ spazmı oynağa düşən yükü artıraraq kirəcləşməni sürətləndirir.
Ozonoterapiya oynaq və onurğa xəstəliklərində digər müalicə metodları ilə yanaşı effektiv istifadə olunur. Ozonoterapiya haqqında daha ətraflı
Ozonoterapiya mikrosirkulyasiya, iltihab əleyhinə, regenerativ prosesləri aktivləşdirməklə oynaqlarda sklerozlaşma proseslərinin zəifləməsinə, ağrının azalmasına, immun proseslərin aktivləşməsinə, qığırdaq toxumasının qidalanmasının yaxşılaşmasına şərait yaradır. Oynaqlarda sinovial mayeni (oynaqdaxili elastik mayeni) bərpa edir və keyfiyyətini yaxşılaşdırır.
Ozonoterapiya oynaqlarda və onurğada hərəkətliliyi bərpa edir, hərəkət zamanı meydana çıxan kirəc səsləri, şişkinliyi və ödemi azaldır və ya tam götürür. Sinovial, oynaq daxili mayeni artıraraq oynaq səthinin və qığırdağın yağlanmasına, qidalanmasına şərait yaradır.
Ozonoterapiya zədələnmiş oynaq səthi qığırdaq toxumalarını bərpa edir, vətərlərin elastikliyini yaxşılaşdırır, spazmlaşmış əzələlərin işemiyasını azaldır.
Ozonoterapiyanın orqanizmə gediş diapazonlu müsbət təsiri var. Əks göstərişi azdır, əlavə təsiri praktik olaraq yoxdur.
Oynaq və onurğa xəstəliklərində ozonoterapiya sistem (ozonun vena daxilinə qan və ya fizioloji məhlul vasitəsilə yeridilməsi) və yerli (ozon oksigen qazının patologiya və ya patologiya ətrafı nahiyəyə vurulması) istifadə olunur.
Prosedurların sayı və dozası hər xəstəyə individual olaraq təyin olunur (7- 15 pr.).
Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə individual olaraq (diaqnozdan, çəkidən, yaşdan, xəstəliyin və ya hamiləliyin dövründən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası (!) təyin olunur. Hər bir müalicə metodunda olduğu kimi ozonoterapiyanın da göstəriş və əks göstərişləri var.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.