Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozonoterapiya orqan və toxumalara effektiv antihipoksik təsir göstərir. Hamilələrdə qanın oksigenasiyası yaxşılaşır, cift və dölün qan təchizatı artır.
Hipoksiya (oksigen çatışmazlığı, aclığı) patoloji proses olub orqanizmdə oksigenin defisiti ilə xarakterizə olunur. Oksigen catişmazlığı oksigenin xaricdən kifayət qədər qəbul olunmaması və ya hüceyrə səviyyəsində utilizasiyasının pozulması fonunda yaranır.
Hipoksiya tipik patoloji proses olub müxtəlif xəstəliklər zamanı müşahidə olunur və bir çox hallarda xəstəliyin əsas təsir mexanizmidir.
Hipoksiya ekzogen ətraf mühit faktorların təsirindən və endogen olaraq insanın müxtəlif xəstəliklərinin və ya orqanizmin pozğunluqlarının olması şəraitində yaranıb inkişaf edə bilər.
Ətraf mühitin çirklənməyə məruz qalması, böyük şəhərlərdə atmosferə atılan toksiki maddələr nəfəs alan havada oksigenin miqdarını azaldır. Havada oksigenin defisitinə görə hər nəfəs almada ağciyərlərə lazım olan miqdardan az oksigen daxil olur və buna uyğun olaraq ağciyərlərdən tam oksigenləşməmiş qan xaric olur. Nəticədə orqan və toxuma hüceyrələri lazımi miqdarda oksigenlə təchiz olunmur və onlar hipoksiya (oksigen aclığı) hiss edirlər.
Hipoksiya bir çox xəstəliklər və patoloji hallar zamanı da yarana bilər: burun keçiriciliyinin pozulması, bronxit, ağciyər xəstəlikləri, ürək və qan-damar sistemi xəstəlikləri, anemiya, bəzi zəhərlənmələr, şəkərli diabet, aclıq zamanı, qaraciyər və böyrək xəstəlikləri, avitaminoz.
Hamiləlik dövründə döl cift vasitəsilə ananın qanından oksigeni qəbul edir. Hər hansı səbəbdən ananın orqanizmi körpəni lazımi miqdarda oksigenlə təmin edə bilmirsə dölün hipoksiyası yaranır.
Yüngül dərəcəli hipoksiya dölə neqativ təsir göstərmir, orta və ağır dərəcəli hipoksiya körpənin böyüməsinə və inkişafına mənfi təsir göstərir.
Hipoksiyanın başlama vaxtı və onun təsir müddəti dölün gələcək sağlamlığında vacib rol oynayır. Hamiləliyin erkən dövrlərində hipoksiya körpənin orqanlarının inkişafında (o cümlədən baş beyində) pozğunluqlar yarada bilər və gələcəkdə körpənin zəif doğulmasına, yeni doğulmuş uşaqda zəif adaptasiya qabiliyyətinə, nevroloji problemlərin yaranmasına səbəb ola bilər.
Hamiləliyin son dövrlərində hipoksiya körpənin normal dövrü inkişafına mənfi təsir göstərir, onu bətn daxili inkişafdan saxlayır.
Dölün hipoksiyasının müalicəsi kompleks aparılır. Hipoksiyanı yaradan əsas xəstəliyin müalicəsi ilə yanaşı dölə oksigeni çatdıran müalicə metodlarından da istifadə olunur. Belə müalicə vasitələrindən biri də ozonoterapiyadır.
Ozonoterapiya təbii, dərmansız, fizioterapevtik müalicə metodu olub ozon qazının orqanizmə geniş diapazonlu müalicəvi təsirinə əsaslanır. Ozon oksidləşdirici xüsusiyyətinə görə oksigendən 16.5 dəfə aktivdir, buna görə də orqanizmi oksigenlə daha yaxşı zənginləşdirir. Bax: Ozonoterapiya nədir?
Ozon orqanizmə hiss olunan antihipoksik təsir göstərir. Eritrositlərin (qırmızı qan hüceyrələrinin) membranına təsir göstərərək oksigenin hemoqlobinlə birləşməsini 10 dəfəyə qədər artırır. Eritrositlərin deformasiyaya qabiliyyətini artırmaqla qanın reoloji xüsusiyyətini normallaşdırır və nəticədə mikrosirkulyasiya - qanın kiçik damarlarda hərəkəti yaxşılaşır. Ozonoterapiya toxumalarda oksigenin utilizasiyasını yaxşılaşdırır, toxuma oksidləşmə sisteminin energetik effektivliyini artırır (antioksidant təsir).
Beləliklə ozonoterapiya oksigenin qəbulunu, hüceyrələrə çatdırılmasını, utilizasiyasını yaxşılaşdırmaqla orqan və toxumalara effektiv antihipoksik təsir göstərir. Hamilələrdə qanın oksigenasiyası yaxşılaşır, cift və dölün qan təchizatı artır.
Ozonoterapiya hamilələrin əhvalını tez bir zamanda yaxşılaşdırır; iştaha artır, yuxu normallaşır, təngənəfəslik və oyanıqlıq azalır. Hamilələrdə anemiyanın, toksikozların, xroniki infeksiyaların, düşük təhlükəsinin, dölün inkişafdan qalmasının klinik gedişinə müsbət təsir göstərir. Yenidoğulmuş uşaqların ətraf mühitə adaptasiyasını yaxşılaşdırır, analarda laktasiyanı artırır. Bax: Hamiləlikdə ozonoterapiya.
Hipoksiya aşağıdakı simptomlarla müşahidə oluna bilər: zəiflik, tez yorulma, yuxu pozğunluğu, dərinin vəziyyətinin pisləşməsi, yaddaş və diqqətin pisləşməsi, baş ağrıları, depressiv vəziyyət, ürək döyüntülərinin artması, hamilələrdə dölün hərəki aktivliyinin artması, bəzən zəifləməsi.
Ozonoterapiyanın orqanizmə gediş diapazonlu müsbət təsiri var. Əks göstərişi azdır, əlavə təsiri praktik olaraq yoxdur.
Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə individual olaraq (çəkidən, hamiləliyin dövründən və müalicə məqsədindən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası (!) təyin olunur. Hər bir müalicə metodunda olduğu kimi ozonoterapiyanın da göstəriş və əks göstərişləri var.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Klinikamızda diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə daha ətraflı.