MedAura Medical Center
Ünvan: Bakı, Salatın Əsgərova 178.
Həkim proktoloq Səlimov Fərman
Tel: 055 776 70 34
MedAura Medical Center
Ünvan: Bakı, Salatın Əsgərova 178.
Həkim proktoloq Səlimov Fərman
Tel: 055 776 70 34
Hemorroy (babasil) xəstəliyində hemoroid düyünlərin cərrahi əməliyyat olmadan, poliklinik şəraitdə lateks halqa (band) qoyulma (latex band ligation) metodu ilə qansız, ağrısız müalicəsi.
Bu metod hemorroy (babasil) kimi xoşagəlməz bir xəstəliyi qanlı cərrahi müdaxilə olmadan, minimal invaziv əməliyyatla müalicə etmək üçün istifadə olunur.
Bu patologiya düz bağırsağın aşağı hissəsinin varikoz damarlarının genişlənməsi fonunda baş verir, bunun nəticəsində hemorrodial (hemoroid) düyünlər meydana gəlməyə başlayır. Kiçik çanaqdakı durğun proseslər bu xəstəliyin yaranmasına səbəb olur. Əsas risk faktorları bunlardır: oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, həzm pozğunluğu (qəbizlik, ishal, meteorizm), ağırlıq qaldırma, hamiləlik.
Hemoroid ixtisaslı tibbi yardım olmadan aradan qaldırıla bilinməyən xəstəliklərdən biridir. Xəstəliyin gedişi zamanı simptomlar qısa müddətə yox olsa belə, təhrikedici amillərin təsiri ilə yenidən geri qayıdır və ağırlaşmalara səbəb olur. Hemoroid həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır, insanın gündəlik fəaliyyətinə mane olur.
Son vaxtlara qədər klassik cərrahi üsul bu xəstəlik üçün demək olar ki, yeganə effektiv müalicə vasitəsi idi. İltihablı düyünlər narkoz altında skalpellə çıxarılırdı. Hemoroidlərin lateks lalqa (üzük) vasitəsilə ayrılması üsulu yaxın keçmişdə ortaya çıxmasına baxmayaraq müasir təbabətdə geniş istifadə olunur. Lateks halqalarla bağlanma bütün dünyada hemoroid müalicəsinin ən geniş yayılmış və ən effektiv üsullarından biridir. Hemoroid xəstəliyinin 2-3-cü mərhələlərində istifadə olunur. Bu müalicə metodu xəstələrin tam sağalmasını 80-90% təmin edir.
Əməliyyatın mahiyyəti hemoroid düyünün əsasının tibbi lateks ligatura ("rezinə" oxşar material) ilə sıxılmasıdır. Düyünə qan axını dayandığından onun toxumaları 5-8 gün ərzində quruyaraq məhv olur və lateks halqa ilə birlikdə orqanizmdən təbii şəkildə ayrılır. Sıxılma yerinin defekti çapıq əmələ gəlmədən birləşdirici toxuma ilə bərpa olur. Prosedur yataq rejimi gözləmədən, ambulator şəraitdə, anesteziyasız, 8-10 dəqiqə ərzində aparılır. Tez sağalma, minimum ağırlaşma riski və minimum əks göstərişləri ilə seçilir. Hemorroid düyünün məhv olması və ayrılması ağrısız baş verir, xəstəni narahat etmir.
Son qida qəbulu müdaxilədən ən azı 8 saat əvvəl olmalıdır. Prosedurdan bir-iki saat əvvəl bağırsaqları imalə ilə təmizləmək lazımdır. Əməliyyatdan 1-2 gün əvvəl qəbizliyə səbəb ola biləcək qidaları qəbul etmək məsləhət görülmür.
Prosedur xəstənin yana uzanmış, ayaqları əyilmiş vəziyyətdə həyata keçirilir. Həkim proktoloq xüsusi alət vasitəsi ilə vizual nəzarət altında hemoroid düyünün əsasına hipoallergik lateks ligatura keçirir və düyünlə bağlayır.
Manipulyasiya anesteziya olmadan və ya yerli anesteziyadan istifadə etməklə həyata keçirilə bilər. Əməliyyatın müddəti təxminən 8-10 dəqiqədir. Prosedurun sonunda xəstə evə gedə bilər.
Bir seans zamanı həkim yalnız 3 sayda hemoroidi lateks halqa ilə bağlayır. Hemorradial düyünlər çoxdursa prosedur təkrarlanmalı olacaq. Əməliyyatlar arasındakı interval ən azı 15-20 gün olmalıdır.
Prosedurdan sonrakı dövrdə ehtiyac olduqda həkim proktoloq tərəfindən dərman müalicəsi (ağrı kəsici, qəbizlik əleyhinə və s.) təyin olunur. Aralıq nahiyəsinin gigiyenik prosedurları adi qaydada həyata keçirilir. Bağırsaqların nəcislə zədələnməsinin qarşısını almaq üçün müvəqqəti olaraq sadə karbohidratlar, paxlalılar, hisə verilmiş ət və ədviyyatlı qidalar, spirt və qazlı içkilərdən imtina olunması məsləhətdir. Qida çox isti və ya soyuq olmamalıdır, pəhriz zülallar, yağlar və kompleks karbohidratlar, vitaminlər və minerallarla balanslaşdırılmış olmalıdır.
Birinci həftə ərzində fiziki fəaliyyət məhdudlaşdırılmalıdır, 5 kiloqramdan artıq çəki qaldırmaq məsləhət deyil. Hamam, isti vannalar, günəş vannaları istisna olmalıdır. İkinci həftədə orta fiziki fəaliyyət (gəzinti və üzgüçülük) mümkündür. Hemoroidin bağlanmasından sonra bir ay ərzində ağır fiziki əmək və ağır idman növləri əks göstərişdir.
Bizim tibbi mərkəzdə siz münasib qiymətə hemoroidlərin lateks halqalarla bağlanması əməliyyatını qansız, ağrısız, yataq rejimi gözləmədən keçirə bilərsiniz. Lateks ligasiya əməliyyatı Almaniyanın "Karl Erots" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim proktoloq Səlimov Fərman tərəfindən aparılır.
MedAura Medical Center
Ünvan: Bakı, Salatın Əsgərova 178.
28 may m/s-nın ikinci, şimal çıxışı.
Həkim proktoloq Səlimov Fərman
Tel: +99455 776 70 34
Müasir təbabətdə xəstəliklərin və patoloji halların müalicəsində qeyri-medikamentoz müalicə metodları öz yerini getdikcə daha da möhkəmləndirir, bəzi hallarda isə yeganə müalicə vasitəsi olur.
Müasir klinik praktikada qeyri-medikamentoz müalicə metodları olan plazmaferez (qanın təmizlənməsi) və ozonoterapiya (ozon qazı ilə müalicə) bütün orqanları əhatə edən çoxfunksional mühit olan qana təsir edərək nəinki xəstəliyin müalicəsinə şərait yaradır, eləcə də orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır.
Efferent müalicə metodları olaraq plazmaferez və ozonoterapiyadan xəstəliklərin müalicə və profilaktikasında, orqanizmi iş qabiliyyətində və tonusda saxlamaq, həyat keyfiyyətini yaxşılaşdırmaq, estetik təbabətdə yaşla əlaqədar dəyişikliklərin qarşısının alınması məqsədilə istifadə olunur. Xəstəliklərin vaxtında ilkin profilaktikası vaxtından əvvəl qocalmanın ilkin profilaktikasına xidmət göstərir.
Ozonoterapiya və plazmaferez prosedurları barədə daha ətraflı