Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ünvan: Bakı, Salatın Əsgərova 178.
28 may m/s-nın ikinci, şimal çıxışı.
Efferent terapiya kabineti.
Həkim terapevt Şükürov Mehman.
Tel: +99450 790 69 01, Whatsapp.
Efferent terapiya kabinetinin iş rejimi.
1- 6 cı günlər, saat 10:00 dan - 15:00 dək.
Qəbul vaxtını təyin etmək üçün öncə əlaqə saxlayın.
Prosedurlar barədə həkimin konsultasiyası ödənişsizdir.
Ozonoterapiya nədir?
Ozonoterapiya bir əsrdən çoxdur istifadə olunur. Ozonoterapiya ozon və oksigen qazının müalicəvi təsirinə əsaslanır. Ozonun terapevtik təsirləri sübut edilmiş və müxtəlif xəstəliklərin müalicəsində və profilaktikasında istifadə olunur. Ozon qandakı oksigenin səviyyəsini artıraraq, bütün orqanizmin toxumalarını oksigenlə zənginləşdirir. Nəfəs aldığımız oksigen bir-birinə bağlanmış iki oksigen molekulundan ibarətdir. Ozon oksigenin "aktivləşdirilmiş" formasıdır, burada üç oksigen atomu birləşərək ozon molekulunu əmələ gətirir. Ozon oksigendən daha güclü oksidləşdiricidir, bu da onu orqanizm üçün çox qiymətli edir.
Ozonoterapiya yaşla əlaqədar estetik təbabətdə və ya xroniki degenerativ xəstəliklərlə mübarizədə orqanizmə dəstək olmaq istəyənlərin hamısı üçün nəzərdə tutulub. Bədənə həm xaricdən, həm də daxildən müalicəvi təsir göstərir.
Qanın təmizlənməsi nədir?
Bütün orqanları əhatə edən, çox funksional mühit olan qanımız qanın formalı elementlərindən - qırmızı və ağ qan hüceyrələrindən, trombositlərdən və qanın plazmasından - yağların, zülalların, karbohidratların, hormonların, vitaminlərin, hüceyrə tullantılarının, toksinlərin, mikrobların həll olunduğu qanın maye hissəsindən ibarətdir. Plazmaferez qanın maye hissəsi olan plazmanın hissəvi ayrılmasını bildirən prosesdir.
Plazmaferezin effektivliyi üç faktora əsaslanır: təmizləmə, orqanizmin müqavimətinin gücləndirilməsi və qan axınının yaxşılaşdırılması.
Birincisi, zərərli maddələr qan dövranından ayrılır: əvvəlcə qanda olan, sonradan orqan və toxumalardan qan dövranına axın edən patoloji maddələr.
İkincisi, plazmanın çıxarılmasına cavab olaraq, orqanizm bütün müdafiə sistemlərini səfərbər edir, immunitet güclənir.
Üçüncüsü, qanın reoloji xüsusiyyətləri (qan axını) yaxşılaşır.
Qanın ekstrakorporal təmizləmə metodlarından ən geniş istifadə olunan plazmaferezdir. "Qan yuma", "qan deyişme", "qanin yuyulmasi" deyildikdə plazmaferez nəzərdə tutulur.
Şəhərimizin klinikalrında müalicəvi plazmaferez əsasən 2 üsulla aparılır - membran və sentrifuqalı plazmaferez.
Klinikamızın efferent terapiya kabinetində sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur, prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Diskret, sentrifuqalı plazmaferez - 45 manat;
Membran plazmaferez - 230 manat;
Ozonlaşmış fizioloji məhlulun vena daxilinə yeridilməsi ( barbotaj fonunda ) - 200 ml 20 manat, 400 ml 28 manat;
Ozonla BAHT (böyük autohemoterapiya) - 42 manat;
Ozonla KAHT (kiçik autohemoterapiya) - 15 manat;
Böyük həcmdə qanın ekstrakorporal ozonlaşdırılması;
Ozonlaşmış kamera (əl, ayaq, baş, və s.) - 20-22 manat;
Ozonopunktura - 8 manat;
Ozon vasitəsilə multiinjektorlu liposaksiya - 30 manat;
Oynaqətrafı ozonoterapiya - 25 manat;
Oynaqdaxili ozonoterapiya;
Ginekoloji xəstəliklər zamanı ozonlu məhlulla insufflyasiya;
Ozonla rektal (düz bağırsağa) insufflasiya - 20 manat;
Proktoloji xəstəliklər zamanı ozonlu məhlulla insufflyasiya - 20 manat;
Ginekoloji xəstəliklər zamanı ozon-oksigen qaz qarışığı ilə insufflyasiya;
Yağların ozonlaşdırılması (ozon yagi) (daxilə qəbul üçün) 100 ml - 15 manat;
Yağların ozonlaşdırılması (ozon yagı) (xaricə qəbul üçün) 100 ml - 15 manat;
Ozonlaşmış məhlulun daxilə qəbulu (200ml) - 4 manat;
Ozonlaşmış məhlulların (yağ.su) applikasiyası.