Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozonoterapiya - qeyri medikamentoz müalicə metodu olub ozon və oksigen qaz qarışığının orqanizmə müxtəlif metodlarla yerli və sistem təsirinə əsaslanır.
Ozonla sistem müalicə orqanizmə geniş spektrli terapevtik təsir göstərir.
Ozonoterapiya haqqında daha ətraflı.
Ozonoterapiya barədə beynəlxalq elmi mərkəzin (ISCO3) verdiyi ekspert rəyində göstərilir ki, sistem ozonoterapiya SARS CoV-2 infeksiyasında medikamentoz terapiya ilə yanaşı istifadəsi potensial effektivdir.
Ozonoterapiya koronavirus infeksiyasının qarşısının alınmasında və müalicəsində, həmçinin COVID-19 xəstəliyindən sonra ağırlaşmaların aradan qaldırılmasında və postkovid reabilitasiya çərçivəsində istifadə olunur.
Ozon orqanizmin müdafiəsini gücləndirməyə, qan dövranı, tənəffüs və sinir sistemlərinin vəziyyətini yaxşılaşdırmağa, xəstəlikdən daha tez sağalmağa kömək edir. Sistemli ozon terapiyası bədəndə virus infeksiyasının inkişafını dayandırmağa imkan verir və ağırlaşmalar zamanı regenerasiya proseslərini sürətləndirir.
Ozonoterapiya iltihab əleyhinə təsir göstərir, humoral və hüceyrə immunitetini aktivləşdirir.
Qanı oksigenlə zənginləşdirir. Ozonun orqanizmə bu cür təsiri yeni koronavirus infeksiyasında tənəffüs çatışmazlığının inkişafı zamanı böyük əhəmiyyət kəsb edir.
Ozonoterapiya mübadilə və bərpa proseslərini aktivləşdirir. Bu da koronavirusun zədələdiyi ağciyər və damar toxumalarının, sinir hüceyrələrinin regenerasiyasının sürətlənməsində əhəmiyyətlidir.
Covid-19 qan damarlarında mikrotrombozlar əmələ gətirir. Bu da ürək-damar sistemində və ağciyərlərdə patologiya yaradır. Ozonun əsas təsir mexanizmlərindən biri də laxtalanma sistemini korreksiya etməsidir.
Ozonoterapiyanın əsas klinik effektlərindən biri də orqanizmə antioksidant təsir göstərməsidir. Ozon sərbəst radikalları neytrallaşdıraraq orqanizmi onların zədələyici təsirindən qoruyur, toksiki oksidləşmə məhsullarının əmələ gəlməsinin qarşısını alır.
Ozondan müalicə məqsədi ilə istifadə medikamentoz terapiyanın effektivliyini artırır, bir sıra hallarda orqanizm üçün zərərli olan kimyəvi preparatlardan imtina etməyə və ya onların istifadəsini xeyli azaltmağa şərait yaradır.
Ozonoterapiya barədə daha ətraflı məlumat üçün keçid edin: ozonoterapiya nədir?
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Klinikamızın efferent terapiya kabinetində diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə daha ətraflı.