Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozonlaşdırılmış zeytun yağı (ozon yagi) unikal kosmetoloji və müalicəvi təsirə malikdir. Ozon yağları ozonun aktiv forması olan ozonidlər şəklində dəri və selikli qişa toxumalarına uzun müddətli təsir göstərir. Ozonidlər aktiv oksigeni qan və toxumalara (dəriyə) çatdırır, yaraların sağalmasını tezləşdirir, dezinfeksiyaedici, ağrıkəsici, bakteriya, virus və göbələk əleyhinə təsir göstərir, dərinin (selikli qişanın) immun, baryer, nəm saxlayıcı, reperativ funksiyalarını bərpa edir.
Ozonlaşdırılmış bitki yağları daxilə və aplikasiya şəklində xaricə istifadə olunur, digər antiseptiklərin daxil ola bilmədiyi nöqtələrdə öz təsirini göstərir.
Ozonlaşdırılmış bitki yağları kosmetologiyada geniş istifadə olunur. Ozonlaşdırılmış yağlar aktiv oksigeni dəriyə çatdırır, toxumalarda mübadilə prosesləri yaxşılaşır, hüceyrələr yenilənir və cavanlaşır, dərinin rəngi yaxşılaşır, mimik qırışlar hamarlaşır, dərinin elastiklik və turqoru bərpa olur, liftinq effekti (dartılma), dəri ağardıcı effektlər əldə olunur, gözlər altında ödem və tünd dairələr itir, dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.
Ozonlaşdırılmış bitki yağları geniş spektrdə dəri problemlərinin müalicəsində öz effektivliyini göstərir: sellülit, dermatit, psoriaz, ekzema, dərinin bakterial və göbələk infeksiyaları, alopesiya (saç tökülməsi, keçəlləşmə), zədəli, zəif, tez tökülən saçlar, dərinin allergik xəstəlikləri, sadə herpes, piodermiyalar, frunkulyoz, kondiloma, kandidoz, yaralar (o cümlədən zəif sağalan), trofik xoralar, yataq yaraları, tər vəziləri infeksiyaları, süd vəzisi, daban, anal çapıqları və həşərat dişləmələri.
Ozonlaşdırılmış bitki yağları mədə bağırsaq sistemi xəstəliklərində (12 barmaq bağırsaq, mədə xoralarında, qastrit, peptik xora, ezofaqit,kolit), qulaq, burun və boğaz iltihabi xəstəliklərində, stomatoloji xəstəliklərdə (qinqivit, paradontoz, paradontit) ginekoloji xəstəliklərdə (eroziyalar, kolpit, balanopostit) və prostatit, uretritlərdə geniş istifadə olunur.
Qrip, kəskin virus infeksiyalarının epidemiyası zamanı ozon yağından baryer vasitə kimi istifadə olunur. Burun dəliklərinə damızdırılan ozon yağı virus və bakteriyalara öldürücü təsir göstərir, yerli immuniteti yaxşılaşdırır.
Kosmetoloji məqsədlə dəriyə 25-40 dəq ərzində aplikasiya şəklində (maska, yaxma) çəkilir. Sellülit və problemli zonalarda piyin parçalanması məqsədi ilə örtmə şəklində istifadə olunur. Problemli saçlarda başın dərisinə sürtülür və 1-1.5 saat ərzində isti papaq geyinilir. İstifadə tezliyi həftədə 3-5 dəfə, (tədricən həftədə 1-2 dəfəyə qədər azaltmaqla). Ginekologiya və urologiyada tampon və aplikasiya şəklində istifadə olunur.
Daxilə 1 çay qaşığı yeməkdən 15-20 dəq əvvəl istifadə olunur (tədricən 1 xörək qaşığına qədər qaldırmaqla).
Diqqət: ozon yagı daxilə qəbul məqsədi ilə hazırlanmalıdır.
Ozonlaşdırılmış bitki yağları qastrit və xora xəstəliyinin səbəbkarı olan və mədənin selikli qişasında yaşayan Helicobacter pylori bakteriyalarım məhv edir, eroziya və xoranın sağalmasını tezləşdirir.
Ozonlaşdırılmış bitki yağları tünd şüşə qabda saxlanılmalıdır. Saxlama müddəti: otaq temperaturunda 2-3 ay, soyuducuda (+4°C) 1.5-2 il (istifadə üçün müəyyən hissəsi isti su hamamında qızdırılır.)
Ozonlaşdırılmış bitki yağları müalicə məqsədi ilə müxtəlif konsentrasiyalarda klinikada hazırlanır (daxilə və xaricə qəbul üçün). Qiyməti: 100 ml 15 manat.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.