Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozononoterapiya - yeni, qeyri medikamentoz müalicə metodu olub ozon və oksigen qaz qarışığının orqanizmə müxtəlif metodlarla yerli və sistem təsirinə əsaslanır. Ozonoterapiyanın əsas təsir effekti ondan ibarətdir ki, pasientin orqanizminə ozonun terapevtik dozalarını sistem yeritdikdə eritrositlərin membranının lipid qatında ozonidlər yaranır. Ozonidlər də qanın reoloji xassələrini yaxşılaşdırır. Nəticədə qanın mikrosirkulyasiyası yaxşılaşmaqla, orqanizmin müdafiə, antioksidant sistemi aktivləşməklə toxumaların oksigenlə təchizatı yaxşılaşır, oksigendən asılı reaksiyalar aktivləşir.
Ozonoterapiyadan təbabətin bütün sahələrində geniş istifadə olunur.
Ürəyin işemik xəstəliyi, damarların aterosklerotik zədələnməsi, arterial hipertenziya, ürək ritminin pozğunluqları, infeksion endo-, miokardit, obliterasiya edici endoarterit, ozonoterapiya stend daxili neointimanı koronar proliferasiyadan müdafiə edir.
Yuxarı tənəffüs yolları xəstəlikləri, bronxit və pnevmoniyalar, bronxial astma.
On iki barmaq bağırsaq və mədə xorası xəstəliyi, xroniki qastrit, qastroduodenit, xroniki pankreatit, öd çıxarıcı yolların diskineziyası, xroniki xolesistit, öd daşı xəstəliyi, müxtəlif etiologiyalı kəskin və xroniki hepatitlər, qaraciyər sirrozu, xroniki proktit, proktosiqmoidit, qeyri spesifik xoralı kolit, düz bağırsağın xroniki çatları.
I və II tip şəkərli diabet xəstəliyi olan pasientlərin müalicəsində istifadə olunur. Bax: Şəkərli diabetdə ozonoterapiya.
İşemik insult, dissirkulyator ensefalopatiya, vegetativ damar distoniyası, miqren, dağınıq skleroz, periferik sinir sistemi xəstəlikləri, onurğa sutunu osteoxondrozu.
Qaşınan dermatozlar (neyrodermit, ekzema, övrə və başq.), psoriaz, qırmızı yastı dəmrov, çəhrayı dəmrov, göbələk xəstəlikləri (əlvan dəmrov, qasıq epidermofitiyası, ayaqların epidermomikozu, trixofitiya, mikrosporiya, kandidoz), virus xəstəlikləri (dəri və selikli qişanın herpesi, kondilomalar), piodermiyalar, frunkulyoz, səpkili sızanaq (akne), alopesiya, müxtəlif etiologiyalı dərinin xoralı zədələnməsi, veneroloji xəstəliklərin kompleks müalicəsi.
Ödemli- fibrosklerotik pannikulopatiya (sellyulit), səpkili sızanaq (akne), kuperoz, striyalar (dəri çatları), çapıqlar.
Burun boğaz və burunətrafı ciblərin iltihabı xəstəlikləri, cərrahı müdaxilələrdən sonrakı vəziyyət, kəskin və xroniki qulaq xəstəlikləri.
Görmə sinirin atrofiyası. Torlu qişanın (retinanın) atrofiyası. Buynuz qişanın (korneanın) travması. Gözlərin iltihabı xəstəlikləri.
Əməliyyatdan sonrakı iltihabi ağırlaşmaların müalicəsi və profilaktikası. Osteomielit. Atrofik yaralar, yataq yaraları. Xəstələrin əməliyyatdan öncəki hazırlığı və əməliyyatdan sonrakı reablitasiyası.
Artroz və artritlər (iltihabı və degenerativ). Sınıqların müalicəsi. Oynaqların revmatik zədələnmələri. Bax: Oynaq və onurğa xəstəliklərində ozonoterapiya.
Xroniki prostatit. Xroniki uretrit. Urogenital kandidoz, herpes. Əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası və xəstələrin əməliyyatdan sonrakı reablitasiyası.
Hamiləliyin adəti pozulması, ciftin çatmamazlıgı, xr. virus infeksiyaları (sitomeqalovirus, herpes, toksoplazma və s.), hestoz və toksikozlar, hamilələrdə anemiya, dölün infeksiyaya qarşı profilaktikası, dölün bətndaxili inkişafdan qalması, hamilələrdə xr. piolonefritin kəskinləşməsinin profilaktikası. Bax: hamiləlikdə ozonoterapiya və hamiləlikdə hipoksiyanın (oksigen çatışmazlığının) ozonoterapiya ile mualicesi.
Detoksikasion ozonoterapiya (şüa və kimyəvi müalicənin əlavə təsirlərini qabaqlayır).
Virus hepatitləri, herpetik infeksiyalar, sitomeqalovirus infeksiyası, papillomavirus infeksiyası, kəmərləyici dəmrov , Epşteyn-Barr virus İnfeksiyası.
Stomatit, qinqivit, parodontit.
Artıq çəki, maddələr mübadiləsinin pozulması zamanı kompleks ozonoterapiya. Ürək-damar, həzm sisteminin xroniki xəstəliklərinin profilaktikası.
Ağır abstinent vəziyyətlərin qarşısının alınmasında ozonoterapiya tez və effektiv təsir göstərir. Pasientlərin iştahası açılır, yuxusu normallaşır, intoksikasiya simptomlarının və əzələ ağrılarının intensivliyi azalır.
Ozon-oksigen qaz qarışığının eritrositar təsiri ilə periferiyada oksigenin utilizasiyası artmaqla iş qabiliyyəti parametrlərinə təsir göstərir. Yarışlara hazırlıq prosesində iş qabiliyyətinin artırılması, fiziki yüklənmələrə tolerantlığın yaxşılaşdırılması və psixoloji gərginliyin azadılması məqsədi ilə orqanizmin qeyri-dərman korreksiyası; yarışların, məşqlərin gərgin mərhələsindən, intensiv fiziki yüklənmələrdən sonra bərpa; hipoimmun vəziyyətlərin profilaktikası; oynaq-dayaq sisteminin zədələnmə və xəstəliklərinin kompleks müalicəsi.
Qanaxmalardan sonrakı erkən dövr, o cümlədən daxili qanaxmalar. Hemorragik insult. Hipertireoz. Qıcolma sindromu. Kəskin alkoqol intoksikasiyası. Kəskin pankreatit. Trombositopeniya. Qan laxtalanmanın enməsi. Ozona allergiya.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Klinikamızda diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə daha ətraflı.