Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın təmizlənməsi
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozonoterapiya çox tərəfli təsir diapazonuna malik olaraq, dünya klinikalarında geniş istifadə olunur. Təbabətin bütün sahələrində istifadə olunduğu kimi ozonoterapiya kosmetologiyada da tətbiq olunur. Ozonla müalicə metodikalarında hüceyrə və toxumaların oksigenasiyasının, mikrosirkulyasiyasının yaxşılaşmasına, dərinin qidalanmasına və müdafiəsinə diqqət yetirilir. Bax ozonoterapiya nədir?
Bir çox kosmetik problemlər (sızanaqlar, kuperoz, saçların tökülməsi, qırışlar, allergiya, sellülit, kökəlmə (piylənmə)) orqanizmin daxili vəziyyətinin əksidir. Buna görə də bu problemləri nəinki xaricdən o cümlədən daxildən müalicə etmək lazımdır. Ozonoterapiya bu problemlərin öhdəsindən çox yaxşı gəlir, orqanizmə detoksikasiyaedici, antimikrob, virus əleyhinə təsir göstərir, qanı oksigenləşdirir, immuniteti artırır.
Ozonoterapiya dərinin təbii gözəlliyini və sağlamlığını saxlayan və bərpa edən unikal vasitədir. Ozonoterapiya dərinin çatışmazlıqlarını maskalamır, onun təbii funksiyalarını normallaşdırır və stimullaşdırır.
Dəri hüceyrələri yaxşı qidalandıqda və çoxaldıqda dəri də normal fəaliyyət göstərir, cavan görünür. Ətraf mühitin zərərli faktorlarının təsiri nəticəsində bu şəbəkənin effektiv işi pozulur, dərinin oksigenasiyası və qidalanması zəifləyir, hüceyrələrdə enerji defisiti yaranır, onların yenilənməsi zəifləyir. Bu bioloji proseslər dərinin qocalmasına və qırışların yaranmasına səbəb olur. Xəstəliklərin yaranma səbəbinə təsir etməklə yuxarıda göstərilən patoloji prosesləri neytrallaşdırmaq, dərinin strukturunu bərpa etmək, onun vaxtından əvvəl qocalmasının qarşısını almaq mümkündür. Ozonoterapiya da bu məqsədi güdür.
Ozon təbiətin yaratdığı maddə olaraq orqanizmə kompleks təsir göstərir.
“Problemli” dəri və qırışların müalicəsi üçün ozonoterapiyanın yerli və sistem təsirli metodlarından istifadə olunur. Yerli olaraq ozon-oksigen qarışığı dəri altı yeridilir və ozonlaşdırılmış zeytun yağı maska və masaj şəklində istifadə olunur. Orqanizmə sistem təsiri ozonlaşdırılmış fizioloji məhlulu vena daxilinə köçürülməsi və ozonla böyük və kiçik aytohemoterapiya metodları göstərir. Ozonoterapiyanı digər kosmetik maddələrdən fərqləndirən onun ikili, yanaşı təsiridir. Orqanizmə həm xaricdən həm də daxildən təsir göstərir, bu da dərinin qidalanmasını, oksigenləşməsini, müdafiə və mübadilə proseslərini normallaşdırır.
“DƏRİNİN STRESİ” diaqnozlu xəstələrdə ozonoterapiyanın daha tez hiss olunacaq təsirləri olur. 35 yaşdan sonra dərinin solması (təravətinin zəifləməsi) əlamətləri olan pasientlərdə 4-5 prosedurdan sonra müsbət effekt əldə olunur: kiçik qırışlar hamarlaşır, dərinin turqoru yüksəlir, liftinq effekti əldə olunur, üzün ödemliliyi azalır, rəngi yaxşılaşır, alyanaqlıq yaranır. Əsas vacib olaraq pasientlərin ümumi əhvalı yaxşılaşır.
SIZANAQLI SƏPKİ. Birinci prosedurlardan klinik yaxşılaşma əldə olunur. Bu infiltratların yumşalmasında, ödemin azalmasında, eksudatın, qızartının, ağrılığın azalmasında müşahidə olunur.
Ozonoterapiya cərrahı əməliyyatdan sonrakı reabilitasiyada, ağırlaşmaların profilaktikası məqsədi üçün də istifadə olunur.
SELLÜLITiN KOMPLEKS MÜALİCƏSİ VƏ BƏDƏN QURULUŞUNUN (FİQURANIN) KORREKSİYASİNDA OZONOTERAPİYA
Odemli- fibrosklerotik pannikulopatiya və ya sellülit yalnız qadın problemi olub, piy hüceyrələrin (adipositlərin) pataloji vəziyyəti ilə xarakterizə olunur. Piy toxumasının dəyişməsinin səbəblərinə və risk faktorlarına genetik, milli xüsusiyyətlər, cinsi yetkinlik dövrü, hamiləlik və doğuş, hormonal pozğunluqlar, yaş və həyat tərzi aid edilir.
Müxtəlif mənbələrə görə 80-95% qadınlar sellülitdən əziyyət çəkir. Zədələnmə zonaları əksər vaxt bud və sağrı nahiyələridir, bəzən isə bel və əl.
Sellülitin başlanğıc stadiyası mikrosirkulyasiyanın pozulması, ödemlilik, dəri altı piy qatında mayenin durğunluğu ilə xarakterizə olunur. Beləcə sellülitin ödemli forması yaranır, bu vəziyyət də proqres edərsə sellülitin fibrozosklerotik formasına transformasiya olur.
Piy toxuması orqanizmdə energetik depo rolunu oynayır.
Kosmetoloji iynələrlə multiinjektor vasitəsi ilə ozon qazı dəri altı piy qatına yeridilir. Ozon dəri altı piy toxumalarına təsir edərək onları parçalayır.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.