2025-ci il noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində AMEA ilə bir sıra ölkələrin Elmlər Akademiyaları və akademik qurumları arasında anlaşma memorandumunun imzalanma mərasimi olub. AMEA ilə İtaliya Milli Elmlər Akademiyası, AMEA ilə Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası, həmçinin AMEA ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında anlaşma memorandumları imzalanıb.
Akademik İsa Həbibbəyli və Prof. Dr. Məsud Əfəndiyev - Memorandumun imzalanması anı
Akademik İsa Həbibbəyli və Prof. Dr. Məsud Əfəndiyev - Memorandum imzalanmışdır
Prof. Dr. Məsud Əfəndiyev, AMEA-da görüş zamanı
Dünya elmində ən yüksək təltiflərdən (“kiçik Nobel mükafatı”) sayılan Humboldt mükafatının ilk azərbaycanlı laureatı, Almaniyanın Münxen şəhərindəki “Helmholtz” Elmi-Tədqiqat Mərkəzinin Dinamik sistemlər şöbəsinin müdiri, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev AMEA-nın 80 illik yubileyi ilə əlaqədar açıqlama verib.
Professor Məsud Əfəndiyev: “AMEA bütün dövrlərdə öz prinsiplərinə sadiq qalıb”
Prof. Dr. Məsud Əfəndiyev
Prof. Dr. Məsud Əfəndiyev
Dünya Azərbaycanlı Alimlər Birliyinin Elmi katibi, Kanadada yaşayan Azərbaycanlı alim, York Universitetinin Professoru Yulduz Rəhimov 29 oktyabr 2025-ci il tarixində ADA Universitetinin Qazax Mərkəzinə səfər edib. Səfər ADA Universitetinin Təsisçi Rektoru və Qazax Mərkəzinin yaradıcı ideya müəllifi olan Hafiz Paşayevin təşəbbüsü ilə həyata keçirilib. Ziyarətdə İtaliyanın Roma Tor Vergata Universitetinin magistrantı Nicat Rəhimli də iştirak etmişdir. Mərkəzin sədri Yeganə Göyüşova qonaqlara Mərkəzin fəaliyyəti, tarixi binaların bərpası və inkişaf məqsədləri haqqında geniş məlumat təqdim edib.
Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından fəaliyyət göstərən ADA Universiteti Qazax Mərkəzi həm regionun tarixi irsini qoruyur, həm də bölgəyə müasir və innovativ təhsil mühiti gətirir. Kompleksin memarlığı orijinal üslubuna uyğun olaraq yüksək səviyyədə bərpa olunub, ətraf ərazi abadlaşdırılaraq müasir kampus infrastrukturuna çevrilib. Tələbələr üçün rəqəmsal tədris avadanlıqları ilə təchiz edilmiş dərs otaqları, geniş kitabxana, oxu və müzakirə sahələri, komfortlu sosial məkanlar və dekorativ bitgilərlə bəzədilmiş yaşıl istirahət zonaları yaradılıb.
Mərkəzdə yaşayan pedaqoji heyət üçün inşa edilmiş Müəllimlər Evi tam şəraitli yaşayış imkanları ilə təmin olunub. Tikinti prosesi zamanı, əvvəllər həmin ərazidə yaşayan sakinlər üçün ədalətli kompensasiya verilməsi layihənin sosial məsuliyyət prinsiplərinə uyğun şəkildə həyata keçirildiyini göstərir. Eyni zamanda ADA Qazax Mərkəzində tələbələr üçün nəzərdə tutulmuş yataqxana da tam şəraitli, funksional və müasir standartlara cavab verən yaşayış mühiti təmsil edir. Tələbə yataqxanası geniş otaqlar, istirahət sahələri, oxu və qrup işləri üçün müasir məkanlarla təchiz olunub, həmçinin əlilliyi olan tələbələr üçün xüsusi uyğunlaşdırılmış şərait nəzərdə tutulub.
Mərkəzin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamı da bərpadan sonra mədəniyyət və yaradıcılıq məkanına çevrilib. Hamamın daxilində Qazax xalçaçılıq məktəbinə aid nümunələri bir araya gətirən muzey və yerli gənclər üçün rəsm dərnəyi fəaliyyət göstərir. Bu tarixi məkan kiçik həcmli musiqili, ədəbi və mədəni tədbirlərin təşkili üçün ideal şəraitə malikdir və Seminariyanın tarixi ruhunu müasir yaradıcılıq ilə birləşdirir.
Səfər zamanı DAAB elmi katibi və ADA Universiteti Qazax Mərkəzinin rəhbərliyi arasında aparılan müzakirələr xüsusilə səmimi və ilhamverici atmosferdə keçib. Tərəflər elmi şəbəkənin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və akademik mübadilə imkanlarının artırılması ilə bağlı fikirlərini bölüşərkən həm Qazaxın tarixi elmi irsinə, həm də burada formalaşan yeni təhsil mühitinə böyük dəyər verildiyini vurğulayıblar. Regionun elmi-mədəni potensialının gücləndirilməsi, gənclərin elmə bağlılığının artırılması və Qazaxın intellektual mərkəz kimi yenidən dirçəlməsi istiqamətində irəli sürülən ideyalar görüşə xüsusi ruh qatıb. Səfər hər iki tərəf üçün yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına töhfə verən əhəmiyyətli addım kimi yadda qalacaq.
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, Kanadanın Toronto şəhərindəki York Universitetinin professoru DAB İdarə Heyətinin üzvü və elmi katibi Yulduz Rəhimov ilə görüş keçirilib. Görüşdə fakültənin professor-müəllim heyəti, tələbə və doktorantları iştirak ediblər. Professor Yulduz Rəhimov “Ədədlər nəzəriyyəsi və kriptoqrafiya” mövzusunda ustad dərsi keçib.
BDU məzunu, Kanadanın York Universitetinin professoru Yulduz Rəhimovun ustad dərsi
BDU məzunu, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov tələbələrlə görüşüb
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, DAAB İdarə Heyətinin həmsədri Dr. Bəxtiyar Siracovla görüş keçirilib.
Tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev, fakültənin müəllim və tələbələri iştirak ediblər.
Fakültə dekanı Ələkbər Əliyev qeyd edib ki, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunları dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda uğurla fəaliyyət göstərir, yüksək vəzifələrdə çalışırlar. Belə məzunlardan biri də Nobel Sülh Mükafatına layiq görülən Bəxtiyar Siracovdur. Ələkbər Əliyev Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel Sülh mükafatına layiq görülən və uzun illər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məsul əməkdaşı olan məzunumuzun həyat yolu haqqında tələbələrə məlumat verib, belə görüşlərin tələbələrin inkişafında önəmli rol oynadığını vurğulayıb.
Bəxtiyar Siracov bildirib ki, 1974-1979-cu illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. O, məzunu olduğu universitetdə tələbələrlə görüşdən məmnunluğunu ifadə edib. Qonaq tələbəlik illərindən tutmuş AEBA-dakı fəaliyyətinədək keçdiyi yol barədə ətraflı məlumat verib, elmin inkişafına gənclərin töhfəsinin vacibliyini vurğulayıb. O, bilik və təcrübələrindən bəhrələndiyi Azərbaycan alimlərini minnətdarlıqla yad edib, onların yetirmələrinin bu gün dünyanın nüfuzlu universitetlərində, elm mərkəzlərində çalışdığını fəxrlə bildirib.
Qeyd olunub ki, 2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə AEBA və onun Baş Direktoru Məhəmməd əl-Baradei nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasında və nüvə enerjisindən dinc məqsədlər üçün təhlükəsiz şəkildə istifadə edilməsinin təmin edilməsində göstəridikləri xidmətlərə görə Nobel Sülh Mükafatına layiq görülüblər. Bəxtiyar Siracov da məhz o tarixdən AEBA-da çalışan digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasındadır.
Sonra Bəxtiyar Siracov tələbələrin suallarını cavablandırıb.
Azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, mükafatı ona Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Tariq Əbu Futuh təqdim edib. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir.
Azərbaycanlı alim Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub
Misir Prezidenti Əbdül Fəttah əl-Sisi azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim olunan bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir.
2025-ci ilin May ayından başlayaraq DAAB-n İdarə Heyətinin üzvü və mətbuat katibi, İsveçin Gothenburg Universitetinin dosenti, elmlər doktoru Səadət Kərimi Qarabağ Universitetinin bir qrupp müəllimlərinə “ALİ MƏKTƏB PEDAGOGİKASI” (TEACHING AND LEARNING IN HIGHER EDUCATION) fənni üzrə əhatəli bir kursun, Higher Education Pedagogy and Flexible Learning kursunun tədrisinə başlamışdır. Tədris əsasən İngilis dilində və Avropa İttifaqı qaydalarına uyğun olaraq həyata keçirilmişdir. Dərslər internet üzərindən distant formatda keçirilmişdir. İştirak edən müəllimlərin əksəriyyəti xaricdə magister, master və ya doktorantura təhsili almış olmasına və tədris işindən təcrübələri olmasına baxmayaraq, onlar bu kursun zəruriyyətini və əhəmiyyətinin fərqində olduqlarını və yaranan imkana görə minnətdarlıqlarını bildirirlər.
Kursun məqsədi bakalavriat və magistratura pillələrində təhsilin keyfiyyətini gücləndirmək və bununla da tələbələrin öyrənilməsi və biliklərinin inkişafı üçün yaxşı şərait yaratmaq üçün universitet və kolleclər müəllimləri əsas ali təhsil üzrə müəllim hazırlığı ilə təmin etməkdir. Kurs həmçinin elmi rəhbərlik (supervisor) işinin keyfiyyətini gücləndirməyi əhatə edir.
Kurs iki moduldən ibarətdir. Birinci modul 10 İyun 2025 tarixində imtahanlarla başa çatmışdır, ikinci modulu isə avqustun ikinci yarısından başlamaqla noyabr ayının ilk həftəsi qədər davam edəcək və sertifikatla nəticələnəcəkdir. Toplam 50 saatlıq kurs, 15 kredit səviyyəsində, 50% taktla verilməklə həftədə 3 saat leksiya, seminar və vorkşoplardan ibarət olmuşdur.
Prof. Dr. Səadət Kərimi
Səadət Kərimi Qarabağ Universitetinə qatqı verə bildiyi üçün şərəf və məmnuniyyət hissi duyduğunu, Azərbaycan Respublikasının sürətlə aparılan quruculuq işlərində, o cümlədən Elm və Təhsil sahəsində, yaxından iştirak edə bildiyim üçün mutlu olduğunu bildirir.
Səadət Kəriminin fikrincə, kursun mütəmadi olaraq hər semesterdə yeni işə qəbul olunmuş ali məktəb müəllimləri üçün verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının müxtəlif universitetlərindən müəllimlər bu kursu (distant) oxuya bilərlər. Bu kurs İsveçdə bir neçə universitetdə verilir və İsveçin hər yerindən, müxtəlif universitetlərdən olan müəllimlər və doktorandlardan bu kursu həmin universitetlərin birində oxumaq tələb olunur və zəmin yaradılır. Tədris Canvas öyrənmə idarəetmə sistemi (Canvas learning management system) və ya bu kimi başqa sistem vasitəsilə universitetin digər sistemlərinə (məsələn, dəyərləndirmə administrasiyası, kitabxana və s.) bağlanaraq effektiv aparıla bilər. Canvas-da tələbələr cari kursları üçün kurs otaqları, məsələn, öyrənmə resursları, tapşırıqlar/imtahan instruksiyaları və nəticələri tapa biləcəkləri rəqəmsal məkan əldə edə bilirlər.
Aşağıda Göteborq Universitetinin Canvas Support tərəfindən təmin edilən Canvas-da Canvas Manual təlimatları var.
https://canvas.gu.se/courses/20995/pages/in-english
Siz həmçinin Canvas və onun necə istifadə edilməsi haqqında ətraflı məlumatı provayderin təlimatlarında tapa bilərsiniz (İngilis dilində).
https://community.canvaslms.com/t5/Student-Guide/tkb-p/student
Müzakirə və təklifləriniz, həmçinin sonrakı əməkdaşlıq üçün əlaqə bilgiləri
Telefon: + 46 70 46 48 650
Email: saadat.karimi@edu.lidkoping.se, saadat953@hotmail.com
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzdində Radiasiya Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Türkiyənin Ege Universiteti, Tbilisi Dövlət Universitetinin Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutu, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Özbəkistanın Qarşi Dövlət Universiteti 10–12 sentyabr 2025-ci il tarixlərində “HƏRBİ MÜNAQİŞƏLƏRİN ƏTRAF MÜHİTƏ TƏSİRİ” mövzusunda beynəlxalq konfrans keçirəcəklər.
Bu elmi tədbirin əsas məqsədi — müxtəlif ölkələrin hərbi münaqişələrin ətraf mühitə dağıdıcı təsirləri və ekoloji bərpa sahəsində topladıqları məlumat və təcrübələrin paylaşılması, eləcə də bu istiqamətdə beynəlxalq əməkdaşlığın qurulmasıdır.
Konfransda münaqişələrin səbəbləri və məsuliyyətləri ilə bağlı siyasi müzakirələrə yol verilməyəcək. Tədbirin diqqət mərkəzində yalnız münaqişələrin ətraf mühitə olan təsirləri olacaq.
Konfransın açılış mərasimi və plenar iclası Bakıda keçiriləcək. İkinci və üçüncü günlər üzrə bölmə iclasları isə işğaldan azad olunmuş ərazilərdə təşkil olunacaq.
Konfransın Bölmələri:
Bölmə 1. Müasir hərbi əməliyyatlarda istifadə olunan texnologiyalar və kimyəvi maddələr (10 sentyabr, 10:00–13:00)
Bölmə 2. Hərbi fəaliyyətlərin flora və faunaya təsiri. Meşə yanğınları və onların CO₂ emissiyalarına töhfəsi (10 sentyabr, 14:00–16:00)
Bölmə 3. Su hövzələrində hərbi əməliyyatların ekoloji təhlükələri və dib çöküntülərinə təsiri (11 sentyabr, 14:00–18:00)
Bölmə 4. Müharibədən zərər görmüş ərazilərin ekoloji bərpası üzrə beynəlxalq əməkdaşlığın qurulması. Tematik ekskursiya, konfransın bağlanışı və Bakıya qayıdış (12 sentyabr, 10:00–17:00)
Konfransın iş dilləri İngilis və Azərbaycan dilləridir.
Qəbul olunan bütün tezislər konfrans materiallarında dərc olunacaq.
Tezislərin Göndərilməsi Qaydaları:
Tezislər ingilis dilində yazılmalı və aşağıdakı formatlaşdırma qaydalarına uyğun hazırlanmalıdır:
Cədvəllər, şəkillər və istinadlar daxil olmaqla A4 formatında 1 səhifə
Səhifə parametrləri: yuxarı və aşağı kənar – 2 sm, sol – 3 sm, sağ – 1.5 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası məsafə: single
Format: MS Word
Tezis başlıqları səhifənin ortasında yerləşməli və aşağıdakı formatlaşdırma qaydalarına uyğun olmalıdır:
Ad: böyük hərflərlə, qalın (bold), 12 pt
Müəllif(lər): qalın (bold), 12 pt
Təşkilat (affiliation): Kursiv (italic), 12 pt
Müəlliflərin E-mail ünvanları
Tezislərin təqdim olunma son tarixi: 31 iyul 2025
Konfransın veb saytı: http://www.conferencerpi25.az
Tezisləri veb sayt vasitəsilə və ya e-poçtla göndərmək mümkündür: 📧 E-mail: office@conferencerpi25.az
The Institute of Radiation Problems under the Ministry of Science and Education of the Republic of Azerbaijan, Azerbaijan University of Architecture and Construction, Ege University of Turkey, Institute of Inorganic Chemistry and Electrochemistry Tbilisi State University, Academy of Ministry Emergency situations of AR and Garshy State University of Uzbekistan will host an International Conference titled "ENVIRONMENTAL IMPACT OF MILITARY CONFLICTS" on September 10-12, 2025.
The primary objective of this scientific event is to exchange the data from various countries concerning the destructive effects of military conflicts on the environment and experience in environmental rehabilitation, and to establish international cooperation in this area.
The conference will not allow political discussions about the causes and responsibilities of conflicts, but will only discuss the impact of conflicts on the environment. The opening ceremony and plenary session will take place in Baku, while sessions on the second and third days will be held in the liberated territories.
Conference Topics:
Section 1. Techniques and chemicals used in modern military operations (September 10, 10:00-13:00)
Section 2. Impact of military activities to the fauna and flora. Forest fires caused by military activity and their contribution to COz emissions (September 10, 14:00-16:00)
Section 3. Environmental hazards of military operations in water bodies and their bottom sediments (September 11, 14:00-18:00)
Section 4. Establishing international cooperation for the ecological rehabilitation of war-torn areas. Thematic tour, closing of the conference and return to Baku (September 12, 10:00-17:00)
Conference languages are English and Azerbaijani
All accepted presentation abstracts will be published.
Abstract Submission Guidelines:
Abstracts should be written in English and prepared according to the following formatting guidelines:
1 page (A4 size), including tables, figures, and references;
Margins: top and bottom - 2 cm, left - 3 cm, right - 1.5 cm;
Font: Times New Roman, 12 pt;
Lline spacing: single;
File format: MS Word.
The abstract headings should be centered and follow these formatting rules:
TITLE - all capital letters, bold, 12 pt;
AUTHORS - bold, 12 pt;
AFFILIATION - italic, 12 pt;
Authors' email addresses.
Submission Deadline: July 31, 2025
Conference Website: http://www.conferencerpi25.az/
Abstracts may be submitted via the website or by email:
E-mail: office@conferencerpi25.az
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycan Gəncləri Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə buraxılması tarixinə həsr olunan “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransa Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla 20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı təşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb.
Konfransda DAAB İdarə Heyətinin sədri Professor Məsud Əfəndiyev DAAB-ın fəaliyyətii barədə məruzə ilə çıxış etmişdir.
Qahirə, 4 fevral, AZƏRTAC
Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri azərbaycanlı alim Seymur Nəsirovla görüş keçirilib.
AZƏRTAC Misir-Azərbaycan Dostluq Cəmiyyətinə istinadla xəbər verir ki, Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunan görüşdə Misirin yüksəkvəzifəli şəxsləri, elm xadimləri və burada təhsil alan xarici tələbələr iştirak ediblər.
Tədbirdə İslam İşləri Üzrə Ali Şuranın baş katibi professor Məhəmməd əl-Bəyyumi Seymur Nəsirovun elmi, ictimai və mədəni fəaliyyətlərinin Misir ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini və onun ölkədə təhsil alan tələbələr üçün böyük bir nümunə olduğunu qeyd edib.
Ətrafı: Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində azərbaycanlı alimlə görüş keçirilib - AZƏRTAC
M.Qorbaçovun Nobel sülh mükafatlndan məhrum edilməsi tələbi ilə
Norveç Nobel Komitəsinə Müraciət
20.01.2025
"Gobustan" – Association of Azerbaijani Academics in the Kingdom of Sweden
Organization number 802535-4005 saadat.karimi@hb.se Mobile contact +460704648650
THE OPEN LETTER
TO THE NORWEGIAN NOBEL COMMITTEE
From "GOBUSTAN" – ASSOCIATION of AZERBAIJANI ACADEMICS (AAAS)
in the Kingdom of Sweden
20.01.2025
On January 19, 2025, more than 100 participants, members of “GOBUSTAN – Association of Azerbaijani Academics in Sweden” (AAAS), and the Azerbaijani public activists, family members of the January 20 martyrs, and January 20 veterans who attended the ZOOM conference organized by the “GOBUSTAN AAAS” adopted a RESOLUTION as the result of the conference. This resolution is addressed to the chairman and members of the Norwegian Nobel Committee in the following:
Honored Chairman of the Norwegian Nobel Committee, Mr. Jørgen Watne Frydnes and honored members of the Norwegian Nobel Committee - Mr. Asle Toje, Ms. Anne Enger, Ms. Kristin Clemet, Ms. Gry Larsen!
We - the members of “Gobustan” - Association of Azerbaijani Academics in Sweden - together with the family members of the January 20 martyrs, Azerbaijani social activists living in different countries of the world, and January 20 veterans who participated in the public conference we held on January 19, 2025, would like to present to you our
RESOLUTION
on the awarding of the NOBEL PEACE PRIZE to the General Secretary of the Central Committee of the Communist Party of the Soviet Union MIKHAIL GORBACHEV by the Norwegian Nobel Committee in October 1990.
We consider the fact that Mikhail Gorbachev still bears the title of Nobel Peace Prize laureate to be the greatest injustice in the history of this prize and in the history of mankind, as well as disrespect for the Azerbaijani people, and a black spot in history! We consider the deprivation of Mikhail Gorbachev from the Nobel Peace Prize a necessary step!
By depriving Mikhail Gorbachev of the Nobel Peace Prize, the Nobel Committee would have belatedly cleansed this black spot and eliminated the injustice committed against the Azerbaijani people. Your decision to deprive Mikhail Gorbachev of his award would have strengthened the world community's faith in justice and the moral authority of the Nobel Peace Prize. This is sorely needed!
It is with great pain that we announce that the awarding of the Nobel Peace Prize to Mikhail Gorbachev, whose hands were soaked in the blood of the Azerbaijani people, by the Norwegian Nobel Committee after the January 20, 1990 massacre is as painful for us as the sorrow of January 20. However, for many years, the Azerbaijani public has not lost faith that this injustice will one day be eliminated.
The Azerbaijani people commemorate the anniversary of the mass murder of a total of 170 people and 800 seriously injured on the night of January 19-20, 1990, as a result of the deployment of Soviet troops to Baku and several regions of Azerbaijan, the firing of heavy equipment and various types of weapons on the civilian population, with the same sadness as every year, cursing the murderer Mikhail Gorbachev and expressing deep hatred for the perpetrators of this tragedy. It is a known and undeniable fact that Mikhail Gorbachev personally gave the order to deploy troops to Baku and against the civilian population! He bears direct responsibility for the mass murders! The bloody trail of this crime is indelible.
There are sufficient legal grounds for bringing the criminals who committed the January 20 tragedy to justice. The January 20, 1990 Massacre is, first of all, a violation of the requirements of the UN Universal Declaration of Human Rights, the International Covenant on Civil and Political Rights and other international legal conventions! This massacre is a crime against humanity, during which peaceful people were killed, injured, kidnapped and tortured. A historical crime was committed against the entire people!
All investigations give us reason to call the January 20 massacre a pre-planned state crime to stifle the struggle for freedom and independence of the Azerbaijani people, who protested against the unjust policy of the USSR!
We hope that the Nobel Peace Committee will not turn a blind eye to the insult to Nobel values, and that you will restore historical justice by signing a decision to deprive Mikhail Gorbachev, who has earned the deep hatred of the Azerbaijani people, as well as other peoples of the former Soviet Union, of the Nobel Peace Prize.
Best regards,
100 signatures
NORVEÇ NOBEL KOMİTƏSİNƏ
AÇIQ MƏKTUB
20.01.2025
19 Yanvar 2025 ci il tarixində İsveçdə fəaliyyət göstərən ”GOBUSTAN - Azərbaycan Aydınlar Ocağı” dərnəyinin təşkil etdiyi ZOOM konfransına qatılan 100 nəfərdən çox iştirakçı, dərnəyin üzvləri, və dəvət olunmuş Azərbaycan ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları konfransın nəticəsi olaraq QƏTNAMƏ qəbul ediblər. Bu qətnamə Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktubda ünvanlanıbdır.
Hörmətli Norveç Nobel Komitəsinin sədri cənab Jørgen Watne Frydnes.
Hörmətli Norveç Nobel Komitəsinin üzvləri - cənab Asle Toje, xanım Anne Enger, xanım Kristin Clemet, xanım Gry Larsen.
Biz – İsveçdə fəaliyyət göstərən Qobustan Azərbaycan Aydınlar Ocağı – 19 Yanvar 2025 ci tarixində keçirdiyimiz ictimaiyyətə açıq konfransa qatılan 20 Yanvar şəhidlərinin ailə üzvləri, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlı sosial-ictimai fəallar, 20 Yanvar veteranları ilə birlikdə, Sizə 1990-cı ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MİXAİL QORBAÇOVUN Norveç Nobel Komitəsi tərəfindən NOBEL SÜLH MÜKAFATI ilə təltif olunması barədə qəbul etdiyimiz
QƏTNAMƏMİZİ TƏQDİM EDİRİK.
Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşımasını bu mükafatın tarixində və bəşəriyyət tarixində ən böyük ədalətsizlik, Azərbaycan xalqına qarşı sayqısızlıq və tarixdə qara ləkə hesab edirik! Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini gərəkli addım hesab edirik!
Mixail Gorbaçovu Nobel Sülh Mükafatından məhrum etməklə Nobel Komitəsi gec də olsa bu qara ləkəni təmizləmiş olar və Azərbaycan xalqına qarşı yol verilmiş haqsızlığı aradan qaldırmış olar. Mixail Qorbaçovu mükafatından məhrum etmək qərarınız dünya ictimaiyyətinin ədalətə və Nobel Sülh Mükafatının mənəvi nüfuzuna inamını gücləndirərdi. Buna ciddi ehtiyac var!
Böyük ağrı hissi ilə bildiririk ki, məhz 1990 cı il 20 Yanvar qətliamından sonra Norveç Nobel Komitəsi tərəfindən əlləri Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatı ilə təltif edilməsi bizim üçün 20 Yanvar kədəri qədər əzablıdır. Lakin, Azərbaycan ictimaiyyəti uzun illərdir ki, bu ədalətsizliyin bir gün mütləq aradan qaldırılacağına inamını itirməyib.
Azərbaycan xalqı hər il 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilməsi, dinc əhalinin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulması nəticəsində ümumilikdə 150 nəfərin kütləvi şəkildə qətlə yetirilməsinin ildönümünü hər il olduğu kimi bu ildə eyni hüznlə qeyd edir, qatil Mixail Qorbaçovu lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir. Mixail Qorbaçovun şəxsən Bakıya, dinc əhaliyə qarşı qoşun yeridilməsi əmrini verməsi məlum və inkar edilməz faktdır! O, kütləvi qətllərə görə birbaşa məsuliyyət daşıyır! Bu cinayətin qanlı izi silinməzdir.
20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. 20 Yanvar 1990 Qətliamı hər şeydən öncə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi hüquqlar Haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi konvensiyaların tələblərinin pozulması faktıdır! Bu qətliam bəşəriyyət əleyhinə cinayətdir, bu hadisə zamanı dinc insanlar qətlə yetirilib, yaralanıb, oğurlanıb, işgəncələrə məruz qalıb. Bütöv bir xalqa qarşı tarixi cinayət törədilib.
Bütün araşdırmalar bizə 20 Yanvar qətliamını SSRİ-nin ədalətsiz siyasətinə etiraz edən Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin boğulması üçün əvvəlcədən planlaşdırılmış dövlət cinayəti adlandırmağa əsas verir!
Biz ümid edirik ki, Nobel Sülh Komitəsi Nobel dəyərlərinin təhqir edilməsinə göz yummayacaq, Azərbaycan xalqının, eləcə də keçmiş Sovet İttifaqının digər xalqlarının dərin nifrətini qazanmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə qərara imza atmaqla tarixi ədaləti bərpa edəcəksiniz.
Hörmətlə,
100 imza
Saadat Karimi (Chairman of the Gobustan AAAS)
Toghrul Ismayıl
Maleyka Muradova, family member of January 20 martyr Mehman Muradov
Qulu Maharramli
Abdulla Amir Hashimi Javanshir
Ayda Amir Hashimi
Eluca Atalı
Babek Azad
Mehman Damirli
Azer Bakhshaliyev
Ramida Bakhshaliyeva
Uviyya Najafova
Mahmud Bilgin
Afsana Sulduz
Alirza Ardabili
Mehdi Karimi
Ana Karimi
Nabi Karimi
Gushvar Panahi
Könul Gabulzade
Yashar Musayev
Khatira Gambarova
Ulviyya Abbasova
Solmaz Tohidi Rustamova
Masud Efendiyev
Qızqayıt Qadirova
Azer Farrukhi
Rashada Moen
Hüseyn Nasirli
Aynur Malikova
Dilara Alekberova
Duman Radmehr
Elshan Nazar
Güllü Ahmadova
Turan Aliyev
Ramil Maliyev
Rasim Mammadli
Mahbuba Mammadova
Rahim Sadiqbayli
Shalala Abil
Leyla Haziyeva
Farida Haziyeva
Vüsala Aliyeva
Macid Javadi Araz
Mirmusa Hashemi
Khaqani Ismayıl
Rafail Qaribov
Babek Karimi
Hasan Tamjidi
Khuraman Jafarova
Nigar Aslanova
Nargiz Jafarli
Saleh Kamrani
Mayisa Aghamirzayeva Gündoghdu
Said Azizi
Soheyla Azizi
Ramiz Deniz
Parvana Mehmanlı
Turan Ibrahim
Tünzala Seyfullayeva
Irada Sultanova
Reza Ahmadi
Yegana Jafarova
Khanım Qasımova
Rüfat Muradlı
Hüseyn Shamil
Vüsala Musalı
Emrullah Önalan
Antiqa Qonaq
Seymur Nasirli
Zümrüd Dadashzade
Khaqani Ismayıl
Vahid Qazi
Abülfaz Suleymanov
Tarana Mirzayeva
Settar Sevigin
Sevda Suleymanova
Kürşad Aghdereli
Arzu Rzayeva
Khayala Zarbaliyeva
İbrahim Abide
Tarlan Eyvazov
Kamala Karimova
Nazim Rahimov
Nargila Mammadova
Arif Abbasov
Azima Agalar
Firdovsiyya Ahmadova
Afet İslam
Rüfana Soltanova
İrada Mammadova
Mübariz Göyüshoghlu
Banuchichek Kalbaliyeva
Natiqa Zeynalova
Sabina Zeynalova
Gültekin Mürsaliyeva
Tünzala Seyfullayeva
Samed Kangerli
Emilia Oman
Zaur Ustac
UNEC-in rektoru Prof. Ədalət Muradov:
Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) bütün qitələrdən olan üzvləri ilə UNEC-in əməkdaşlıq imkanlarını müzakirə etdik. Ortaq elmi tədqiqatlar və onların nəticələrinin yayılması, gənc alimlərə dəstək, birgə jurnallar, elmi fəaliyyət sahəsində məlumat mübadilə mexanizminin yaradılması və digər məsələləri müzakirə etdik. UNEC-ə ayırdıqları vaxta və göstərdikləri dəstəyə görə DAAB-ın İdarə Heyətinin Sədri professor Məsud müəllim Əfəndiyev başda olmaqla müzakirədə iştirak edən hər bir DAAB üzvünə təşəkkür edirəm.
Seymur Nəsirov
YouTube Video
15 oktyabr 2024-cü il tarixində Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyətinin üzvləri və Qarabağ Universitetinin rəhbər heyəti arasında görüş keçirilib. DAAB-ın təşəbbüsü ilə onlayn formatda keçirilən görüş tədris, elmi-tədqiqat, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanınması və nüfuzunun gücləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.
Ətraflı aşağıdakı linklərdə: