MÜZAKİRƏLƏR ƏNƏNƏVİ VƏ MÜASİR ELM SAHƏLƏRİNİ ƏHATƏ EDƏ BİLƏR
MÜZAKİRƏLƏR ƏNƏNƏVİ VƏ MÜASİR ELM SAHƏLƏRİNİ ƏHATƏ EDƏ BİLƏR
ƏNƏNƏVİ ELMLƏR
1. Təbiət elmləri - fizika, kimya, biologiya, yer elmləri, astronomiya, ...
2. Riyaziyyat, tətbiqi riyaziyyat
3. Sosiolojy elmlər - sosiologiya, psixologiya, iqtisadiyyat, siyasi elmlər, antropologiya, ...
4. Humanitar elmlər - tarix, linqvistika, fəlsəfə, ilahiyyat araşdırmaları, ...
5. Mühəndislik və texnologiyalar - elektrik, elektronika, mexanika, inşaat, kimya mühəndisliyi, ...
6. Tibb Elmləri – müalicə, diaqnostika, stomatologiya, farmakologiya, xəstə baxıcılığı, baytarlıq, ...
7. Təsviri və tətbiqi sənətlər - musiqi, rəngkarlıq, dizayn, ...
MÜASİR ELMLƏR
1. Təbiət elmləri - kvant fizikası, nanotexnologiyalar, astrobiologiya, ...
2. Yerşünaslıq və ətraf mühit elmləri - iqlim, geoməkan elmi [1], noosfera [2], dayanıqlı inkişafla bağlı araşdırmalar, su və digər məhdud resursların mühafizəsi, ...
3. Həyat elmləri - genomika, sintetik biologiya, neyrologiya, ...
4. Biotəbabət elmləri - bioinformatika, regenerativ təbabət, genetik təbabət, ...
5. Sosiolojy və davranış elmləri, davranış iqtisadiyyatı, koqnitiv araşdırmalar, data elmi [3] , ...
6. Kompüter elmləri - süni zəka, kibertəhlükəsizlik, kvant hesablamaları, ...
7. Mühəndislik və texnologiyalar - biotəbabət mühəndisliyi, robototexnika, ətraf mühit mühəndisliyi, ...
8. Fənlərarası sahələr - sistemlər biologiyası, materialşünaslıq, fəza elmləri, ...
Bu sahələrin hər biri fundamental bilikləri təmin edən ənənəvi sahələr və müasir çağırışlara cavab verən və yeni texnologiyalardan istifadə edən müasir elm sahələrinin mənzərəsini müəyyən dərəcədə əks etdirir. Bu siyahı forumdakı müzakirələr zamani həm genişləndirilə və həm də məhdudlaşdırıla bilər. Forumun effektiv keçməsi ücün iştirakçılar (həm xarici, həm də yerli) ən azi bir ay öncədən sessiyalarda müzakirə olunacaq potensial mövzular barədə məlumatandırılmalıdırlar.
İştirakçılardan forumun işində fəallıq göstərmələri və müzakirə olunan mövzular barədə fikirlərini bildirmələri gözlənilir.
---------------
[1] Geoməkan Elmi (Geospatial Science) - yer səthinə aid məkan məlumatlarını və nümunələrini öyrənmək üçün coğrafi informasiya sistemləri (GİS) və uzaqdan zondlama metodlarından istifadə edir.
[2] Noosfera (Noosphere) - biosferin yeni inkişaf vəziyyəti kimi təyin olunur və planetarası "ağıl məkanı" kimi təsvir edilir; biosfer insanın yer üzündə mövcud olmasindan əvvəl olub və onsuz yenidən mövcud ola bilər, lakin insan biosfer xaricində ola bilməz.”
[3] Data Elmi (Data Science) - statistik metodlar, maşın öyrənməsi və Big (Huge) Data-ların təhlili vasitəsilə biliklərin qazanılması