Müzakirələrin səmərəli olmasını təmin etmək məqsədilə forum iştirakçılarını aşağıadkı iki yolla qruplara bölmək olar:
Müxtəlif ölkələrin və elm sahələrinin təmsilçilərindən ibarət qarışıq qruplar yaradılır.
və ya
Yalnız elm sahələri üzrə qruplar yaradılır.
Həm xarici, həm də yerli alimlər bu qruplara qatılaraq müzakirələrdə iştirak edirlər. Sessiyalara moderatorluğu DAAB İdarə Heyəti üzvləri və digər təyin olunmuş (seçilmiş) iştirakçılar həyata keçirirlər. Hər qrupa bir moderator təyin edilir. Moderator müzakirələr ərzində qeydlər aparır və sonra qrupun adından nəticələri təqdim edir.
Mövzuları gözdən keçirmək və çalışdığınız elm sahəsinə (ixtisasınıza) uyğun olanlarını seçmək və ya arzu etdiyiniz yeni mövzuları əlavə etmək üçün aşağıdakı linkləri istifadə edə bilərsiniz: