Search this site
Embedded Files
DAAB
  • 🏠Ana Səhifə
  • 📰Tədbirlər, Elanlar
  • 🌍İdarə Heyəti
  • 🌐Alimlərimiz
  • 💎Missiya, Vizyon,...
  • 📜Nizamnaməmiz
  • 🌅Təsis Zərurəti
  • 🗺️İstanbul Təsis Toplantısı
  • 🌍Bakı Forumu
    • 🏘️Məkan
    • ✈️🏨Logistika
    • ⌛Proqram
    • 📈Məruzələr 1
    • 📈Məruzələr 2
    • Masalardan Təkliflər
      • 📝Orijinal
      • 📝Ümumiləşdirilmiş
    • 💧Fərdi Təkliflər
    • ✉️Məktublar
    • 📹Video Qalereya
    • 📷Foto Qalereya
      • 📷Fəxri Xiyaban, Şəhidlər Xiyabanı
      • 📷Açılış günü
      • 📷Kitab Sərgisi
      • 📷Müzakirələr
      • 📷Nahar Fasiləsi
      • 📷Kofe Fasiləsi
      • 📷Portretlər
      • 📷Qarabağ
    • 🧑‍💻Sessiyaların Təşkili
      • 🖼️İştirakçılar
      • 💡Elm Sahələri
      • 🗓️Strategiyalar
      • 📖Müzakirə Mövzuları
      • 📚Mövzu seçimi
      • 💎İştirakşıların Təklifləri
      • 🫂Qarışıq Qruplar
      • 🏭İxtisas Qrupları
      • 📒İstilahlar
    • Forum haqqında kitab
DAAB

9 dekabr 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlər Birliyinin təsisi məqsədilə görüş keçirildi

Video Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmışdır.

Görüşdə dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlı elm xadimləri ilə yanaşı 

DİDK, TKTA, TADF və Türkiyə EA-nın nümayəndələri də iştirak etdilər:

Ahmet Cevat Acar             Türkiyə EA İH üzvü, İstanbul Sabahattin Zaim Universitetinin rektoru

Cahid Kazımov                    DİDK sədrinin müşaviri

Emin Rüstəmov                  DİDK Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin gənclər sektorunun müdiri

Fuad Muradov                     Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri

Pərviz Məmmədzadə     Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədr müavini

Rüfət Sarabin                       DİDK aparıcı məsləhətçisi

Ülkər Səttarova                  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri (TKTA)

Vəsilə Zeynalova               DİDK Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri

Xıdır Kazımov                     DİDK Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri

Görüşdə iştirak etmiş Azərbaycanlı elm xadimləri

Akif Alaferdov                            Qırğızıstan

Aqşin Əliyev                               Çin

Arzu Qurbanova                       Qazaxıstan

Bəxtiyar Siracov                       Avstriya

Əli Əsgərov                                 ABŞ

Əmirullah Mehmetov           Türkiyə

Əsgər Ələkbərov                      Oman

Feridun Hamdullahpur        Kanada

Heydər İmanov                         Rusiya

Mahmud Hacıxəlilov             Gürcüstan

Mehdi İsmayılov                      Türkiyə

Məsud Əfəndiyev               Almaniya

Mübariz Qarayev                     S.Ərəbistanı

Niyazi Niyazov                          Rusiya

Ramin Sadık                              Türkiyə

Rövşən İbrahimov                   Koreya

Səadət Kərimi                           İsveç

Seymur Nəsirov                       Misir

Teymur Rzayev                         Türkiyə

Toğrul İsmayıl                            Türkiyə

Vüqar İmanbəyli                      Türkiyə

Xaqani Qayıblı                          Estoniya

Xəlil Kələntər              Yaponiya

Zaur Sadıqbəyli                        Fransa

Əsas Hədəflər 

  • Xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin vahid bazasının yaradılması

  • Elm xadimləri və tədqiqatçılar arasında şəbəkələşmənin gücləndirilməsi və onların vahid platformada birləşdirilməsi

  • Diaspor fəaliyyətinə töhfə verilməsi və onun qlobal elmi əməkdaşlıqda rolunun artırılması

  • Vətənlə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan elmi institutları ilə sıx əməkdaşlığın təşviq edilməsi

  • Müxtəlif elmi və təhsil proqramları vasitəsilə Azərbaycanın inkişafına dəstək verilməsi

  • İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinə töhfə verilməsi

  • Elmi fəaliyyət göstərən və bu sahədə karyera qurmaq istəyən gənc nəslə dəstək verilməsi

  • Müxtəlif təhsil layihələrinin, proqramlarının hazırlanması və elmi işlərin davamlı olaraq dəstəklənməsinin təmin edilməsi

İştirakçılar qruplara bölünərək müzakirələr apardılar

Təklif Edilmiş Strateji Addımlar

  • Regional qrupların yaradılması: Avropa, Türkiyə, Ərəb ölkələri və Afrika, Rusiya, Mərkəzi Asiya, Uzaq Şərq, Amerika, Avstraliya və digər regionlar üzrə alimlərdən ibarət qruplar formalaşdırılsın. Hər bir qrupun üzvləri və rəhbərləri təyin edilsin

  • Strukturun müəyyənləşdirilməsi: Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) idarəetmə və fəaliyyət strukturu formalaşdırılsın

  • Vahid elmi şəbəkənin yaradılması: Alimlər arasında qlobal əməkdaşlığı gücləndirmək üçün vahid platforma və şəbəkə qurulsun

  • Strateji yol xəritəsi: Qısa, orta və uzunmüddətli fəaliyyət planları hazırlanaraq icra edilsin

  • Rəqəmsal təhlükəsizlik: Sosial şəbəkələrdə rəsmi hesablar açılsın, eyni zamanda kənar müdaxilələrin qarşısını almaq üçün maksimum təhlükəsizlik tədbirləri görülsün

  • Elmi informasiya bazasının yaradılması: Alimlərin elmi məqalələrini, kitablarını və tədqiqatlarını özündə cəmləşdirən geniş bir elmi məlumat bazası formalaşdırılsın

  • Elmi jurnalın nəşri: İldə dörd dəfə olmaqla beynəlxalq səviyyədə elmi jurnal dərc edilsin. Xaricdə elmi məqalələri çap olunan alimlərin yazılarının da bu jurnalda yayımlanması təmin edilsin

  • Gənc alimlər üçün mentorluq proqramı: Elmi tədqiqatla məşğul olan gənc alimlər üçün həm Azərbaycandan, həm də xarici ölkələrdən elmi rəhbərlərin təyin olunmasına dəstək verilsin

  • İlk Forumun təşkili: DAAB-ın birinci forumu 2023-cü ildə Bakı və ya Ağdamda keçirilsin və müxtəlif elmi dairələrdən müvafiq şəxslərin iştirakı təmin edilsin

  • Rəqəmsal infrastruktur: DAAB-ın rəsmi veb saytı və mobil tətbiqi yaradılsın

  • Strateji layihələrin dəstəklənməsi: Ekoloji mühit, “ağıllı şəhər” və bu tip digər innovativ layihələrə dəstək verilsin

  • Gənc tədqiqatçıların inkişafı: Gənc alimlərin inkişafına yönəlmiş proqramlar həyata keçirilsin və “Qarabağ” və “Şuşa” adları ilə xüsusi təqaüdlər təsis edilsin

  • Azərbaycan alimlərinin AMEA üzvlüyü: Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) üzvlüyü məsələsi nəzərdən keçirilsin

  • Beynəlxalq elmi araşdırmalar: Alimlər tərəfindən yaşadıqları ölkələrin xüsusiyyətlərinə uyğun tədqiqatlar aparılsın, eyni zamanda arxivlərdə araşdırmaların təşkili təmin edilsin

  • Dil biliklərinin inkişafı: Alimlərin yaşadıqları ölkələrin dilini bilməsi üçün mütəxəssis hazırlığına dəstək verilsin

  • Alimlərin tanıdılması: Xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin çalışdıqları ölkələrdə elmi və ictimaiyyət arasında daha geniş tanıdılması üçün təşviq işləri aparılsın

  • İş dünyası ilə əməkdaşlıq: Xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamları bu proseslərə cəlb edilsin və elmi layihələrin maliyyələşdirilməsində onların iştirakı təşviq edilsin

Alınmış Qərarlar

  • Avropa, Türkiyə, Ərəb ölkələri və Afrika, Rusiya, Mərkəzi Asiya, Uzaq Şərq, Amerika, və Avstraliya üzrə qruplar formalaşdırılsın

  • Görüşün nəticəsi olaraq yaradılması nəzərdə tutulan təşkilat “Dünya Azərbaycanlı Alimlər Birliyi” adlandırılsın

  • Təşkilatın nizamnaməsi hazırlansın

  • Xaricdə yaşayan Azərbaycanlı Alimlərin birinci forum Bakıda keçirilsin

  • İdarə heyəti aşağıdakı tərkibdə qəbul edilsin:

      • Feridun Hamdullahpur sədr

      • Məsud Əfəndiyev həmsədr

      • Bəxtiyar Siracov

      • Səadət Kərimi

      • Seymur Nəsirov

      • Toğrul İsmayıl 

      • Zaur Sadıqbəyli

Messoud Efendiyev, Chairman, Germany, James D.Murray Distinguished Professor

DAAB-ın Türkiyədə qeydiyyatdan keçdiyi ünvan: Feneryolu Mahallesi Gazi Muhtar Paşa Sokak No: 44 Kadıköy, İstanbul, Türkiyə

Phone: +905551474674   Email: daad.waas2024@gmail.com

Web: https://daab-waas.org

Google Sites
Report abuse
Page details
Page updated
Google Sites
Report abuse