Mövzu № 1. Pedaqogika bir elm kimi (2 akademik saat)
Qısa icmalı: Pedaqogika elminin meydana gəlməsi və inkişafı. Pedaqogikanın əsas anlayışları və qarşılıqlı əlaqəsi (təlim, tərbiyə, təhsil). Pedaqogikanın obyekti, predmeti, məqsədi, vəzifələri, metodologiyası. Pedaqogikanın tədqiqat üsulları. Pedaqoji elmlər sistemi, onların qarşılıqlı əlaqəsi. Pedaqogikanın başqa elmlərlə əlaqəsi.
Mövzu № 2. Pedaqoji proses və pedaqoji fəaliyyət (2 akademik saat)
Qısa icmalı: Pedaqoji proses haqqında ümumi anlayışlar. Pedaqoji prosesdə təhsilverən və təhsilalanlarrın qarşılıqlı münasibətlərinin inkişafı, şagirdlərdə müsbət keyfiyyətlərin formalaşdırılmasında müəllimin aparıcı funksiyaları. Pedaqoji prosesin təşəkkül komponentləri, tamlıq, məzmunluq, fəaliyyətlilik, nəticəlilik. Pedaqoji prosesin qanunauyğunluqları.
Mövzu № 3. Müəllim pedaqoji fəaliyyətin subyekti kimi (2 akademik saat)
Qısa icmalı: Pedaqoji fəaliyyət. Müəllimin pedaqoji fəaliyyətinin xüsusiyyətləri. Müəllim peşəsinin səciyyəvi xüsusiyyətləri. Müəllim peşəsinə verilən pedaqoji tələblər.Müəllim- şagird münasibətlərinin formaları. Müəllim-şagird münasibətlərində əməkdaşlıq növləri.Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər. Müəllimin pedaqoji qabiliyyətləri və ustalığı.
Mövzu № 4. Şəxsiyyətin inkişafına dair nəzəriyyələr (yaş psixologiyası) (2 akademik saat)
Qısa icmalı: Şəxsiyyətdə inkişaf qanunauyğun proses kimi. Şəxsiyyətin inkişafının qanunauyğunluqları.İnsanın bioloji və sosial inkişafı, onların xüsusiyyətləri. Şəxsiyyətin inkişafı və formalaşmasında ünsiyyət, mühit və tərbiyənin rolu, onların qarşılıqlı əlaqəsi. Müxtəlif yaş dövrlərində uşaqların şəxsiyyətlərinin inkişafı və tərbiyəsinin xüsusiyyətləri.Şəxsiyyətin inkişafı haqqında müasir nəzəriyyələr.
Mövzu № 5. Müasir pedaqogikada təhsil paradiqmaları (2 akademik saat)
Qısa icmalı: Təhsil ictimai praktikanın müstəqil forması, idarəetmə mexanizmi, təşkilati struktur və fəaliyət sistemi kimi. Təhsil cəmiyyətin, ictimai-siyasi və tarixi-mədəni dəyərlərin formalaşdırma və inkişafetdirmə vasitəsi kimi. Ənənəvi, fənnyönümlü və müasir şəxsiyyətyönümlü dərslər və onlardan irəli gələn nəticələr. Ənənəvi dərslərin paradiqmaları.Müasir pedaqogikanın paradiqmaları.
Mövzu № 6. Təlimin (didktikanın) nəzəri və metdoik əsasları (2 akademik saat)
Qısa icmalı: Təlim prosesinin mahiyyəti. Didaktika təlim və təhsil haqqında nəzəriyyə kimi. Didaktikanın meydana gəlməsi və inkişafı. Təlim prosesi, onun təşkili və fəaliyyət xarakteri. Təlimin təhsilləndirici, tərbiyəverici funksiyaları. Təlim prosesinin əsas komponentləri, məqsədləri, vəzifə, məzmun, üsul vasitələri.
Mövzu № 7. Pedaqoji texnologiyalar (2 akademik saat)
Qısa icmalı: Pedaqoji innovasiyalar. Pedaqojisistemin optimallaşdırılması. Pedaqoji texnologiyalar. Müasir dərsin planlaşdırılması.Aksiologiya. Valeologiya və 2 didaktogeniyanın əsasları. İKT texnologiyalarının nailiyyətlərindən təlim prosesində, iadrə Etmədə və pedaqoji tədqiqatlarda geniş istifadə edilməsi.
Mövzu № 8. İnnovasiyalı təlim (2 akademik saat)
Qısa icmalı: İnnovasiya – yeniliyin məzmunu və reallaşması kimi. İnnovasiyaların tətbiqinin planlaşdırılması və təşkili üsulları. Təlim-tərbiyənin məqsəd, məzmun, metod və formalarına yeniliklərin tətbiqi. Təhsilin iqtisadiyyatı, təşkili və idarə edilməsində pedaqoq və təhsilalanın müştərək fəaliyyətinin yeni biliklər əsasında təşkili. Təhsildə innovasiyalar, təhsil islahatları və ya müəyyən məqsədli inkişaf proqramları. Təhsil müəssisəsində yeniləşmə prosesinin mərhələləri.
Mövzu № 9. Təlimdə informasiyanın ötürülməsinin psixo-fizioloji xüsusiyyətləri (2 akademik saat)
Qısa icmalı: Təlim prinsipləri təlimin qanunauyğunluqlarının inikası kimi. Təlim prinsiplərinin təsnifatı, təlimin həyatla əlaqələndirilməsi, elmilik, şüurluluq, fəallıq, sistematiklikvə ardıcıllıq, mavfiqlik, əyanilik, fərdi xüsusiyyətlərin nəzərə alınması, bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi.Təlim prinsiplərinin qarşılıqlı əlaqəsi və bir-birindən asılılığı.
Mövzu № 10. Tərbiyənin metodları və texnologiyaları (2 akademik saat)
Qısa icmalı: Tərbiyənin mahiyyəti, məqsədi. Tərbiyə - şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesi kimi. Tərbiyə prosesinin mərhələləri. Münasibətlərin formalaşdırılması, baxış və inamın yaradılması, şəxsiyyətin ümumi istiqamətinin formalaşdırılması. Özünütərbiyə və yenidən tərbiyə. Tərbiyənin qanunauyğunluqları, hərəkətverici qüvvələri. Tərbiyənin prinsipləri – tərbiyə prosesinin məzmunu, təşkili, forma və metodlarını müəyyən edən əsas ideyalar kimi. Tərbiyənin əsas prinspiləri, onların tətbiqi yolları. Tərbiyə prisniplərinin qarşılıqlı əlaqəsi və humanist xarakteri.
Mövzu № 11. Tərbiyə istiqamətləri (2 akademik saat)
Qısa icmalı: Tərbiyənin üsul, tərz və vasitələri haqqında anlayış. Tərbiyə metodlarının, tərbiyənin prinsiplərindən, məqsədindən, məzmunundan, şəraitdən, şagirdlərin yaş və fərdi xüsusiyyətlərindən və kollektivin inkişaf səviyyəsindən asılılığı.Tərbiyə metodlarının təsnifatına müxtəlif yanaşmalar və bunun səbəbləri. Fəaliyyət və davranışın stimullaşdırılması və qiymətləndirilməsi üsulları. Tərbiyə texnologiyalarının yaradılması prinsipləri:məqsədyönlülük, perspektivlik, komplekslilik, fəallıq, mütəşəkillik, yaşauyğunluq və s. Ümumi texnologiyalar və müəllif texnologiyası. Müxtəlif tərbiyəvi işlərin hazırlanması texnologiyaları.
Mövzu № 12. Təhsildə idarəetmə (2 akademik saat)
Qısa icmalı: Pedaqoji sistemləri idarəemənin əsas mahiyyəti. İdarəetmənin prinsipləri. İdarəetmənin əsas funksiyaları. İdarəetmə prosesinin iştirakçıları.Məktəbin idarəedilməsinin xüsusiyyətləi. Məktəbdaxili idarəetmədə pedaqoji təhlil. Məqsədin qoyulması və planlaşdırılması. İdarəetmədə məktəbdaxili nəzarət və tənzimləmə.
Mövzu № 13. Təhsildə monitorinq və qiymətləndirmə (2 akademik saat)
Qısa icmalı: Təhsildə monitorinq və qiymətləndirmə. Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə verilən tələblər. Şagird qiymətləndirilməsinin vəzifələri və əsas xüsusiyyətləri Əsas qiymətləndirmə növləri: məktəbdaxili, milli və beynəlxalq. Məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu: diaqnostiki, formatik və summativ. Dərslərdə şagirdin aşağı nəticə göstərmələri, bunun səbəbləri və həlli yolları.
Mövzu № 14. Təhsilin məzmununu əks etdirən sənədlər (2 akademik saat)
Qısa icmalı: Təhsil haqqında anlayış, təhsilin əsas məqsədi. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri. AR-nın təhsil sistemi. Təhsilin və təhsilalmanın formaları. Təhsil standartlar, təhsil proqramı (kurikulum), tədris planı, tədris ədəbiyyatı. Dərslik, iş 2 dəftəri və müəllim üçün metodik vəsaitlər kompleksi.
Mövzu № 15. Məktəbdə metodik işin təşkili (2 akademik saat)
Qısa icmalı: Məktəbdaxili nəzarət, onun forma və metodları. Məktəbdaxili nəzarətin təşkili. Pedaqoji nəzarətdə səmərəlilik şərtləri. Nəzarət metodları. Məktəb sənədləri, tədris-pedaqoji sənədlər, əlifba kitabı, şagirdlərin şəxsi işləri, sinif jurnalları, fakultativ məşğələ jurnalları. Hesabat növləri.