SƏRRAF QASIMIN KİTABLARI və ƏSƏRLƏRİ
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ (rəsmi sayt)
SƏRRAF QASIMIN KİTABLARI və ƏSƏRLƏRİ
Sərraf Qasımın çap olunmuş və işıq üzü görmüş əsərləri aşağıda sadalanan kateqoriyalardan ibarətdir:
🎧 AUDİO KİTABLAR (Səsli kitablar)
📚 MƏTBƏƏ ÜSULU İLƏ ÇAP OLUNMUŞ KİTABLAR
📜 QEYRİ-MƏTBƏƏ ÜSULU İLƏ ÇAP OLUNMUŞ KİTABLAR
📑 ÇAP OLUNMUŞ DİGƏR İRİHƏCMLİ ƏSƏRLƏR
✍️ ÇAPA YENİ HAZIRLANAN KİTABLAR
🎧 AUDİO KİTABLAR
(Səsli kitablar)
Sərraf Qasımın qədim səsyazma üsulu ilə hazırlanmış iki irihəcmli səsli kitabı mövcuddur. Hər iki əsər Naxçıvan MR-ın görkəmli mədəniyyət xadimi Ramiz Cəlilov tərəfindən səsləndirilmişdir. Səsyazmalar heç bir səs montajı texnologiyasından istifadə edilmədən, Sərraf Qasımın canlı ifa etdiyi həzin saz musiqisinin sədaları altında, XX əsrə aid səsyazma üsulu ilə 60 dəqiqəlik maqnitofon kasetlərində lentə alınaraq ictimaiyyətə təqdim olunmuşdur.
Nəşrin göstəriciləri: Naxçıvan, "Müəllif nəşri" (Kiril əlifbası ilə), 1984-cü il, 40 səh.
Mövzusu: Sərraf Qasımın ilk seçmə şeirlər kitabıdır.
Qeyd: Bu kitab 1984-cü ildə səsləndirilərək lentə alınmış və ictimaiyyətə təqdim olunmuşdur. Sərraf Qasımın bu səsli kitabı Azərbaycan poeziya tarixinin ilk audio kitablarından biri olduğu üçün xüsusi tarixi əhəmiyyətə malikdir.
Nəşrin göstəriciləri: Naxçıvan, "Müəllif nəşri" (Kiril əlifbası ilə), 1986-cı il, 25 səh.
Mövzusu: Aşıq Müslüm Rüstəmovun əziz xatirəsinə həsr olunmuş poema. 1986-cı ildə səsləndirilərək lentə alınmışdır.
📚 MƏTBƏƏ ÜSULU İLƏ ÇAP OLUNMUŞ KİTABLAR
Nəşrin göstəriciləri: Bakı, "Ağrıdağ", 2003, 104 səh.
Mövzusu: Sərraf Qasımın seçmə şeirlər toplusu.
Qeyd: Kitabın təqdimatı 2003-cü ildə Naxçıvan Dövlət Televiziyasında (NTV) Elşən Hacıyevin aparıcılığı ilə yayımlanan verilişdə gerçəkləşmişdir.
Nəşrin göstəriciləri: Bakı, "Ağrıdağ", 2003, 104 səh.
Mövzusu: Vətənpərvərlik ruhunda yazılmış şeirlərdən və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş əsərlərdən ibarətdir.
Qeyd: Müstəqil Azərbaycan Respublikasının ilk poetik xəritəsi hesab olunan "Azərbaycan xəritəsi" poeması bu kitabda (səh. 39-49) çap olunmuşdur. Kitab 2003-cü ilin Naxçıvanda "Heydər Əliyev İli" elan edilməsinə ithaf olunub.
Nəşrin göstəriciləri: Bakı, "Ağrıdağ", 2005, 84 səh.
Mövzusu: Ümummilli Lider Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr olunmuş şeirlər və poemalar.
Qeyd: “Heydər Əliyevin ilk əmək fəaliyyəti”, “İlham Əliyevin isə adının (İLHAM sözündəki hərflərin) mənası” barədə indiyədək heç bir yerdə açıqlanmayan məlumatlar ilk dəfə poema və şeir şəklində bu kitabda səhifə 6-13-də və 46-51-də öz əksini tapmışdır.
Nəşrin göstəriciləri: Bakı, "MBM", 2011, 570 səh.
Mövzusu: Kərbəla faciəsi və İmam Hüseyn (ə) haqqında fərqli janrlarda (cığalı və mənsur şeirlər, bayatılar daxil olmaqla) yazılmış mərsiyələr, növhələr, sinəzənlər və dini poeziya nümunələri.
Qeyd: Sərraf Qasım bu kitabı ilə Azərbaycan mərsiyə ədəbiyyatına bir çox yeniliklər gətirmişdir.
Nəşrin göstəriciləri: Bakı, "Ağrıdağ", 2005, 40 səh.
Mövzusu: Ulu Öndər Heydər Əliyevin vəfatı ilə əlaqədar onun xatirəsinə həsr olunmuş poema.
Nəşrin göstəriciləri: Bakı, "Qap-poliqraf", 2003, 64 səh.
Mövzusu: Mərhum Naxçıvan ağsaqqallarının xatirəsinə həsr olunmuş poema.
Nəşrin göstəriciləri: Bakı, "Şəxsi mətbəə", 2000, 16 səh.
Mövzusu: Birinci Qarabağ müharibəsində şücaətlə xidmət etmiş qəhrəman həkimlərimizə ithaf olunmuş poema.
📜 QEYRİ-MƏTBƏƏ ÜSULU İLƏ ÇAP OLUNMUŞ KİTABLAR
(Bu kitablar SOVET senzuraları səbəbindən qeyri-mətbəə üsulu ilə çap olunmuşdur)
Nəşrin göstəriciləri: Naxçıvan, "Müəllif nəşri" (Kiril əlifbası ilə), 1984-cü il, 40 səh.
Mövzusu: Sərraf Qasımın ilk seçmə şeirlər kitabıdır.
Qeyd: Bu kitab 1984-cü ildə səsləndirilərək lentə alınmış və Azərbaycan poeziya tarixinin ilk audio kitablarından biri kimi ictimaiyyətə təqdim olunmuşdur.
Nəşrin göstəriciləri: Naxçıvan, "Müəllif nəşri" (Kiril əlifbası ilə), 1990-cı il, 29 səh.
Mövzusu: Azərbaycanın müstəqillik əldə etməsindən əvvəl Sərraf Qasımın istiqlaliyyət mövzusunda qələmə aldığı vətənpərvərlik şeirləri.
Nəşrin göstəriciləri: Naxçıvan, "Müəllif nəşri" (Kiril əlifbası ilə), 1983-cü il, 21 səh.
Mövzusu: Sərraf Qasım ilə Məzahir Daşqının tanışlığı, deyişməsi və Məzahir Daşqın tərəfindən Sərraf Qasıma şairlik təxəllüsünün verilməsi əhvalatı.
Nəşrin göstəriciləri: Naxçıvan, "Müəllif nəşri" (Kiril əlifbası ilə), 1981-ci il, 50 səh.
Mövzusu: Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri və onun Naxçıvanda Sərraf Qasımla tanışlığı və deyişməsi əhvalatı.
Nəşrin göstəriciləri: Naxçıvan, "Müəllif nəşri" (Kiril əlifbası ilə), 1980-ci il, 27 səh.
Mövzusu: Sərraf Qasımın 1968-ci ildə Dağıstana baş tutan səfərində baş vermiş maraqlı əhvalatlar.
Nəşrin göstəriciləri: Naxçıvan, "Müəllif nəşri" (Kiril əlifbası ilə), 1986-cı il, 25 səh.
Mövzusu: Aşıq Müslüm Rüstəmovun əziz xatirəsinə həsr olunmuş poema.
📑 ÇAP OLUNMUŞ DİGƏR İRİHƏCMLİ ƏSƏRLƏR
Mənbə: Bu əsər latın əlifbası ilə ilk dəfə 1992-ci ildə “Şeirlər, söyləmələr” adlı kitabda (səh. 197-204) çap olunmuşdur.
Qeyd: Bu dastanın tərtibçi müəllifi (tərtib edən və toplayan şəxs) Sərraf Qasımın özü olmuşdur.
Mənbə: Bu əsər ilk dəfə “Dərələyəz folkloru” kitabının 8-ci cildində (səh. 348-350 / 343-345) çap olunmuşdur.
Mənbə: Bu əsər ilk dəfə “Dərələyəz folkloru” kitabının 8-ci cildində (səh. 343-348 / 338-343) çap olunmuşdur.
Mənbə: Bu əsər ilk dəfə “Dərələyəz folkloru” kitabının 8-ci cildində (səh. 336-342 / 331-337) çap olunmuşdur.
Mənbə: Sərraf Qasımın bu seçmə şeirləri müxtəlif şairlərin şeirlər toplusundan ibarət olan “Zorbulağın zümzüməsi” adlı kitabda (səh. 42-51) çap olunmuşdur.
Mənbə: Sərraf Qasımın “Məzahir Daşqın”, “Aşıq Haqverdi”, “Aşıq Abdulla”, “Aşıq Əbülfəz Şahtaxtılı”, “Aşıq Bayraməli” və s. kimi müxtəlif aşıqlarla olan bu seçmə deyişmələri ilk dəfə “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” kitabının hər iki cildinin müxtəlif bölmələrində çap olunmuşdur.
Mənbə: Əsərin ilkin versiyası Sovet dövrünün qəzetlərində, tam yenilənmiş versiyası isə Azərbaycanın müstəqillik illərində müəllifin “Bir qartal ol, millətim, zirvəyə çat!” adlı kitabında çap olunmuşdur.
Qeyd: Azərbaycanın xəritə üzrə bütün coğrafi bölgələrini vəsf edən bu əsər, müstəqillik dövrünün ilk poetik xəritəsi hesab olunur.
Mənbə: Əsər ilk dəfə müəllifin “Bir qartal ol, millətim, zirvəyə çat!” adlı kitabında çap olunmuşdur.
Qeyd: Sərraf Qasımın bu möhtəşəm əsəri, Azərbaycanın qədim diyarı olan Naxçıvanın xəritə üzrə bütün coğrafi bölgələrinin vəsfinə həsr olunmuşdur.
Mənbə: Əsər ilk dəfə müəllifin “Gərəkdi Heydərli, İlhamlı sözlər” adlı kitabında çap olunmuşdur.
Qeyd: Bu poema, Heydər Əliyevin ilk əmək fəaliyyəti barədə yazılmış xatirələrdən ibarətdir. Bu xatirələr ilk dəfə Sərraf Qasım tərəfindən qələmə alınmış və çap olunmuşdur.
Qeyd: Sərraf Qasımın mətbuatda və qəzetlərdə indiyədək bir çox əsərləri çap olunmuşdur.
✍️ ÇAPA YENİ HAZIRLANAN KİTABLAR
Məzmun: Ötən illər ərzində Sərraf Qasımın həyatı və yaradıcılığı istiqamətində aparılan tədqiqatlar nəticəsində ustad sənətkarın Naxçıvan ədəbi-mədəni mühitində həm böyük bir aşıq məktəbi, həm də özünəməxsus ədəbi məktəb yaratdığı müəyyən edilmişdir. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir və toplanmış zəngin materialların yaxın gələcəkdə müstəqil bir kitab şəklində çap edilməsi nəzərdə tutulur.
Qeyd: Sərraf Qasımın həyatı və yaradıcılığı haqqında toplanmış ətraflı məlumatların ilkin versiyası saytımızda yerləşdirilmişdir. Aşağıdakı keçidə kilikləyərək həmin məlumatlarla tanış ola bilərsiniz.
Məzmun: Sərraf Qasımın müəllifi olduğu aşıq dastanlarının gələcəkdə "DastanNamə" adı altında ayrıca bir kitab şəklində çap olunması planlaşdırılır.
Qeyd: Hazırda ustad sənətkarın dastanlarının bir qismi tam şəkildə, bir qismi isə xülasə (qısa) formada saytımızda yerləşdirilmişdir. Aşağıdakı keçidə kilikləyərək Sərraf Qasımın bu sayta yerləşdirilmiş dastanları ilə tanış ola bilərsiniz.
3. “MÜSİBƏTNAMƏ” (Mərsiyələr toplusu)
Məzmun: Sərraf Qasımın xeyli həcmdə dini mərsiyələri mövcuddur, onların böyük bir hissəsi şairin “Hüseyn matəminə qərq olanlar gəlsin” adlı kitabında işıq üzü görsə də, həmin mərsiyələrin bir qismi hələ də çap olunmamışdır. Bu səbəbdən şairin bütün dini mərsiyələr toplusunun gələcəkdə "MüsibətNamə" adı altında ayrıca bir kitab şəklində çap edilməsi nəzərdə tutulur.
Qeyd: Sərraf Qasım ən müxtəlif janrlarda dəyərli mərsiyələr qələmə alaraq Azərbaycan mərsiyə ədəbiyyatı sahəsində bir çox yeniliklərə imza atmışdır.
4. “CIĞALINAMƏ” (Cığalı şeirlər toplusu)
Məzmun: Sərraf Qasımın xeyli sayda cığalı şeir nümunələri mövcuddur. Şairin qələmə aldığı müxtəlif növ cığalı poeziya nümunələrinin gələcəkdə "CığalıNamə" adı altında müstəqil bir kitab şəklində çap edilməsi planlaşdırılır.
Qeyd: Sərraf Qasım ən müxtəlif janrlarda cığalı şeirlər yazraq, cığalı şeirlər sahəsində bir çox yeniliklərə imza atmışdır.
SAYTIN DİGƏR BÖLMƏLƏRİNDƏN