Təhsil, tərbiyə, inkişaf

Tariximiz, abidələrimiz

Biz VI sinif şagirdləri, Zaqatala rayonu Mamrux kəndində dogulub boya başa çatdıq. Hər zaman kəndimizdə, müxtəlif yerlərdə maraqlı tikililərlə rastlaşırdıq. Tarix dərsində müəllimimiz tarixi abidərdən danışarkən kəndimizdə yerləşən abidələrdən misallar gətiridi. Beləəcə biz öyrəndik ki, bizim kəndimiz Albaniya dövlətinin tarixi ərazilərindən biri olmuşdur. Bizim dogma diyarımıza, abidələrimizə olan maragımızı görən müəllimimiz bizə kəndimizin abidələrinə aid layihə həyata keçirməyi tapşırdı. Biz abidələrin yerləşdiyi yerlərə baş çəkərək onlar haqqında məlumat topladıq və foto stend hazırladıq. Bu işdə bizə kömək olmuş müəllimlərimizə minnətdarlıgımızı bildiririk.

Layihənin adı: kəndimizin tarixi abidələri


Mamrux alban məbədi

II-IV əsrlərdə inşa olunmuş bu tikili Albaniyanın xristianlıq dövrünə aiddir. Sövməə adlanan bu tip tikililər əsasən o dövrlərdə xristian dini ayinlərinin icrası üçün nəzərdə tutulurdu. Kəndimizin digər ərazisində də, kilsələr adlı yerdə bu tip tikililər mövcud olmuş, lakin sonrakı dövrlərdə dagıldıgından yalnız xarabalıqları qalmışdır.

Mamrux Armatay məbədi

Strabon yazırdı ki, Albaniyanın İberiyaya yaxın ərazisində müqəddəs vilayət yerləşir. Orada ay ilahəsinin şərəfinə ucaldılmış məbəd yerləşir. Zaqatala, Qax və Balakənin Gürcüstan yaxınlıgında yerləşməsini, burada çoxlu məbədlərin oldugunu nəzərə alsaq həmin məbədin kəndimizdə yerləşən Armatay məbədi olduguna şübhə qalmır. Arma sözü qədim Het dilində ay ilahəsi mənasını verir. Sonrakı dövrlərdə bu məbəd xristian monastrı kimi tanınmışdır. Albaniyada I əsrdən xristianlıq yayılmaga başlayır. Haqqında danışdıgımız Armatay məbədi dəyişikliklər edilərək xristian monastrı kimi tamamlanır. Abidənin II-V əsrlərdə inşa olundugu güman olunur. Tədricən Albaniyada təbiət qüvvələrinə inam xristianlıqla əvəz olunur. Abidənin tikintisində yerli materiallardan istifadə edilmişdir.

Qədim körpü və üzərindəki daş kitabə

Albaniyada zəngin körpüsalma mədəniyyəti mövcud olmuşdur. Şərqşünas alimlərin tədqiqatına görə, kəndimizdə yerləşən bu qədim körpü üzərindəki daş kitabəyə əsasən XIII əsrdə tikilməsi təxmin olunur.

Qədim məscid

VII əsrdən etibarən Azərbaycanda islam dini yayılmaga başladı. Azərbaycan əhalisi tədricən islamı qəbul etdi. Şəkildə göstərilən məscid Zaqatlanın ən qədim məscidlərindən biri hesab olunur.


Ekoloji tərbiyə

Təbiət bizim var olma, yaşamaq səbəblərimizdən biridir. Təbiətin məhv edilməsi gələcəyin sual altında qalması, bəşəriyyətin fəlakətlərə dogru irəliləməsi deməkdir. Aldıgımız hava, içdiyimiz su və çörək, bir sözlə, istifadə etdiyimiz hər şey bizə təbiətin töhfəsidir.. Bu sözləri sinif rəhbərimiz əvvəlki həftə növbəti sinif saatının mövzusunu deyəndə səsləndirmişdir.. Bu həftə "təbiəti qoruyaq" mövzusu üzrə sinif saatını açıq havada, təbiət qoynunda keçirməyi xahiş etdik. Beləcə müəllimlə birlikdə, kəndimizin müxtəlif ərazilərinə gəzinti təşkil etdik. Müəllimimiz bizə təbiətin bəzəyi sayılan agaclar haqqında maraqlı məlumat verdi.

İnsan nəfəs alaraq yaşayır. Nəfəs aldıgımız hava oksigendən ibarətdir. Oksigenə görə isə təbiətə minnətdarıq

Agacların məhsulu insanların sərvətidir

Agaclar və meşələr ən gözəl təbiət mənzərələridir

Agaclar canlı kölgədir

Agaclar torpagı eroiyadan qoruyur

Gəzintidən məmnun qayıtdıq