Məktəbimiz

  • Məktəbimiz haqqında
  • Mamrux kənd tam orta məktəbinin əsası 1928 ci ildə qoyulmuşdur. İlk vaxtlar məktəb ibtidai təhsil verən təhsil ocagı kimi fəaliyyət göstərmişdir. Dövrün şagirdləri kəndimizdə yerləşən müxtəlif köhnə tikililərdə təlimlə məşgul olurdular. 1972 ci ildə kəndimizdə yeni məktəb binası tikilmiş və əsas məktəb olaraq fəaliyyət göstərməyə başlamışdır. 1984 cü ildən etibarən tam orta məktəb kimi fəaliyyət göstərir. 2012 ci ildə baş vermiş zəlzələ nəticəsində məktəb binası dagıldıgından yeni tipli bina tikilərək istifadəyə verilmişdir. Hazırda məktəbimizdə 158 nəfər şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 30 nəfərlik müəllim heyəti məşgul olur.

İlk məktəb binaları

1972 ci ildə inşa olunmuş məktəb binası

2012 ci ildə inşa olunmuş müasir tipli məktəb binası

Məktəbimiz Zaqatala şəhərində keçirilmiş fındıq festivalında iştirak etdi


Azərbaycanda findıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür. Fındıqçılığın daha geniş təbliğ edilməsi məqsədilə Zaqatala rayonunda ilk dəfə Fındıq Festivalı keçirilib. Festivalda fındıq növləri və fındıqdan hazırlanan müxtəlif məhsullar sərgilənib. Zaqatalada ilk dəfə keçirilən Fındıq Festivalında respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, eləcə də rayon sakinləri iştirak ediblər. Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Festivalda həmçinin Şəki, Qax və Balakən rayonlarının təmsilçiləri iştirak edərək öz ləziz təamlarını və sənətkarlıq nümunələrini nümayiş etdiriblər.

Festival çərçivəsində ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işləri kimi müxtəlif müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Rayon sakinləri belə bir festivalın keçirilməsini sevinclə qarşılayıb, ənənəvi olmasını arzulayıblar. Fındıq Festivalı konsert proqramı ilə davam edib.

Məktəbimiz bu festivalda yüksək səviyyədə təmsil olundu. Məktəb şagirdlərinin fındıq məhsulundan hazırladıqları müxtəlif əl işləri festivalda nümayiş etdirildi. Həmçinin istedadlı şagirdlərimiz şeir, rəqs, musiqi parçalarından ibarət kompozisiyaları ifa etdilər..