İlk məktəb binaları
1972 ci ildə inşa olunmuş məktəb binası
2012 ci ildə inşa olunmuş müasir tipli məktəb binası
Azərbaycanda findıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür. Fındıqçılığın daha geniş təbliğ edilməsi məqsədilə Zaqatala rayonunda ilk dəfə Fındıq Festivalı keçirilib. Festivalda fındıq növləri və fındıqdan hazırlanan müxtəlif məhsullar sərgilənib. Zaqatalada ilk dəfə keçirilən Fındıq Festivalında respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, eləcə də rayon sakinləri iştirak ediblər. Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Festivalda həmçinin Şəki, Qax və Balakən rayonlarının təmsilçiləri iştirak edərək öz ləziz təamlarını və sənətkarlıq nümunələrini nümayiş etdiriblər.
Festival çərçivəsində ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işləri kimi müxtəlif müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Rayon sakinləri belə bir festivalın keçirilməsini sevinclə qarşılayıb, ənənəvi olmasını arzulayıblar. Fındıq Festivalı konsert proqramı ilə davam edib.
Məktəbimiz bu festivalda yüksək səviyyədə təmsil olundu. Məktəb şagirdlərinin fındıq məhsulundan hazırladıqları müxtəlif əl işləri festivalda nümayiş etdirildi. Həmçinin istedadlı şagirdlərimiz şeir, rəqs, musiqi parçalarından ibarət kompozisiyaları ifa etdilər..