HAQQINDA YAZILANLAR

SƏRRAF QASIMIN HAQQINDA YAZILANLAR:

1-ci hissə:

SƏRRAF QASIMA İTHAF VƏ HƏSR OLUNMUŞ ƏSƏRLƏR >>

2-ci hissə:

SƏRRAF QASIMIN YARADICILIĞI BARƏDƏ MƏLUMATLARI VƏ ONUN ŞEİRLƏRİNİ ÇAP EDƏN KİTABLAR >>

* * * * * * * * * * * * * * * * * * * *

a

SƏRRAF QASIMA İTHAF VƏ

HƏSR OLUNMUŞ ƏSƏRLƏR

1. “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabının 2-ci cildi - (ensiklopedik kitab)

Bu kitabın 2-ci cildinin böyük bir hissəsi Sərraf Qasımın poeziya və aşıq yaradıcılığına həsr olunmuş, kitabda bu barədə geniş məlumatlar verilmiş və Sərraf Qasımın Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verməsi və çağdaş Naxçıvan aşıq məktəbininin banisi olması barədə bir çox mühüm faktlar öz əksini tapmışdır. Kitabda bir neçə digər Naxçıvan aşığının, o cümlədən Sərraf Qasımın bəzi şəyirdləri və sənət dostlarının yaradıcılığı barədə də məlumatlar verilmişdir.

*** Kitaba bax >> (PDF)

2. ÜZÜ BƏRİ BAXAN DAĞLAR - (poema)

Sərraf Qasımın xatirəsinə həsr olunmuş bu əsər Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Maarif Təmkin tərəfindən qələmə alınmlş və Maarif Təmkinin “Ömür, hara tələsirsən?” adlı kitabında çap olunmuşdur.

*** Poemaya bax >> (PDF)

3. BİR ÜNVANIN SORAĞINDA - (poema)

Sərraf Qasımın xatirəsinə həsr olunmuş bu əsər Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Maarif Təmkin tərəfindən qələmə alınmışdır və hələlik əlyazma şəkilindədir.

*** Poemaya bax >> (PDF)

4. “SƏRRAF QASIM və HÜSEYN SARAÇLI” DASTANI (2)

(Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri və onun Sərraf Qasımla tanışlığı və deyişməsi əhvalatının 2-ci versiyası)

Sərraf Qasım ilə Aşıq Hüseyn Saraçlıya həsr olunmuş bu dastanın müəllifi Xalq Şairi Zəlimxan Yaqubdur.

*** Dastana bax >>

5. SƏRRAF QASIM və XATİRƏLƏR

Xatirələrin toplanılması işləri hazırda davam etdirilir. Toplanmış xatirələrin gələcəkdə kitab halına salınması nəzərdə tutulur.

*** Xatirələrə bax >>

6. SƏRRAF QASIM və MƏTBUAT

Sərraf Qasım haqqında mətbuatda yayımlanan məlumatlara, müsahibələrə və xəbərlərə baxmaq üçün buraya daxil olun >>

b

SƏRRAF QASIMIN YRADICILIĞI BARƏDƏ MƏLUMATLARI VƏ ONUN ŞEİRLƏRİNİ ÇAP EDƏN KİTABLAR

(Dövlət dəstəyi ilə nəşr olunmuş ölkə əhəmiyyətli ensiklopedik kitablar)

1. NAXÇIVAN ENSİKLOPEDİYASI”, 2-ci cild.

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan, "Əcəmi", 2005, 425 səh., ISBN 5-8066-1468-9.

Kitabda səhifə 302-də (266-da) Sərraf Qasımın yaradıcılığı barədə məlumatlar öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

2. “NAXÇIVAN FOLKLORU”, 1-ci cild.

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan, "Əcəmi", 2009, 546 səh.

Kitabda səhifə 479-480-da Sərraf Qasımın yaradıcılığı barədə məlumatlar və onun şeirləri öz əksini tapmışdır. Həmçinin Sərraf Qasım bu kitabdakı aşıq rəvayətlərinin söyləyicilərindən biridir.

*** Kitaba bax >> (PDF)

3. “DƏRƏLƏYƏZ FOLKLORU”, 8-ci cild.

Həsən Mirzə, Bakı, "Elm", 2006, 768 səh., ISBN 5-8066-1712-2.

Kitabda səhifə 336-350-də (331-345-də) Dərələyəz aşıqlarının dilindən Sərraf Qasımın üç dastanı, səhifə 358-də (353-də) isə bir şeiri öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

4. “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI”

(2 cilddə)

Əsgər Qədimov, Naxçıvan, "Əcəmi", 2017, 408 və 464 səhifəlik.

Naxçıvan Dövlət Universitetinin 50 illiyi münasibətilə çap olunmuş Naxçıvan aşıqlarının yaradıcılığı barədə məlumatları özündə cəmləşdirən bu kitabın 1-ci cildində səhifə 273-287-də Sərraf Qasımın dastanlarından biri verilmiş, kitabın 2-ci cildində isə Sərraf Qasımın poeziya və aşıq yaradıcılığı barədə geniş məlumatlar və Sərraf Qasımın Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verməsi və çağdaş Naxçıvan aşıq məktəbininin banisi olması barədə bir çox mühüm faktlar və məlumatlar öz əksini tapmışdır.

** Kitabın I cildinə bax >>(PDF) *** Kitabın II cildinə bax >>(PDF) **

5. “NAXÇIVAN AŞIQLARI VƏ EL ŞAİRLƏRİ”

Yusif Səfərov, Naxçıvan, "Əcəmi", 2011, 152 səh.

Naxçıvanda xalq yaradıcılığının inkişafi ilə bağli dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində çap olunmuş bu kitabda səhifə 11-də və 130-132-də (134-136-da) Sərraf Qasımın Naxçıvanın ən mühüm aşıq və şair nümayəndələrindən biri olması barədə məlumatlar və onun bir neçə şeiri öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

6. “NAXÇIVAN MUXTAR RESPUBLIKASI”

AMEA-nın Rəyasət Heyəti, Bakı, "Elm", 2001, 240 səh.

Naxçıvan Ensiklopediyası kitabları silsiləsindən olan bu kitabda səhifə 166-da (157-də) və 196-da (187-də) Sərraf Qasımın Naxçıvanda aşıq ədəbiyyatının və aşıq sənətinin inkişafına mühüm töhfələr vermiş şəxslərdən biri olduğu vurğulanmışdır.

*** Kitaba bax >> (PDF)

7. “XALQ YADDAŞININ İZLƏRİ” (Fоlklоr tоplusu)

AMEA-nın Naxçıvan Bölməsi, Bakı, "Elm", 2005, 142 səh.

Bu kitabın müvafiq bölmələrində Sərraf Qasımın bayatıları və ona istinadən nəql olunmuş atalar sözləri öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

Digər yazıçı və müəlliflər tərəfindən qələmə alınmış kitablar:

8. “NAXÇIVAN AŞIQ ƏDƏBİ MÜHİTİ”

Yusif Səfərov, Naxçıvan, "Əcəmi", 2009, 136 səh.

Naxçıvan aşıq mühitinin araşdırılmasına həsr olunmuş bu kitabda səhifə 23-24-də (39-40-da) Sərraf Qasımın yaradıcılığı barədə məlumatlar və onun şeirləri öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

9. “NƏĞMƏLİ SİNƏMDƏ YÜZ DASTAN YATIR”

Hüseyn Saraçlı, Tərt.: M.Nəbioğlu, Bakı, "Elm və təhsil", 2016, 304 səh., ISBN 978-9952-8176-1-2.

Aşıq Hüseyn Saraçlının yaradıcılığına həsr olunmuş bu kitabda səhifə 120-154-də "SƏRRAF QASIM və HÜSEYN SARAÇLI" dastanının 1-ci versiyası (tam şəkildə), səhifə 28-də isə Aşıq Hüseyn Saraçlının Sərraf Qasımın anasının vəfatına ithaf etdiyi şeir öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

10. “ŞEİRLƏR, SÖYLƏMƏLƏR”

Aşıq Hüseyn Saraçlı, Tərt.: Süleyman Əfəndi, Bakı, "Yazıçı", 1992, 208 səh., ISBN 5-560-00991-1.

Aşıq Hüseyn Saraçlının ilk şeirlər kitabı olan bu kitabda isə səhifə 197-204-də "SƏRRAF QASIM və HÜSEYN SARAÇLI" dastanının 1-ci versiyası (qısa şəkildə) öz əksini tapmışdır.

*** Daha ətraflı >>

11. “HÜSEYN SARAÇLI DASTANI”

Zəlimxan Yaqub, Bakı, "Pedaqogika", 2007, 227 səh.

Aşıq Hüseyn Saraçlının yaradıcılığına həsr olunmuş bu kitabda səhifə 167-173-də "SƏRRAF QASIM və HÜSEYN SARAÇLI" dastanının 2-ci versiyası öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

12. “ZƏLİMXAN YAQUBUN SEÇİLMİŞ ƏSƏRLƏRİ (13 cilddə)”, 8-ci cild.

Zəlimxan Yaqub, Bakı, "Şərq-Qərb", 2012, 376 səh., ISBN 978-9952-34-905-4.

Zəlimxan Yaqubun seçmə əsərlərindən ibarət olan bu kitabda da səhifə 315-321-də "SƏRRAF QASIM və HÜSEYN SARAÇLI" dastanının 2-ci versiyası, səhifə 373-də isə Sərraf Qasım ilə Aşıq Hüseyn Saraçlının yaradıcılıq əlaqələri barədə Zəlimxan Yaqubun bir beyt şeiri öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

13. “XX ƏSR NAXÇIVAN ƏDƏBİ MÜHİTİ”

Tərt.: M.İsmayılov, Naxçıvan, "Qeyrət", 2020, 162 səh.

“XX əsr Naxçıvan ədəbi mühiti” mövzusunda Naxçıvanda keçirilən respublika elmi konfransının materiallarından ibarət olan bu kitabda səhifə 23-30-da Sərraf Qasım ilə Aşıq Bayraməlinin deyişməsi əsasında yaranmış "Kərəm köçdü" dastanı öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

14. “ZORBULAĞIN ZÜMZÜMƏSİ”

Tərt.: Ə.Muxtaroğlu, Bakı, "Nurlan", 2003, 294 səh.

Şahbuz rayonunda yaşayan şair və yazıçıların şeirlər və hekayələr toplusundan ibarət olan bu kitabda səhifə 42-51-də Sərraf Qasımın yaradıcılığı barədə məlumatlar və onun şeirləri öz əksini tapmışdır.

*** Kitaba bax >>

15. “GÜNÜMÜZÜN USTAD AŞIQLARI: Ədalət Nəsibov”

Azərbaycan Aşıqlar Birliyi, Tərt.: A.Məmmədli, Bakı, "Elm və təhsil", 2017, 104 səh.

Aşıq Ədalətə həsr olunmuş bu şeirlər kitabında səhifə 84-85-də Sərraf Qasımın Aşıq Ədalətə ithaf etdiyi şeir öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

16. “OZAN VE HALK ŞAİRLERİNİN POETİKASI”

M.Hüseynova, Ankara, "İksad Publishing House", 2020, 171 səh., ISBN 978-625-7954-26-6.

Aşıq şeirinin xüsusiyyətlərinə həsr olunmuş bu kitabda səhifə 115-116-da (117-118-də) Sərraf Qasımın dastan yaradıcılığı və onun bir neçə dastanı barədə qısa məlumatlar öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

17. “SAZIMIZ - SAZBƏNDİMİZ”

Azərbaycan Aşıqlar Birliyi, Tərt.: M.Nəbioğlu, Bakı, "Elm və təhsil", 2011, 140 səh.

Tanınmış Azərbaycanlı sazbəndlərin yaradıcılığı barədə ensiklopedik məlumatları özündə cəmləşdirən bu kitabda səhifə 127-də Sərraf Qasımın Naxçıvan mühitində sazbəndlik sənətinin inkişafı sahəsində mühüm bir şəxs olduğu vurğulanmışdır.

*** Kitaba bax >> (PDF)

18. “EL MƏHƏBBƏTİ”

Tərt.: Ə.Muxtaroğlu və S.Rzazadə, Bakı, "MBM", 2010, 232 səh., ISBN 978-9952-29-003-5.

Azərbaycan xalqının, ümummilli lider Heydər Əliyevə olan məhəbbəti barədə şeirlər toplusundan ibarət olan bu kitabda səhifə 138-140-da və 174-190-da Sərraf Qasımın poemaları və şeirləri öz əksini tapmışdır.

*** Kitaba bax >> (PDF)

19. “ZAMANA ŞÖHRƏTDİR SƏNİN QÜDRƏTİN”

Tərt.: S.Rzazadə, Bakı, "Təknur", 2018, 560 səh. ISBN 978-9952-445-17-9.

Ümummilli lider Heydər Əliyev barədə şeirlər toplusundan ibarət olan bu kitabda səhifə 117-126-da Sərraf Qasımın şeirləri öz əksini tapmışdır.

*** Daha ətraflı >>

20. “ANASIZ ÜRƏK ÇIRPINTILARI”

V.Məmmədxanlı, Bakı, "MBM", 2014, 144 səh., ISBN 978-9952-29-081-8.

Xatirələrdən ibarət olan bu kitabda səhifə 85-88-də Sərraf Qasımın şeirləri öz əksini tapmışdır.

*** Daha ətraflı >>

Digər kitablar:

21. “NAXÇIVAN MUSİQİ FOLKLORU”

G.Məmmədova, Bakı, "ADPU", 2012, 235 səh.

Naxçıvanın musiqi folkloru barədə araşdırmadan ibarət olan bu kitabda səhifə 25-də Sərraf Qasımın Naxçıvan mühitində aşıq sənətinin inkişafına mühüm töhfələr vermiş şəxslərdən biri olduğu vurğulanmışdır.

*** Kitaba bax >> (PDF)

22. “NAXÇIVAN MUSİQİ MƏDƏNİYYƏTİ TARİXİNDƏN”

R.Kərimov, Bakı, "Azərnəşr", 2012, 160 səh.

Naxçıvanın musiqi mədəniyyəti barədə araşdırmadan ibarət olan bu kitabda səhifə 14-də (16-da) Sərraf Qasımın Naxçıvanın görkəmli ustad aşıqlarından biri olduğu vurğulanmışdır.

*** Kitaba bax >> (PDF)

23. “Azərbaycanın incisi Naxçıvan MR-85”

Seyidov Hacı Tofiq, Bakı, 2009, 93 səh.

Naxçıvan MR-nın 85 illiyinə həsr olunmuş bu kitabda səhifə 88-də (87-də) Sərraf Qasımın Naxçıvanın görkəmli yazıb-yaradan ustad aşıqlarından biri olduğu vurğulanmışdır.

*** Kitaba bax >> (PDF)

24. “SƏNƏT QAYĞILARI”

M.Kazımoğlu, Bakı, "Elm və təhsil", 2015, 192 səh.

Ədəbiyyat mövzusuna həsr olunmuş bu kitabda səhifə 65-də Sərraf Qasımın Naxçıvanın görkəmli ustad aşıqlarından biri olduğu vurğulanmışdır.

*** Kitaba bax >> (PDF)

25. “NAXÇIVAN ƏFSANƏLƏRİ”

AMEA-nın Naxçıvan Bölməsi, Məshəti Rüstəm qızı, Bakı, "Elm", 2008, 208 səh.

Naxçıvan əfsanələri barədə araşdırmadan ibarət olan bu kitabda Sərraf Qasımın bu kitabın əsas söyləyici mənbələrindən biri olduğu göstərilmişdir.

*** Kitaba bax >> (PDF)

* Və digər bu kimi kitablar - (Belə kitabların sayı hər gün artır və əminliklə demək olar ki, Sərraf Qasımın əsərləri və onun yaradıcılığı barədə məlumatlar gələcəkdə yüzlərlə kitabda öz əksini tapacaqdır. Bu yeni kitablar barədə məlumatlar isə gələcəkdə əldə olunan kimi saytda yerləşdiriləcək)