Sitrin daşı
Qədim zamanlarda sitrin daşının ticarətdə uğur gətirdiyinə inanırdılar. Kimi bu daşı pul kisəsində, kimisi isə iş masasının üzərində daim saxlayırdı. Əgər sitrin daşını aksesuar kimi istifədə edəcəksəniz, dəri ilə təmasda olmalıdır mütləq. Bunlarla yanaşı sitrin daşı neqativ enerjini yox edir və öz güvəni artırır. Böyrək, ciyər, həzm orqanları və ürək üçün faydalıdır.