15 oktyabr
Tağılı Turan
Qarabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.[1]
Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi.[2] 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.[2]
1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı. Ədəbiyyat və elm sahəsində Pənahəli xan dövrünə nisbətən daha çox irəliləyiş oldu.[3] İbrahimxəlil xanın dövründə Şuşada Gövhərağa məscidi inşa olundu. Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağaməhəmməd şah Qacarınyürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795 və 1797-ci illərdə 2 yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.[1]
1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi.[4] 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.[5]
İbrahimxəlil xanın ölümündən sonra 1806-ci ildə hakimiyyətə Mehdiqulu xan gəldi.[6] 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən general-mayor rütbəsi verilmişdir. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getmişdir. Bununla da Qarabağ xanlığı ləğv olunmuşdu.[7] Mehdiqulu xan sonradan xaiş edərək 1826-cı ildə Qarabağa döndü. Lakin ona sadəcə Qarabağda yaşamaq hüququ verildi və xan vəzifəsi bərpa olunmadı. Mehdiqulu xan 1845-ci ildə vəfat etdi.[8]
1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərininəksəriyyəti ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş vermişdir. Müharibə getdikcə, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzunçəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda — SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.[9][10]
Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[11] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
Tərəflər arasında geniş miqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, hazırda anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9 %-nə nəzarət edirlər.[12] Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün olmuşdur.[13]1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub.[14] Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib.[15] Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb.[15] Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.[15] 1994-cü ilin mayındaRusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.
Toponimikası[redaktə | əsas redaktə]
X əsrə aid ermənicə mənbədə bu adın türk dillərində rəng bildirən “qara“ və “bağ“ sözlərindən ibarət olması haqqında “sevayçı“ (“qara bağ“) ifadəsinə rast gəlinir. Qarabağ adının mənası haqqında indiyədək söylənilmiş bütün, o cümlədən onun qara (“çoxluq“ və “böyük“ və bağ (baxça) sözlərindən ibarət olmaqla “çoxlu bağlı-bağatlı yer“ fikri yanlışdır. M.Seyidov bu adın qara “başçı“, “böyük“ və bağ “xalqın bir hissəsi“ sözlərindən ibarət olduğunu yazmışdır. Qarabağ toponiminin xüsusilə -lar şəkilçisi ilə yayılma arealı onun tayfa (el) adı olduğunu göstərir. Qarabağlar (Gürcüstanda Kaspi r-nunda kənd adı), Qarabağ şəhər xarabalığı (Türkiyənin Qars əyalətinin Ərdahan mahalında), Türkiyədə Sürməli mahalının Diqar r-nu həm də Qarabağ adlanmışdır. Ağcaqala ("Kitabi-Dədə Qorqud" da çəkilir) da həmin Qarabağ adındandır. Osmanlı dövlətinin dövründə Qarabağ Ağcaqala sancaqlığının mərkəzi olmuşdur.İrəvan xanlığının ərazisində 8 Qarabağ, Qarabağın və Qarabağlı (Aşağı və Yuxarı Qarabağlar Naxçıvanda Qarabağlar, Tiflis quberniyasının Sıqnax qəzasında Qarabağlı dağ və kənd adı (yenə orada) və s. məhz Qarabağtayfa adı ilə bağlıdır. "Qarabağ" adının mənşəyi mənası barədə fikirlər müxtəlifdir. Ə.Ələkbərov bu adı Qarqar tayfa adı ilə əlaqələndirmişdir. İlk dəfə Q.Ə.Qeybullayev Qarabağ adının peçeneqlərin Qarabağ tayfa adı ilə əlaqədar olduğunu sübut etmişdir. XIX əsrin I yarısında Gəncə qəzasında yaşamış bir maldar el Qarabağlar adlanırdı. Xanlar r-nunda Qarabağlar kənd adı həmin maldar elin adı ilə bağlıdır. Göyçay rayonunda Qarabağlar kəndi Qurt-Qarabağlar elinin adındandır. Naxçıvanda Qarabağlar kənd adı Kəngərli tayfasının bir qolunun adındandır. Tovuz r-nunda Qarabağlılar Qazax elinin Qarabağlı tirəsinin adındandır. [16]
Etimologiya[redaktə | əsas redaktə]
Əsas məqalə: Arsak
Azərbaycan-Türk mənşəli sözdür. “Qarabağ” adının etimoloji mənasına erkən orta əsrlərə aid tarixi qaynaqlarda (VII əsr) rast gəlinir. Qarabağ bölgəsi əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Elmi mülahizələrə görə, Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi qədim tarixə malikdir. Azərbaycan türkcəsində (həmçinin başqa Türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “əzəmətli”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir.
İlkin mənbələrdə (XII-XIII əsrlərə qədər) Qarabağ sözü ayrı-ayrı, fərqli adlarla verilir. Bu bölgə Gerger, Uti, Utik, Udin, Otena, Kara, Karalar, Arsak v.s adlar altında qeyd edilirdi. Bəzi tədqiqat əsərlərində isə Qarabağ sözünün yaranması Qarabağ bölgəsində yaşayan tayfaların adı ilə də bağlanılır. Bu ərazi Albaniyanın tarixi ərazisi olub, əsasən Arsax, Sünik, Uti, Sakasena və Paytakaran vilayətlərini əhatə edirdi və bu adla da tanınırdı.[17]
QARABAĞ MUHARİBƏSİ
1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərininəksəriyyəti ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş vermişdir. Müharibə getdikcə, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzunçəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda — SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.[9][10]
Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[11] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
Tərəflər arasında geniş miqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, hazırda anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9 %-nə nəzarət edirlər.[12] Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün olmuşdur.[13]1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub.[14] Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib.[15] Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb.[15] Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.[15] 1994-cü ilin mayındaRusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb
Bakı 16 oktyabr False is Artsakh this is Karabakh
STOP armenian TERROR
Baku, October 18
Representatives of Azerbaijani diaspora in Stockholm, Sweden have held a rally on Sergelakaden Square in protest against the aggression of the occupying Armenian army towards Azerbaijan and the following military provocations in Azerbaijan. The protesters strongly condemned the provocations of the Armenian armed forces, the resumption of rocket attacks in Ganja, which resulted in the deaths of civilians, underage and women, as well as the destruction of civilian objects.
Azerbaijanis living and working in Stockholm took part in the action initiated by the Coordinating Council of Scandinavian Azerbaijanis and the Swedish Federation of Azerbaijan. The protesters expressed regret over the rocket attacks in Ganja and Mingachevir, the deaths of dozens of civilians in Ganja, including innocent children, and called on the world community not to turn a blind eye to the Armenian terror and to defend the fair position of Azerbaijan. During the rally, a car with a memorial plaque reflecting the realities of Karabakh circled around the square.
The state anthem of Azerbaijan was performed at the rally. Participants yelled in different languages such slogans as: “Karabakh is Azerbaijan!”, “Pray for Ganja!”, “Stop Armenian terrorism!”, “Civilians are inviolable!”, “Stop killing children!”, “We say no to terrorism”, “Do not support occupying state!”, “Armenia, follow UN resolutions!”, “Don't believe Armenia”, “End Armenian occupation!”, “End Armenian aggression”, “End Armenian terror” and others.
The Armenian army, violating the humanitarian ceasefire, on October 11 and 17, 2020 at night fired rockets on Ganja, the second largest city of Azerbaijan, outside the front-line zone. As a result of rocket attacks of the occupying Armenian army, residential buildings in the central part of Ganja were destroyed, civilian objects were seriously damaged, 23 people were killed, 83 civilians were seriously injured, and the city itself was seriously damaged.
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində[1], Şuşa şəhər inzibati ərazi dairəsində şəhər.[2]. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar.[1][3]Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli,Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə.[1] Hər məhəllədə hamam, məscid və bulaq vardı.[1]
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi.[3] Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb.[3] Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.[3]
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.[4] Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.[4] XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü.[4] O dövrdə Azərbaycanda bəstəkarÜzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.[4]
1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır.[5] Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçüncü dəfə isəermənilər yandırmışdı.[5] Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı.[5] Ticarət vəRusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi.[5] Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.[5]
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.[1] Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.[6] Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.[6]
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyininfilialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.[6] Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun(300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.[6]
Tarix
Etimologiya
Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir.[7] Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.[7]
Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur.[7] Sözdə birinci “ş” səsi sonrakı “s” səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır.[7] Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur.[7] Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir.[7] Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər.[7] Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344—334) Makedoniyalı İsgəndərləvuruşan səxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur.[7]
Gerb
Şuşa şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur.[8] Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Kaspi vilayətinin gerbindəki təsvirlərin eyni idi: 1-ci hissədəpələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu.[8] Gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi.[8]
XVII-XIX əsrlər
Əsas məqalələr: Şuşa qalası, Qarabağ xanlığı, və Şuşa qəzası
Şuşa şəhərində qala divarları
Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.[9] Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişdilər.[9]
Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır.[10] 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir.[10] Lakin, Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı.[10] Yeni qala ilk illərdə öz banisinin adı ilə "Pənahabad", sonralar isə "Şuşa" adlandırılmağa başlandı.[10][11][12] Şuşa qalasının təməli Pənahəli xan tərəfindən qoyulmuşdur.[10] 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.[10][13]
Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721—1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur.[14] Onun hakimiyyəti illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir.[14] Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə bura köçüb saray şairi və İbrahimxəlil xanın baş vəziri oldu.[5] Vaqif 1795-1797-ci illərdə İranla apanlan müharibənin sonunda öldürülmüşdür.[5] İran şahı Ağa Məhəmməd şah Qacar da bu müharibə zamanı Şuşada qətlə yetirilmişdi.[5]1805-ci ilin mayında İbrahimxəlil xan Rusiya ilə kapitulyasiyanın şərtləri barədə danışıqlara başladı.[5] O, öz hakimiyyətini saxladı, lakin digər dövlətlərlə münasibətlərə son qoymağı və hər il Rusiyaya səkkiz min qızıl sikkə xərac verməyi öhdəsinə götürdü.[5] 1813 və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələri Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirdi.[5] Sonuncu xan — Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçmağa məcbur oldu.[5]
Şuşada 17 məhəllə vardı.[1] Hər məhəllədə hamam, məscid və bulaq vardı.
Şuşada azərbaycanlı[şərh 1]qəbiristanlığında daş at heykəli[16]
Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır.[14] Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı.[14] Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılmışdı.[14] Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.[14]
İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763—1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur.[14] Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdı.[14] Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllənin" yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü.[14] Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı.[14] Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınmışdı.[14] Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.[14]
XIX əsrdə Şuşa ölçüsü və sərvətinə görə Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən biri idi.[5] Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə on karvansara var idi.[5] Şuşa öz ipəyi, döşənmiş küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə tanınırdı.[5] 1824-cü ildə Hindistandanİngiltərəyə qayıdan Albemarl qrafı Corc Keppel yolüstü İrandan bura gəlmiş, və Şuşa onda böyük təəssürat yaratmışdı:
Şəhər hündür qayalı dağların yamacında tikilib. Yamac o qədər dikdir ki, sanki evlər oradan quş qəfəsləri kimi asılıb. Mən zirvəyə çatana kimi iki saat yuxarı qalxmışam.[17]
Corc Keppel
Keppelə görə, şəhərdə iki min ev var idi. Şəhər əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edirmiş:
Dilləri türk dilinin dialektidir, lakin ermənilərdən başqa, yerli sakinlər əsasən fars dilində oxuyub yazırlar. Ticarətlə əsasən ermənilər məşğul olurlar, onlar Şəki, Naxçıvan, Xoy və Təbriz şəhərləri ilə ticarət edirlər.[17]
Corc Keppel
XIX əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır.[14] Şəhərin dağlıq ərazidə salınmış "Qazançalı" adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi.[14] On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu.[14] Mirzə Adıgözəl bəy bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.[14]
Şuşa Rusiya imperatoru I Nikolay tərəfindən 10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında "Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün təsisat" adlı qanun əsasında yaradılan Kaspi vilayətinin tərkibinə daxil olmuşdur.[8] XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya İmperiyasının “Şəhər əsasnaməsi”nın (1785) 28-29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur.[14]
1887-ci ildə tikilmiş Kazançetsots kilsəsi oldu, bu kilsə dünyada ən böyük erməni kilsələrindən biri idi və erməni burjuaziyasının Şuşada çiçəklənməsinin rəmzi idi.[5]
XX əsr
Əsas məqalələr: Qarabağ müharibəsi və Şuşanın işğalı
Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar.[9] 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı.[9] 1905—1906-ci illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü Daşnaksütun partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur.[9] Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.[9]
1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər.[9] Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər.[9] Ruslar ermənilərə böyük kömək göstərirdilər.[9] Lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər.[9] Şəhər özünü qoruya bildi.[9] Avqust ayının 17-də "Difai" partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.[9]
Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər.[9] Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular.[9] 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır.[9] 1905-ci il sentyabr ayının 10-dək Şuşada atəş səsləri kəsilmədi.[9] Rusiya hərbi xadimi İllarion Vorontsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı.[9] Sentyabrın 14-də sülh elan olundu.[9]
1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdı.[5] Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçünü dəfə isə ermənilər yandırmışdı.[5] Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı.[5] Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi.[5] Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.[5]
İtaliyalı jurnalist və yazıçı Luici Villari bu savaşın bitməsini belə təsvir edir:
"(Sentyabrın) 2-də müsəlman sərkərdələri ermənilərə qasid göndərdilər və rus pravoslav kilsəsində sülh danışıqları axır ki, baş tutdu. Tatarlar və ermənilər xalq qarşısında bir-birini qucaqladılar və əbədi dostluğa - gələn dəfəyə qədər - and içdilər. Müharibə aparan sivil xalqlara xas olaraq, əsirlər dəyişdirildi. Ölən və yaralananlarm sayı 300 nəfərə çatırdı, ermənilər yaxşı silahlandığından və əlverişli strateji mövqedə olduqlarından, bunların üçdə ikisi tatarlar idi. Ziyan 4-5 milyon rubl dəyərində qiymətləşdirilmişdi. 350 nəfərdən ibarət (rus) qoşunları dava zamanı demək olar ki, heç nə etməmişdilər, lakin barışıq mərasimində hərbi orkestr çalırdı.[18]
Luici Villari
1918-20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər.[9]Şəhərin müdafiəsində Şuşanın Axundu Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur.[9] 1918-ci il sentyabrın 26-da Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub.[19] Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb.[19]
1920-ci ildə iqtisadi böhranın və vətəndaş müharibəsinin başlanmasından sonra ruslar şəhəri tərk etdilər, bunun ardınca Şuşada dəhşətli basqınlar baş verdi.[5] Bu vaxt Azərbaycan qoşunları şəhərin ermənilərin yaşadığı yuxarı məhəllələrində bütün küçələri yandırıb, yüzlərlə ermənini öldürmüşdülər.[5] Şuşanın erməni məhəlləsinin xarabalıqları qırx ildən çox bir müddət ərzində kabus kimi toxunulmaz qalmışdı.[5] 1930-cu ildə şair Osip Mandelştam şəhərə gəlib, onun boş sakit küçələrindən dəhşətə gəlmişdi.[5] Şerlərinin birində o, onu basan "qırx min sakit pəncərənin" vahiməsindən yazır.[5] 1961-ci ildə Bakıdakı kommunist rəhbərliyi bu xarabalıqların dağıdılmasına sərəncam verdi, baxmayaraq ki, bir çox köhnə binaları bərpa etmək mümkün idi.[5]
Buna baxmayaraq, 1920-1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı.[9] Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi.[9] Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər.[9] Həyat keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.[9]
Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmışDağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi.[20] Lakin, 1923-cü il iyulun 7-də vilayətinin mərkəzi Xankəndi seçildi.[20] Şuşa şəhəri isə AK(b)P MK Riyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi.[20] Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi.[20]Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.[20]
Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu.[9] 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərəkStepanakert rayonunun tərkibinə qatıldı.[9] Yalnız Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.[9]
1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi.[21] Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir.[21] Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır.[21] Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi.[21]
13 fevral 1988-ci ildə ermənilər Xankəndiyə ilk hücumlarından birini edəndə azərbaycanlıların çoxu Şuşaya pənah gətirdi. 28 martda Azərbaycan qüvvələri Xankəndiyə hücum etmək üçün hazırlaşdı və Kərkicahandan yuxarıda yerləşən düşmən mövqelərinə Canqasan kəndindən hücum etməyə başladı. Növbəti gün günorta çağı Azərbaycan birlikləri şəhərə yaxın mövqelərə yerləşdilər, lakin ermənilər tərəfindən püskürdüldülər.[22]
Xocalının tutulmasından sonrakı aylarda regionun sonuncu Şuşa bürcündə təslim olmayan azərbaycanlı komandirlər GRAD raket buraxılış qurğularından istifadə edərək Xankəndiyə qarşı geniş miqyaslı artileriya bombardımanı başlatdılar. Aprelə qədər davam edən bombardıman Xankəndidə yaşayan 50.000 nəfər əhalinin böyük hissəsinin bunker və zirzəmilərdə qalmasına məcbur etdi.[23] Şəhərin ucqar nöqtələrinin yaxınlığında torpaq basqınçıları ilə üzləşən Dağlıq Qarabağdakı hərbi liderlər şəhəri tutmaq üçün hücum təşkil etdilər.
8 mayda yüzlərlə erməni əsgəri tanklarla və vertolyotlarla Şuşa istehkamına hücum etdi. Şəhərin küçələrində şiddətli döyüşlər baş verdi və hər iki tərəfdən yüzlərlə adam öldü. Sayca üstün olmalarına və daha yaxşı silahlanmalarına baxmayaraq, ermənilər ancaq 9 mayda şəhəri tutmağa və azərbaycanlıları geri çəkilməyə məcbur etməyə nail oldular.[24]
Şuşanın tutulması qonşu Türkiyədə böyük səs-küyə səbəb oldu. Ermənistan SSRİ-dən müstəqilliyini elan etdikdən sonra Türkiyə ilə münasibətləri yaxşılaşmışdı, lakin Dağlıq Qarabağ regionunu işğal etdikdən sonra pisləşdi. Türkiyənin baş naziri Süleyman Dəmirəl araya girmək və Azərbaycana kömək etməklə bağlı təzyiq altında olduğunu dedi. Buna baxmayaraq, Dəmirəl müharibəyə müdaxilə etməyə qarşı olduğunu, Türkiyənin müharibəyə daxil olmasının daha böyük xristian-müsəlman münaqişəsinə səbəb ola biləcəyini bildirdi.[25]
1992-ci ildə Şuşa şəhəri
Türkiyə qüvvələrini Azərbaycana göndərmədi, lakin əhəmiyyətli hərbi köməklər etdi. 1992-ci ilin mayında MDB qüvvələrinin hərbi komandiri marşal Yevgeni Şapoşnikov Qərb dövlətlərinə, xüsusilə ABŞ-a Qafqazdakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq etdi. Şapoşnikov "bu yerinÜçüncü dünya müharibəsinin başlanğıcı ola biləcəyini" bildirdi.[26]
Şamil Basayevin başçılıq etdiyi çeçen qüvvələri müharibədə iştirak edən birliklərdən biri idi. Azərbaycan polkovniki Azər Rüstəmova görə 1992-ci ildəŞamil Basayev və Salman Raduyevin başçılığı altında yüzlərlə çeçen döyüşlərdə azərbaycanlılara əhəmiyyətli kömək göstərmişdi.[27] Deyilənlərə görə Basayev Şuşanı tərk edən sonuncu döyüşçülərdən biri idi. Rusiya xəbərlərinə görə Basayev o və batalyonunun bir dəfə itdiyini və Qarabağda Daşnaq batalyonuna qarşı döyüşərkən məğlub olduqlarını deyib.[27] Basayev daha sonra dedi ki, müharibə dini yox, daha çox milliyyətçi xarakter daşıdığından qüvvələrini geri çəkib.[27] Basayev Abxaziya müharibəsi (1992-1993) zamanı Rusiya Baş Kəşfiyyat İdarəsindən hərbi təlim almışdı, çünki Abxaziya Rusiya tərəfindən dəstəklənirdi. Digər çeçenlər də BKİ tərəfindən hərbi təlim almışdı. Abxaziyada Rusiya üçün Gürcüstana qarşı döyüşən bu çeçenlərin çoxu Qarabağ müharibəsində Azərbaycan üçün ermənilərə qarşı döyüşmüşdü.[28]
Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.[6] Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.[6]
1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşanın işğalı gününü Şuşada "Qələbə bayramı" kimi qeyd edirlər.[29][30] Qarabağ müharibəsindən sonra Şuşada bərpa işlərini "Hayastan" ümumerməni fondu, qondarma "Dağlıq Qarabağ hökuməti" və erməni xeyriyyəçiləri maliyyələşdirir.[31] Qarabağ müharibəsindən sonra, Şuşada tarixi abidələrin bərpası adı altında abidələrin erməniləşdirilməsi və saxtalaşdırılması prosesi gedir.[31][32][33]
XXI əsr
Şuşa şəhərinin meydanı
Ermənistan hakimiyyəti Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə İrəvan şəhərində "Şuşi" Mədəniyyət Fondu və "Şuşi" nəşriyyat evi yaradıb.[34] Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, "arxiv sənədlərinin" tədqiqi və təbliği nəzərdə tutulur.[34] Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü.[34] Belə ki, bu layihə çərçivəsində təmir bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar.[34] Birinci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası, eyni zamanda bu abidələrin bərpasından sonra içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməsi, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır.[34] Adsız Qala divarları üzərinə isə "Jraberd divarı" adlı lövhələr yapışdırılmalıdır.[34] İkinci mərhələdə, O.Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir eimək, XİX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və "Artsaxkertin" patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.[34]
Üçüncü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir.[34] Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək.[34] XİX əsrin əvvəllərində inşa edilmiş Şuşa real məktəbi təmir edilərək onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.[34]
Şuşa şəhərində Xilaskar Müqəddəs Məsihin Kafedralı
Dördüncü mərhələdə İsa bulağında və Cıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi nəzərdə tutulur.[34] Beşinci mərhələdə Gəncəsər monastırı və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir.[34] Bütün bunlardan başqa Ermənistan hökuməti yaratdığı fondların vasitəsi ilə, Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək.[34] Yuxarıda göstərilənlərlə yanaşı Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük veriləcək.[34] Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Ermənistan hökuməti aşağıdakı layihələrin də maliyələşdirilməsini də öz planlarına daxil edib:[34]
• Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi
• Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi
• Memarlıq abidələrinin layihələşdirilməsi; Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması
• Şuşanın Arxiv fondunu yaradılması
• Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi
• Litoqraf varisliyinin tədqiqi
• Qalada və onun ətrafında mağara tədqiqatının aparılması
• Şuşa şəhərində Milli Erməni Muzey fondunun yaradılması
• İran abidələrinin tədqiqi və nəşri (Burada Azərbaycan məscidləri və türbələri nəzərdə tutulur).
Ermənistan hökuməti bu Konsepsiyanın reallaşmasına 2004-cü ildən başlanıb. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilib.[34] Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin ediblər.[34] Ermənistanın Marif və Elm Nazirliyində, daha sonra Nazirlər Kabinetində bu Konsepsiya və layihələrə baxılaraq bəyənilib, hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistanın dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılması nəzərdə tutulub.[34] Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı Ermənistan vətəndaşına həvalə edilib.[34]
2011-ci ildən başlayaraq Dağlıq Qarabağdakı separatçı rejimi xarici turistləri Şuşaya cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib
Laçın
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.
Laçın şəhərinin yerini Tağı Şahbazi seçmiş və bu adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir. Ərazisi 1.84 min km2, əhalinin sayı 72,4 min(01.04.2013)nəfərdir. Laçın rayonunda 1 şəhər(Laçın), 1 qəsəbə(Qayğı), 125 kənd vardır. Kəndləri bunlardır – Qarıkaha, Ağbulaq, Ağcakənd, Alxaslı, Arduşlu, Ağcayazı, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Bozlu, Qalaça, Bülündüz, Ayıbasar, Birinci İpək, Cağazur, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Daşlı, Hətəmlər, Kaha, Narışlar, Vəlibəyli, Əhmədli, Fərraş, Nurəddin, Fətəlipəyə, Ağanus, Ərəb, Turşsu, Unannovu, Güləbird, Hacıxanlı, Birinci Tığik, Qovuşuq, Hacılar, Hoçaz, Avazlar, Mollalar, Uludüz, Budaqdərə, İrçan, Çəmbərəkənd, Xumarta, Kamallı, Çıraqlı, Köhnəkənd, Alıcan, Əyrik, Qışlaq, Kürdhacı, Ərikli, Hacısamlı, Qarasaqqal, Qarabəyli, Korcabulaq, Lolabağırlı, Qarakeçdi, Katos, Qarıqışlaq, Qılınclı, Soyuqbulaq, Zeyvə, Qorçu, Zağaltı, Qoşasu, Alpout, Bülövlük, Qozlu, Fingə, Quşçu, Malxələf, Mazutlu, Məlikpəyə, Malıbəy, Ağoğlan, Hüsülü, Ziyrik, Mığıdərə, Xırmanlar, Dəyhan, Dəyirmanyanı, Baldırğanlı, Tərxanlı, Minkənd, Mirik, Mişni, Oğuldərə, Ağalaruşağı, Piçənis, Xaçınyalı, Köhnə Çorman, Pircahan, Alıqulu, Qaraçanlı, Seyidlər, Sadınlar, Səfiyan, Xanalılar, Suarası, Türklər, Sonasar, Mayis, Şamkənd, Bozdağan, Çorman, Ələkçi, Nağdalı, İkinci Tığik, Şəlvə, Dambulaq, İmanlar, Təzəkənd, Ərdəşəvi, Haqnəzər, Vağazin, Bozgüney, Kalafalıq, Zabux, Bəylik, Qızılca, Sus, Zerti, Ağbulaq, Şeylanlı.
Laçın rayonu ilə Bakı arasında olan məsafə 414 kilometrdir.
Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur ki, 1992-ci ilin may ayının 18-dən Ermənistan Respublikasının işğalı altındadır.
İşğaldan əvvəl: 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi və s. vardı.
Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Mahalın aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan o tərəfdə Pirdavan, Qacaran, Kiqin dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.
Laçın bölgəsi ölkələrlə, dövlətlərlə, Azərbaycanın Səfəvilər dövləti ilə, Rusiyanın hətta bir vilayəti ilə müqayisədə çox kiçik sahəyə malik bir bölgədir. Amma, Ulu Yaradan bu bölgəni elə bil özü üçün, özünün mələkləri üçün yaradıb, “eşqinin, məhəbbətinin” coşub-çağlayan vaxtı yaradıb. Gözəl meşələri, təmiz havası, saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, şəlalələri, sərt qayaları, başı ağ çalmalı dağları, dağ başında düzənləri, ucsuz-bucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür gülləri, şaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-çiçəkləri, 300-400 il yaşında qırmızı palıd ağacları, qartalları, qurd ürəkli oğulları, oğullara arxa olan –dayaq olan, kişilərin arxasını yerə qoyan qadınları, qızları var Laçının. Bir sözlə təbiət bu torpaqdan öz əsrarəngiz gözəlliyini, təbii sərvətlərini və bol-bol nemətlərini əsirgəməmişdir. Tarixən təbii şəraitinə görə burada əsasən heyvandarlıqla məşğul olsalar da – əkinçilik, arıçılıq, bağ-bostançılıq da inkişaf etmişdir. Yun, xəz materiallarından burada nə istəsən yaradırdılar. Laçının çox keyfiyyətli su mənbələri vardı. Bunlardan 20-dən artıq müalicə əhəmiyyətli bulaqlar idi. Buranın insanları çox-çox qədimlərdən bu mineral bulaqlardan müalicə məqsədi ilə istifadə etmişlər. El arasında möcüzəsinə görə bu sulara – baş suyu, göz suyu, diş suyu, yel suyu, mədə suyu və s. adlar verilmişdi. Bu su mənbələri əsasən bölgənin Minkənd, Molla-Əhmədli, Mirik və s. yaşayış məntəqələrinə yaxın idi və bu bulaqlar üzərində həmişə yeyib-içmək məqsədi ilə abadlıq yaradırdılar. Yay aylarında Qarabağın, Zəngəzurun isti yerlərindən, xüsusən Bakı və Sumqayıtda yaşayan əhali bu yerlərdə istirahət edər, müalicə alardılar.
Tarixi
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.
Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.
1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyayaqatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.
Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. Zəngəzur qəzası Yelizavetpol quberniyasına (Gəncə quberniyası) daxil idi, 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur.
1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşaistiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşıSultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.
Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrini göndərir. Dağ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da Dağı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaradılması nəticəsində Şuşa qəzası 2 hissəyə bölündü — Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu DQMV-nin tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının DQMV-nə daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il — 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.
Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon — Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.
Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970–1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.
Qubadlı rayonu
Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 14 mart 1933-cü ildə yaradılmışdır. İnzibati mərkəzi Qubadlı şəhəridir.
İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu iləBakı arasında olan məsafə 404 kilometrdir.
Rayon ərazisi 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Tarixi
Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.
Versiyalardan birinə görə, Qubadlı toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.
Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.
Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.
Bir çox tədqiqatçılara görə, birinci komponenti təşkil edən bərgü sözü qədim türk mənşəli barq tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri "bərgülərin dağı", "bərgülərin çayı", "bərgülərin çökəyi" mənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir. Bərgüşad toponimi çox geniş coğrafi areala sahibdir. Ucar rayonunda Bərgüşad adlı kənd var.
Azərbaycan xalqının tarixi tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının məntiqi nəticəsi olaraq, imperiya mahalı iki yerə bölmüşdür. Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalmışdır. Çox keçmədən bu cür bölgü erməni-rus cütlüyünü tam təmin etmədiyindən gələcəkdə həmin rayonları da Ermənistan ərazilərinə qatmaq məqsədilə Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Azərbaycan Respublikasının tərkibində "Qırmızı Kürdüstan" adında muxtariyyət təşkil olunmuşdur. Bununla yanaşı, hər üç rayon ərazi vahidi kimi öz statuslarını saxlamışdır. Bu muxtariyyətə qarşı qubadlılar sözün həqiqi mənasında əsl mübarizə aparmışlar. Xüsusilə Əlyanlı kəndinin sakinlərinin bu qərara qarşı fədakar mübarizəsi çox böyük hörmətə layiqdir. Bir neçə ildən sonra Qarabağın Ermənistana verilməməsi, Azərbaycan Respublikasının tərkibində və tabeçiliyində saxlanılması məsələsi həll olunandan sonra "Qırmızı Kürdüstan" muxtariyyəti öz əhəmiyyətini itirdi.
Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib.1964-cü ildə yenidən müstəqil rayon olub.
Kəlbəcər rayonu
Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəziKəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Tarixi
Əsas məqalələr: Qarabağ tarixi, Xaçın knyazlığı, və Dop sülaləsi
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir.Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələrŞimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamınyayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Relyefi[redaktə | əsas redaktə]
Kəlbəcər rayonunun dağ meşələri
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.
Kəlbəcərin işğalı
]Əsas məqalə: Kəlbəcər döyüşü
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altındadır.[3]
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.
Xocalı
Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub.
Haqqında[redaktə | əsas redaktə]
1999-cı il fevral ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991 - 1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdi (01.01.2010). Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi. Rayonda 1 şəhər, 1 qəsəbə (Əsgəran), 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Kəndləri bunlardır - Almalı, Qarakötük, Ballıca, Xanyurdu, Mehdibəyli, Cəmilli, Çanaqçı,Sığnaq, Dağyurd, Daşbulaq, Badara, Xanyeri, Qayabaşı, Suncinka, Harov, Dağdağan, Xanabad, Ağgədik, Aşağı Qılıçbağ, Kosalar, Başkənd, Canhəsən, Təzəbinə, Qışlaq, Cavadlar, Yalobakənd, Qarabulaq, Dəmirçilər, Quşçubaba, Mədətkənd, Qızıloba, Aşağı Yemişcan, Xaçmaz, Yuxarı Yemişcan, Meşəli, Naxçıvanlı, Ağbulaq, Aranzəmin, Dəhrəz, Pircamal, Pirlər, Daşbaşı, Fərrux, Seyidbəyli, Ulubaba, Şuşakənd, Daşkənd, Muxtar,Sərdarkənd, Şəlvə. Rayonun ərazisindən uzunluğu 32 km olan birinci kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmir yolu keçirdi. İşğala qədər rayonda 56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə müəssisələri, kənd təsərrüfatı və sənaye müəssisələri, aeroport və s. fəaliyyət göstərirdi. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklı məşğul olmuşdur. “Xocalının səsi” rayon qəzeti 1991-ci ildən nəşr edilir. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri Xocalı şəhərində məskunlaşmışdılar.
Tarixi və mədəniyyət abidələri[redaktə | əsas redaktə]
Xocalıda aparılan qazıntilar zamanı tapılan saxsı qablar
Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafinda son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s. hazırlanan bəzək əşyaları, tunc əmək alətləri aşkar edilmişdir. Burada çoxlu sayda “Qoç və yəhər” şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid “Əsgəran qalası” mövcuddur. Qalanı Qarabağ xanı Pənah xan tikdirmişdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2–3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları “Əsgəran qalası”nda aparılmışdır. Rayonun Kosalar kəndi ərazisində “Məhəmməd ağanın otağı” tarixi abidəsi, “Darılı Piri”, “Ələm ağacı” ziyarətgahları və daş qəbirlər var. Rayonun Meşəli kəndi ərazisində - Meydan yaylağında - müqəddəs ziyarətgah “seyid qəbri” (ermənilər tərəfindən dağıdıldı), “Yeddi kilsə” (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmışmuncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e. ə. 807-788-ci illər) adı yazılmışdır. Əsasən eramızdan əvvəl XVII-XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirləri, müxtəlif tipli kurqanlardan, siklop tikililər və menhirlərdən ibarətdir. Adını çəkdiyimiz mədəniyyətə aid yaşayış yerləri bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafı cəhətdən əlverişli yerlərdə, xüsusi ilə strateji cəhətdən müdafıəsi qismən asan olan təpələr üzərində salınırdı. Yaşayış yerlırində evlər əksər hallarda yarımqazma halında olub, yuxarı hissəsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilə tikilirdi. Evlərin əksəriyyəti çox gözlü olub, bütün tayfa üzvlərinə aid olurdu. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, çox vaxt tayfa evləri uzunsov olub, düzbucaqlı formada inşa edilmişdir. Bəzən uzunluğu 17–18 m, eni isə 8–10 m olan bu cür evlər xüsusi arakəsmələr vasitəsilə bir neçə hissəyə bölünmüşdür. Tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərində, yəni е. ə. II minilliyin sonunda artıq bu cür evlərin döşəmə və divarlar xüsusi ağ maddələrlə suvanır və böyük ailə evləri kiçik ailə evləri ilə əvəz olunur. Bütün bımlar primitiv şəkildə də olsa, yerli əhalinin müxtəlif tikinti texnikasına malik olmasını parlaq surətdə sübut edir. Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop tikililəri təşkil edir. Əsasən yüksək təpələrdə və alçaq dağlarda bina edilmiş bu abidələr yerli əhali tərəfindən hazırda Qalaça, Örtük daşı, Hasar, Düzülü daş və s. adlanır. Siklop tikililərinin xarakterik cəhəti ondan ibarətdir ki, bu abidələr yonulmamış iri dağlardan suvaqsız olaraq müəyyən bir plana riayət olunmadan tikilmişdir. Bu tikililər bəzən iki və hətta üçqat divarla əhatə olunurdu. Siklop tikililərdə qapı yerləri üç sal daşdan düzəldilib, üstündən isə hörgü davara etdirilmişdir. Bu abidələr əsasən, e. ə. II minillikdə və I minilliyin əvvəllərində mövcud olmuĢdur. Kiçik Qafqaz dağlarının köç yolları kənarında inşa edilmiş siklop tikililərinin heç də hamısı eyni məqsəd güdməmişdir və başlıca olaraq üç məqsəd daşımışdır: 1) iri ticarət yolları üzərində bu yolları müdafiə etmək məqsədilə; 2) düşmən hücumları zamanı əhalini müvəqqəti mühafizə etmək məqsədilə; 3) müqəddəs yerləri əbədiləşdirmək məqsədilə bina edilmişdir. Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmış maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlardan aydın olmuşdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təşkil edir. Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan bu kurqanlar müxtəlif quruluşlu və müxtəlif tərkibli hündür təpələrdən ibarət olub, vaxtilə süni surətdə qəbirlərin üstünə tökülmüşdür. Kurqanlar bəzən sadəcə olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür. Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındakı qəbirlər də müxtəlif olmuşdur. Ölünü dəfn etmək üçün bəzən kurqanın altında “ev” tikilmiş, dairəvi hasar çəkilmiş, bəzən isə daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir ki, 3-4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti olmuşdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək. Hər iki halda kurqanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən əllidən artıq skelet aşkara çıxarılmışdır. Ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürməmişdir və alimlərin ehtimalına görə bu adət, qalıqları indi də dünyanın bir çox xalqları arasında mövcud olan müqəddəs ayin ilə əlaqədar idi. Lakin istər ölü yandırmaq, istərsə də ölünü olduğu kimi dəfn etmə adətində kurqan qəbirləri üçün xarakterik olan ümumi bir əlamət vardır. Bu əlamət həmin qəbirlərdə dəfn olunan adamın axirət dünyaya böyük var dövlətlə yola salınması idi. Hər bir kurqan özü ayrılıqda bir xəzinəni xatırladır. Kurqan qazıntıları zamanı oradan aşkar edilmiş maddi mədəniyyət qalıqları yerli əhalinin ibtidai dini ideologiyasını, onun təsərrüfat həyatını hərbi ləvazimatını, incəsənətini, məişətini və bir sıra başqa sahələrini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Xocalı kurqanlarının tədqiqi nəticəsində məlum olmuşdur ki, danışdığımız dövrdə Qarabağın sakinlərinin həyatında sənətkarlığın iki böyük sahəsi mühüm yer tulmuşdur. Onlardan biri dulusçuluq, digəri isə metal işləmə sənətidir. Xocalıda tapılmış külli miqdarda gil qabları kolleksiyası sübut edir ki, Qarabağ dulusçuları bu sənət sahəsində çox yüksək inkişaf pilləsinə qalxmışdılar. Onlar hazırlayacağı qablar üçün xüsusi, yararlı gil mədənləri aşkar etmiş və bəşər tarixində ilk texniki tərəqqi üsullarından biri olan ayaq çarxının sirlərinə dərindən bələd olmuşdular. Qarabağ dulusçuları hazırladıqları gil qabları bişirmək üçün dairəvi dulus kürələrindən istifadə etmişlər. Bir qayda olaraq dulusçular Tunc dövründə hazırladıqları gil qablarının hamısının üzərini cilalamış və onları qara rəngdə bişirmişlər. Qabların bədii tərtibatına da ciddi fikir vermişlər. Belə ki, əksər qabların üzərində müxtəlif həndəsi fıqurlar, nəbati təsvirlər cızılmışdır. Ən maraqlısı da odur ki, qabların üzərində xətlərin içərisini xüsusi ağ maddə ilə doldurmuşlar. Bu da Qarabağ qablarının ən mühüm xüsusiyyətlərindən biridir. Xocalı-Gədəbəy mədəniyyətinə məxsus gil qabların xüsusiyyətlərindən biri də odur ki, dulusçu ustalar hazırladıqları qabların çiyini üzərində xüsusi göbələkvarı çıxıntılar düzəltmişlər ki, bu da qablara xüsusi gözəllik verir. Xocalıdakı 5 №-li kurqandan aşkar edilmiş bir ədəd gil qabın qulpu üzərində isə buğda dənləri təsvir edilmişdir. Alimlərin tədqiqatı nəticəsində məlum olmuşdur ki, 3-4 min il bundan əvvəl Qarabağın sakinləri mədəni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Xocalıda həmçinin Qarabağda bağçılığın inkişafını da sübut edən xeyli maddi mədəniyyət qalıqları da aşkar edilmişdir ki, bunların içərisində şaftalı, üzüm tumları və s. əsas yer tutur. Yuxarıda qeyd etdiyimiz kimi, Tunc dövründə Qarabağda inkişaf etmiş mühüm sənətkarlıq sahələrindən biri də metalişləmə olmuşdur. Bütün Zaqafqaziyada mis ilə qalayın qarışdırılmasından tunc metalın alınması sirlərinə ilk dəfə bələd olanlardan biri də Qarabağın qədim sakinləridir. Bu möhkəm metaldan yerli əhali silahlar hazırlamışdır. Bəzən isə ondan bəzək əşyaları hazırlamaqda və çoxlu ox ucları demək olar ki, Qarabağ abidələrindən tapılan ən çox silah növləridir. Qarabağ qılınclarının dəstəklərinin baş hissəsi formasına görə digərlərindən fərqlənir. Belə ki, Qarabağın qədim qılınclarının dəstək hissəsinin bağında iki tərəfli çıxıqları olur və həmin çıxıqlar qılıncın əsas hissəsinə doğru maili düzəldilir. Bu çıxırlar bəzən zoomorf formada, bəzən isə müxtəlif həndəsi cizgilərlə bəzədilirdi. Eramızdan əvvəl birinci minilliyin başlanğıcında Qarabağın qədim sakinləri artıq dəmir istehsalının sirlərinə bələd olmuşdular. Xocalı abidələrinin öyrənilməsi nəticəsində burada bütün Azərbaycan üçün yeganə olan iki mühüm tip abidə də aşkar edilmişdir. Onlardan biri Menhirlərdir. Menhir ingilis sözü olub uzun daş deməkdir. Menhir qəbilə quruluşlu dövrü məhsulu olub, ölən adamın qəbiri üzərində dik basdırılmış bir növ heykələ oxşar daşdır. Adətən belə daşları qəbilə başçılarının qəbirlərinin üzərində qoyurdular. Qədim dini əqidəyə görə, guya ölən adamın ruhu bədəni tərk edir və həmin adamın ruhu daşa keçir və orada əbədi yaşayırdı. Maraqlı burasıdır ki, ibtidai dini təsəvvür qalığı olan həmin daşlardan biri son zamanlara kimi dindarların ibadət yerinə çevrilmişdir. Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş bir ədəd köndələn daşdan ibarətdir. Yenə də dini əqidəyə görə bu abidələr axirət evi adlanır. Bütün bu abidələr yerli əhalinin mənəvi mədəniyyət tarixini öyrənmək üçün son dərəcə böyük elmi əhəmiyyət kəsb edir. Nəhayət göstərməliyik ki, Azərbaycanda ən qədim yazı da Qarabağda aşkar edilmişdir. Belə ki, Xocalıda tətbiq olunan 11 №-li kurqandan üzərində mixi yazısı olan bir ədəd kiçik muncuq tapılmışdır. Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə məxsus abidələrə yekun vurarkən bu mədəniyyətin izi ilə məşğul olan bir çox Qafqazşünas alim təkcə Azərbaycanın deyil ümumiyyətlə yaxın şərq ölkələrinin maddi mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həlli üçün ondan geniş istifadə edirlər. Bu problemlərdən biri 3-4 min il bundan yaxın şərq ölkələrinin bir-biri ilə mədəni və iqtisadi əlaqələrinin səviyyəsini öyrənməkdir. Xocalı abidələri sübut edir ki, belə əlaqələr geniş olmuş və müxtəlif etnik qruplar mehriban iqtisadi və siyasi təmasda yaşamışlar. Təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevral ayında erməni və rus ordusunun qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur bir əmələ əl atmış və bəşəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmışdılar. Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbiristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki “Seyid qəbri” və s. erməni işğalı nəticəsində dağıdılıb.
Xocalı soyqırımı
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi.
Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun doyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçıvanlı kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfındən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanlı düzündə erməni silahlı dəstələri tərəfındən xüsusi qəddarlıqla məhv edilmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafıə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, о cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafızəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur.
Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından: Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmışmeyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər. Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər. Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür. Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır. İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən Şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü. R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz. Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir. Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı о həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, о cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin, həyasızcasına məhəl qoyulmamasıdır. Hücumda həmçinin mayor Ohanyan Seyran Muşeqoviçin (Seyran Ohanyan Ermənistanın müdafiə naziri olub) komandanlığı altında 366-cı alayın 2- ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. (Xocalının işğalına dair istintaq materiallarından) Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur. onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər; 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan; uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür; 150 nəfər itkin düşmüşdür: 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılmışdır. Bu rəqəmlər Ermənistan SSR-nin dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-nin tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Zəngilan rayonu
Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdəErmənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.
İnzibati mərkəzi Zəngilan şəhəridir.
Rayon 1930-cu ildə təşkil olunmuşdur. "Azərbaycan SSR (Sovet Sosialist Respublikası) Mərkəzi İcraiyyə Komitəsi" arxiv fondunda mühafizə edilən sənədlərdə göstərilir ki, Zəngilan rayonu Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli Qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahılarına daxil edilmişdir.
Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində bir neçə dəfə dəyişiklik baş vermişdir. Bütün hallarda bu dəyişiklik qonşu Qubadlı rayonunun Zəngilanın tərkibinə qatılması və ayrılması ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 24 noyabr 1931-ci il tarixli Qərarı ilə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonu ərazisinə daxil edilmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 14 mart 1933-cü il tarixli Qərarı ilə Qubadlı rayonu yenidən bərpa edilmiş və 18 kənd sovetliyi Zəngilan rayonundan Qubadlı rayonuna qaytarılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 04 yanvar 1963-cü il tarixli Qərarı əsasında bir daha Qubadlı rayonu ləğv edilmiş və ərazisi Zəngilan rayonu tərkibinə verilmişdir. Lakin bu ləğv olunmadan qısa bir müddət sonra Qubadlı rayonu yenidən bərpa olunmuşdur.
Hər iki rayon müstəqil ərazi vahidləri kimi bu günə qədər mövcuddur.
29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.
Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri vəHavalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, [2][3]21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tarixi
Məmmədbəylidə türbə
Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küb qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyətiMakedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. "Zəngilan şəhəri" dedikdə əslindəPircavan şəhəri nəzərdə tutlmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə "Pir" sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. İlk adı Pircavan оlan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır, və 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verildi.
Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur.
Kəndləri bunlardır: Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, İkinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, Şəfibəyli, Məşədi İsmayıllı, Şərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli, Canbar, Ağkənd, Dərəli, Gün-Qışlaq, Qazançı, Pirveys, Yuxarı Çöpdərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, Şamlı, Vənəndli, Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq Müşlan, Məlikli, Muğanlı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, İçəri MüĢlan, Tağlı, Yusiflər, Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Zərnəli, Havalı, Nəcəflər.
Əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı. Bu şəhərin özünün bir çox məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, Şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, “Rayşelk” (ipək idarəsi olan yer) ,Pavilyon məhləsi ,Çala dərə ,Üst məhlə və s. məhəllələri vardır.
Cəbrayıl rayonu
Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəziCəbrayıl şəhəridir.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.
23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
4 oktyabr 2020-ci ildə rayonun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.[4][5]
Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.
Coğrafi mövqeyi
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.
Tarixi[redaktə | əsas redaktə]
Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə «Allahın qulu» deməkdir. Cəbrayıl ərazisi Midiya (e.ə VII-IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV-III əsrlər), Albaniya (e.ə IV -III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olmuşdur. III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə «Qraxdın» da deyilirdi. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində «Karantin» idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali «Karantin» sözünü «Qraxdın» kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə «Qraxdın» sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibindəCəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.
1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur.
Füzuli rayonu
Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1993-cü ildən ərazinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 17 oktyabr tarixində Şəhər işğaldan azad olunmuşdur.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axanQuruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 24 kənd vardır. Qəsəbələrdən 12-si ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır. 27 sentyabr2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr-da Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri vəFüzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabr-da Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı 21 oktyabr-da Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
Tarixi[redaktə | əsas redaktə]
Bölgə inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10 yaradılmış[3] və ilkin adıQarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.
1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal — Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr),Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII–XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.
1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli səhəri Yağlıvənd,Dövlətyarlı,Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda,Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər. 23 Avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.17 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun 1994-cü ilin dekabr ayında başlatdığı Horadiz əməliyyatı nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. Hal-hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıtmışdır. 1995-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40.000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər.[4] Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb.
Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata görə Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində — 9 milyon metr² ərazidə partlamamış hərbi sursat var.[5]
Füzuli rayon mədəniyyət və turizm şöbəsi rayon ərazisinin erməni işğalından sonra fəaliyyətlərini Bakı şəhərində və rayonun işğaldan azad edilmiş ərazilərində bərpa etmişdir. Rayon tarix-diyarşünaslıq muzeyi, Bünyad Sərdərovun ev muzeyi, iki uşaq incəsənət və 5 uşaq musiqi məktəblərinin Bakı şəhərində, 1 muzey filialı, mərkəzləşdirilmiş kitabxana sisteminin və onun 33 filialinin, 14 kənd mədəniyyət evinin, 7 klub müəssisəsinin, 5 uşaq musiqi məktəblərinin fəaliyyətləri rayon ərazisində bərpa edilmişdir.
Rayon mərkəzi kitabxanasında və onun filiallarında tədbirlər planına uyğun olaraq əlamətdar günlərlə bağlı yüksək səviyyədə tədbirlər-sərgilər, güşələr, stendlər, görüşlər təşkil edilmişdir. Xüsusilə ziyalılarla görüşlər, kitab müzakirələri, vətənpərvərlik mövzusunda diskusiyalar, sual-cavab gecələri böyük maraq doğurmuşdur.
Füzuli Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2012-ci il Füzuli rayonunda “kitabxana ili” elan olunmuşdur. Mərkəzi kitabxana sisteminə lazım olan qədər kompüter dəstləri alınmış, səyyar telefonlar vasitəsi ilə internetə qoşulmuş, internet saytı açılmış, elektron katoloq yaradılmış və xeyli sayda elektron ədəbiyyatlar alınmışdır.
Rayon MKS-nin kitab fondu bu ilin əvvəlinə: 33430 nüsxə, o cümlədən latın qrafikalı : 32237 nüsxədir, oxucuların sayı 6683 nəfər, kitab dövriyyəsi isə 40303 nüsxə olmuşdur.
Rayon Tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialı rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirmişdir. Bundan başqa məktəblilərin muzeyə cəlb olunması sahəsində fəal iş aparılır. 2012-ci ilin 5 ayı ərzində muzeyə 300 nəfərə yaxın məktəbli baxmışdır. Eksponat işi də mütamadi olaraq davam etdirilir. Muzey əməkdaşları məktəblərdə səyyar sərgilər təşkil edir, rayonun tarix və mədəniyyətinə dair mühazirələr oxuyurlar.
Rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhər Mədəniyyət evinin binası yenidən qurulmuşdur. Heydər Əliyev Mərkəzi tikilmiş və mərkəzdəki kitabxanada elektron kataloq yaradılmış, elektron ədəbiyyatlar alınmış, mərkəzdə kompüter kurslarının keçirilməsi üçün bütün işlər görülmüşdür. Mərkəzdə internet şəbəkəsi yaradılmışdır. Mərkəz yeni salınmış Heydər Əliyev Parkında yerləşir. Parkda min ədəddən artıq bəzək və gül ağacları əkilmiş, insanların rahat dincəlmələri üçün bütün şərait yaradılmışdır.
Yeni müəssisələrin hər üçü ölkə rəhbəri cənab İlham Əliyevin rayona gözlənilən gəlişi zamanı istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Rayonun işğaldan azad olunmuş ərazilərində 2 tarix və 1 mədəniyyət abidəsi rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən mühafizə olunur. Bu abidələrin hər 3-ü erməni işğalı zamanı dağıdılaraq baxımsız hala salınmışdır. Həmin abidələrdən Babı kəndindəki XIII əsrə aid Şeyx Babı Yaqub türbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qazıntı işləri aparılmış və yaxın günlərdə bərpa işlərinə başlanılacaqdır. Əhmədalılar kəndindəki XIII əsrə aid Əhmədalılar türbəsinin və XIX əsrə aid Böyük Bəhmənli kəndindəki məscid binasının bərpası üçün müvafiq təşkilatlara müraciətlər olunmuşdur.
Mədəniyyət[redaktə | əsas redaktə]
Füzuli bölgəsində teatr 1913-1914-cü illərdə yaranmışdır. 1989-cu il avqust ayının 04-dən Füzuli Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. M.F.Axundzadənin “Hacı Qara”, İ.Əfəndiyev “Unuda bilmirəm”, C. Məmmədquluzadənin “ Danabaş kəndinin əhvalatı”, S.S.Axundovun “Eşq və İntiqam”, C.Cabbarlının “Aydın”, “Almaz” teatrın uğurlu tamaşalarındandır. Rayon ərazisində hərbi əməliyatlar getdiyi vaxt teatr dəfələrlə cəbhə bölgələrində çıxışlar etmişdir. Rayon ərazisi erməni silahlı qüvvələri tərəfindən işğal olunandan 2003-ci ilə qədər Füzuli teatrı Sumqayıt şəhərində fəaliyyət göstərmişdir. 2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonu ərazisində fəaliyyət göstərir. Hazırda Füzuli teatrı Horadiz şəhər mədəniyyət evində fəaliyyət göstərir.
İqtisadiyyat[redaktə | əsas redaktə]
Füzuli rayonunun ümumi sahəsi 1390 kadrat kilometrdir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcəbədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayon əhalisinin hər kvadrat kilometrinə 86 nəfər düşür. 2011-ci ildə əhalinin sayı 1.5 min nəfər, yaxud 1,3 % artaraq 115.6 min nəfər olmuşdur. 2011-ci ildə Füzuli rayonunda istehsal edilmiş 88.1 milyon manatlıq məhsulun və xidmətlərin 50 faizini kənd təsərrüfatı sahələri, 25 faizini sənaye sahələri 25 faizi xidmət sahəsinin payına düşür.
Kənd təsərrüfatı. Füzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan — tərəvəz aparıcı rol oynayır. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıqçılıq, şəkər çuğunduru, üzüm və meyvə istehsal edilir.
Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 70% — ni təşkil edir. 16 təsərrüfatda islahatı aparılmışdır, 5437 ailəyə 8804 ha torpaq sahəsi paylanmışdır. Orta hesabla bir ailəyə 0.40 ha torpaq sahəsi düşür. Füzuli rayonu 2011-ci ildə bütün növ kənd təsərrüfatı məhsulları istehsalında əvvəlki illə müqayisədə dinamik artıma nail olmuşdur. 2011-ci il yanvar-dekabr ayları ərzində taxıl istehsalı 65730 ton, arpa istehsalı 1221 ton, pambıq istehsalı 638 ton, şəkər çuğunduru istehsalı 30516 ton, kartof istehsalı 1608 ton, üzüm istehsalı 175 ton, meyvə istehsalı 1010 ton, tərəvəz istehsalı 5750 ton, bostan məhsulları istehsalı 4652 ton təşkil etmişdir.
2011 — ci ildə diri çəkidə 2027 ton ət, 9611 ton süd, 5911 min ədəd yumurta və 151 ton yun istehsal olunmuşdur. 2010-cu illə müqayisədə ət istehsalı 114 faiz, süd istehsalı 124.8 faiz, yumurta istehsalı 129 faiz, yun istehsalı 102.7 faiz artmışdır. Füzuli rayon təsərrüfatlarında 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 30831 baş iri buynuzlu mal-qara, o cümlədən 14823 baş inək camış, 109189 baş qoyun və keçi mövcud olmuşdur. Ötən illə müqayisədə iri buynuzlu mal-qara sayı 1.8 — faiz, onlardan inək və camışların sayı 0.1 faiz, qoyun və keçilərin sayı 0.7 faiz artmışdır.
Ağdam
Azərbaycan Respublikasının Ağdam şəhər inzibati ərazi dairəsində şəhər.[1]Ağdam rayonunun mərkəzi.
1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi.[2] 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhvetmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.[3] 23 iyul 1993-cü cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub.
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.[2] Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü.[2] Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.[2]
Tarixi
Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.[4] Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir.[4] XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir.[4] Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir.[4] Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.[4]
XVII-XIX əsrlər[redaktə | əsas redaktə]
Şəhərin rəsmi olaraq salınması bəzi mənbələrdə 1741-ci il, bəzilərində isə 1752-ci il kimi qeyd olunur.[5]
1828-ci ildə Ağdama şəhər statusu verilmişdir.[5][6]
XX əsr
Əsas məqalələr: Qarabağ müharibəsi və Ağdam uğrunda döyüş
1918-ci ilin oktyabrın 1-də türk generalı Nuru Paşa Ağdama gəlmişdir.[7] Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi.[8] Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı.[8] Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular.[8] Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular.[8] Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər.[8] Nuru Paşa Ağdamda Azərbaycan bayrağınıqaldırıb, Şuşaya doğru hərəkət eləmişdir.[9]
Qarabağ müharibəsindən əvvəl şəhərdə səkkiz xəstəxana fəaliyyət göstərirdi.[10]
Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür.[2] 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi.[2] 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.[3]
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.[2] Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü.[2] Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.[2]
XXI əsr
https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:2010-cu_il_A%C4%9Fdam.jpg
2010-cu ildə Ağdam şəhərinin xarabalıqları
2008-ci ildə "Lonely Planet" jurnalı Ağdamı "Qafqaz Hiroşiması" adlandırıb.[11][12] 2010-cu ildə Əl-Cəzirənin internet nəşri, Ağdamı "ruhlar şəhəri" siyahısına salıb.[13] 2010-cu ildə qondarma Dağlıq Qarabağ rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb.[14][15]
Xocavənd rayonu
Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəziXocavənd şəhəridir. 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrutqəsəbəsi, 15-də Edişə, Düdükçü, Çiraquz kəndləri, 16-da Xırmancıq, Ağbulaq, Axullukəndləri, 20-də Ağcakənd, Mülkidərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir.
arixi[redaktə | əsas redaktə]
Xocavənd adlı yaşayayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisi köçəri Azərbaycanlılardan təşkil olunduğu açıq-aşkar yazılıb.[4] Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olmuşdur. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. Məntəqə adını ərazidəki Qaranlıq dağından almışdır. Ərazidə eyniadlı çay da vardır. Ermənistan ərazisindəki Martuni rayonunun adı da 1946-cı ilədək Aşağı Qaranlıq olmuşdur[5].
26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır.[6] Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı,Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələritərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun kəndlərinin işğal tarixləri:[7]
Xocavənd rayonunun işğal olunmuş kəndləri
Kənd adı
İşğal tarixi
30.10.1991-ci il
30.10.1991-ci il
19.11.1991-ci il
09.01.1992-ci il
17.02.1992-ci il
02.10.1992-ci il
02.10.1992-ci il
02.10.1992-ci il
23.07.1993-cü il
20.08.1993-cü il
4 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xocavənd Rayon Prokurorluğu yaradılmışdır[8].
Ermənistan tərəfindən işğalın nəticələri[redaktə | əsas redaktə]
Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.
Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.[9]
Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24-25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçiblər. Azərbaycan Silahlı Qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.[10]
10 Noyabr
30 illik həsrət bitdi hər birimizi ürəkdən səmimi qəlbdən təbrik edir qazilərə şəfa şəhidlərə isə Allahdan rəhmət diləyirəm.
Qarabağ
Azərbaycandır
Xankəndi — Azərbaycan Respublikasında şəhər, 1991-ci il dekabrın 26-da Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğalından sonra yaradılan qondarma quruma paytaxtlıq edir.[2] İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.[3] 1991-ci il dekabrın 26-dan 10 noyabr 2020-ci ilədək erməni silahlı qüvvələrinin işğalında idi. 10 noyabr 2020-ci il tarixində imzalanan atəşkəs razılaşmasına görə rəsmi olaraq Azərbaycana təhvil verilmişdir.
Mündəricat
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılmışdı.[4][5]
1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki "Xankəndi" adı bərpa edilmişdir.
Xankəndi şəhəri Şuşa və Xocalı rayonlarının arasında yerləşir.
Yelizavetpol quberniyasının 1903-cü ilin xəritəsində Qarabağ ərazisi
Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.
Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə (14 may 1805) Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanmışdı[6]
Qarabağ xanlığını zorla Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndində yerləşdirilir. Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi. Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.
1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi . XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Xankəndidə yerləşən dağılan Sovet Ordusunun 366-cı polkundan istifadə edərək Xocalı soyqırımını törətdilər. 1918-1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.
Azərbaycanın Sovet İmperiyası tərəfindən işğalından sonra təşkil olunan əhalinin siyahıya alınmasının nəticələrinə əsasən 1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası Lenin, Stalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi. Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın büronun 9 nəfər üzvü həll etməyə girişdi. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə tamamilə yad olan bolqar, ancaq biri - Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütn qanunları və reallıqlar kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir. Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronun əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyat verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur edir. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın yaranacağını nəzərə alırdılar. Həmçinin Azərbaycan rəhbərlərinin kənardan gəlmə 1921-ci ildə A.Mikoyan, 1921-25-ci illərdə isə S.Kirov olmasını respublikanı ikinci Ermənistan kimi qəbul etməsinə şərait yaradırdı. Beləliklə, RKP MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla Azərbaycan daxilində muxtariyyat verilməsi qərarı verir. Ancaq o dövr Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov və onun ətrafı sırf azərbaycanlı şəhəri olan Şuşada erməni muxtariyyatını qurmağın çətin olacağını dərk edirdilər. Nəzərə almaq lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri S.Kirov Dağlıq Qarabağın Ermənistana verilməsi variantını müdafiə edirdi. 7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar vilayətinin təşkil edilməsi barədə qərar qəbul edir. Vilayətin erməniləşdirilməsi məqsədi ilə vilayət mərkəzi büronun qərarının əleyhinə olaraq Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürülür.
Ermənipərəst Kirovun dəstəyi ilə qısa bir zamandan sonra Xankəndinin adı da dəyişdirilir. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin "müraciəti" nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Nəyə görə bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur. Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917-1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla, konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir. Ancaq bütün sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun içərisində erməni millətçiliyinin dayağı olaraq respublikaya daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMV yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta vilayətdəki irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər. Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-1929-cu illərdə respublikaya rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət edir. Bu o Mirzoyandır ki, hakimiyyətinin axırıncı ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər ora sonradan Meqri adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi. A.Tamanyan region üçün yad adam idi. O ancaq 1923-cü ildə 46 yaşında doğulduğu və həmişə yaşadığı Rusiyadan İrəvana köçərək Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin edilir. Həm İrəvanda, həm Bakıda Avropa səviyyəsində tanınan xeyli sayda yerli azərbaycanlı arxitektorların olmasına baxmayaraq qədim Azərbaycan şəhərlərinin baş planının hazırlanması məhz ona tapşırılır. O, 1924-cü ildə İrəvanın (sonradan ermənilər oranı Yerevan adlandırdılar), 1927-ci ildə Bəyazidin, 1925-ci ildə Gümrünün (sonradan ermənilər oranı Leninakan adlandırdılar) 1927-28-ci ildə Üçmüəzzənin (sonradan ermənilər oranı Eçmiadzin adlandırdılar) baş planını hazırlayır. Bununla da Ermənistana verilmiş bu Azərbaycan şəhərlərinin şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirilir. A.Tamanyanın təklifi və Azərbaycanın rəhbəri L.Mirzoyanın razılığı ilə 1926-cı ildə Xankəndinin baş planı qəbul edilir. Onun planı isə Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi. Maraqlıdır ki, A.Tamanyanın nəvəsi və adaşı Aleksandr Tamanyan 1988-ci ildən başlayan Qarabağ erməni icmasının separatizm hərəkatında fəal etmişdir.
Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə getməyə başlayır. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamağa başlayır. Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. Eyni zamanda bu, təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Yada salmaq düzgün olardı ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılırdı. Xankəndində tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu buraxırdı. Sovet dövrünün axırına Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapırdı.[7]
Xankəndinin sürətlə böyüməsi nəticəsində 1978-ci ilin may ayında Xankəndi şəhər statusunu aldı. Şəhər Xankəndi rayonu tabeçiliyindən çıxarıldı, həmin rayonun adı isə dəyişdirilərək Əsgəran rayonu adlandırıldı.[8]
1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdı. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunu qisasını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular.
May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı. İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi. Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü.Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-50 küçəsində evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur oldular. Daha sonra M.Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlar törətdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər.[9] Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün etnik azərbaycanlıların hamısını zorla şəhərdən qovurlar. Xankəndində Azərbaycanın büdcəsinin pulu ilə tikilmiş bütün sənaye müəssisələrinin başçıları ermənilər idi. Həmin müəssisələr gizlin olaraq atıcı silahlar və minalar istehsal edərək bunları erməni silahlı dəstələrinə paylayırdılar. 1990-cı ildə Sovet ordusu Azərbaycan qüvvələrinin şəhəri ələ keçirməsinin qarşısını almaq üçün Xankəndiyə bir neçə Xüsusi Təyinatlı vzvod və digər əlavə hərbi birlikləri göndərdi.[10] 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndindəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir rus əsgəri öldürüldü. Bazada olan rus əsgərlərinin bir hissəsi ermənilərlə vuruşmağa razılıq verdi, buna razı olmayanlar isə Qarabağdan qovuldular. Lakin bundan daha əvvəl Xankəndində yerləşən 366-cı moto-atıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq müdafiəçisi Skot Harton bu barədə yazaraq bildirir ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli biznesmen kimi təsəvvür edərək ona tankı 3000 ABŞ dollarına almağı təklif edib. Bəzi şahidlər isə rusların öz silahlarını araq əvəzinə ermənilərə verdiyini deyir. Müharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndinə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb.[11]
Qarabağ müharibəsi dövründə Xankəndi şəhəri böyük dağıntılara məruz qalır. Lakin müharibədən sonra ermənilər xaricdəki diasporun köməyi ilə Xankəndini bərpa edirlər. Onu da qeyd etmək lazımdır ki, ermənilər işğal olunmuş digər rayonların şəhər mərkəzlərini talan edərək onların vasitəsilə Xankəndini və həmçinin Dağlıq Qarabağdakı digər şəhərləri çox ucuz qiymətə bərpa ediblər. Bundan başqa erməni diasporunun köməyi ilə Gorus şəhərindən Xankəndinə qədər 64 km uzunluğunda, çəkilişi 1999-cu ildə tamamlanan şose yolu çəkilmişdir ki, bu yol Ermənistan ilə işğal olunmuş əraziləri birləşdirən yeganə yoldur.[12] 2000-ci ildə Xankəndində separatçı rejimin başçısı Arkadi Qukasyana sui-qəsd təşkil olunur. Qukasyan bu hücum nəticəsində sağ qala bilir. Sui-qəsdin təşkilatçısı kimi Qarabağdakı erməni ordusunun komandanı olan Samvel Babayan tutularaq 14 illik həbs cəzasına məhkum edilir.
1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib.
28.06.1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışdır.
20 sentyabr 1991-ci ildə şəhərdə Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur.
1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılır.
1990-cı ilin iyununda Xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılır.
15 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılmışdır. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil.
1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur.
1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir.
1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir.
1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyirdilər.
1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir.
24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir.
Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. Belə ki, Kərkicahan, Cəmilli və Kosalar ərazisində xalqın mal-qarası, xırda buynuzlu heyvanları ya oğurlanır, ya da güllələnir.
1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.
Bir çox illərdə ermənilər Xankəndi şəhərinə köç etmişdirlər. İlk köç 1800-cü ildə, İbrahimxəlil xan Cavanşirin dönəminə təsadüf edir. Daha sonralar 1804, 1850, 1890, 1915, 1937 və 1951-ci ildə minlərlə erməni buraya köç etmişdir. Ən son köç isə 1988-ci ildə Sumqayıt ermənilərinin köçü olmuşdur. Onlar əsasən Xankəndi, Kərkicahan, Kosalar, Bəhlulun, Cəmilli ərazilərində məskunlaşmışdırlar.
Bu gün Xankəndinin azərbaycanlı əhalisinin çox hissəsi Bakı, Abşeron, Pirşağı, Mərdəkan, Zuğulba, Gəncə, Sumqayıt, Nəsimi rayonu, Ağcabədi, Naftalan və Ağcakənd ərazilərində məskunlaşmışdırlar. Qarabağ müharibəsinin ilk məcburi köçkünləri olmuş Xankəndi camahatı Gəncənin "Üzümçülük Savxozu" deyilən ərazidə yaşamışlar.
Hal-hazırda erməni mənbələrinin verdiyi məlumata görə şəhərin əhalisi 50.000 nəfərdir. Müstəqil mənbələr isə şəhərin faktiki əhalisinin sayının bundan bir neçə dəfə az olduğunu bildirir. Şəhərdə yaşayan əhalinin hamısı etnik ermənilərdir. Şəhərdə azərbaycanlıların və ya hər hansı digər millətdən olanların buraya köçərək yaşamasına icazə verilmir.