“Poliqon” jurnalında SETM şirkətinin istehsalı olan “İldırım RP-10” sistemi ilə bağlı məqalə yayımlanıb
Azərbaycan Quru Qoşunlarının arsenalında yer alan sistemlərdən biri də yerli SETM şirkətinin istehsalı olan “İldırım RP-10” radiokanal vasitəsilə mina və digər atımların məsafədən idarəolunma sistemidir.
2024-cü il iyunun 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib, habelə mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirib. Bu vaxt Baş Qərargah rəisinə mühəndis qoşunlarının inventarında yer alan “İldırım RP-10” məsafədən partlatma sistemi haqqında məlumat verilib.
Qeyd edək ki, bu sistem Azərbaycan Müdafiə Nazirliyinin bütün korpuslarında və Naxçıvan MR-in Türkiyə ilə birgə keçirilə təlimlərdə dəfələrlə istifadə olunub. Təlimlər zamanı tələblərə uyğun olaraq, müxtəlif təyinatlar üzrə açıq və dağlıq (mürəkkəb relyefli) ərazilərdə real döyüş sınaqları keçirilib. Aidiyyəti qurumların məsul şəxsləri ilə sınaq alətləri tərtib edilib. Aktların nəticəsi təsdiq edir ki, “İldırım RP-10” layihəsinin silahlı qüvvələrdə istifadəsi məqsədə uyğundur.
“İldırım RP-10” sistemi analoqları ilə bir çox üstünlüklərinə görə fərqlənir. “İldırım RP-10” sisteminin əsas üstünlüyü rabitə kanalının şifrələnmiş olmasıdır. Bu, ilk növbədə kənar müdaxilələrin qarşısını alır. Sistem hazırlananda istifadəçinin təhlükəsizliyinin tam təmin olunması nəzərə alınıb. Seçilmiş dalğa uzunluğu maneələrin arxasında belə cihazı işlətməyə imkan verir. Bolqarıstan və Rusiya şirkətlərinin təqdim etdikləri bənzər sistemlər konkret partlayıcının üzərində qurulub. SETM məhsulu isə daha universaldır. Onu elektrodetenatorla təchiz olunmuş istənilən partlayıcıya (mina, döyüş sursatı və s.) inteqrasiya etmək olar.
“İldırım RP-10” sisteminin digər üstünlüyü daşınmasının rahatlığı, qiymətinin xarici analoqları ilə müqayisədə ucuz olmasıdır. “İldırım RP-10” məmulatı 5 km-ə qədər radiusu olan birbaşa görüntü zonasında və 3 km-ə qədər maneə arxasında yerləşən düşmən mövqelərini məsafədən radiokanal vasitəsi ilə partlayışla məhv etmək qabiliyyətinə malikdir. Məmulatı elektrodetenatorla təchiz olunmuş bütün növ mina və digər partlayıcıları partlatmaq üçün istifadə etmək olar.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun İnnovativ layihələr üzrə müavini, SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayevin müəllifi olduğu “Mina sahələrinin məsafədən idarəedilməsi” adlı dərs vəsaiti işıq üzü görüb.
Dərs vəsaiti Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Elmi şurası tərəfindən çapa tövsiyə olunub.
Nəşrin elmi məsləhətçiləri Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanovdur.
Kitab Milli Müdafiə Universitetinin dosenti s.e.ü.f.d., V.M.Məmmədzadənin elmi redaktorluğu, İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi akademik Telman Əliyevin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramovun və Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutundan e.o. polkovnik M.B.Qədiməliyevin rəyi əsasında hazırlanıb.
332 səhifədən ibarət olan dərs vəsaiti mina sahələrinin məsafədən idarə edilməsinə həsr edilib. Kitabda piyada və tank əleyhinə mina sahələrinin və məsafədən partlayıcı qurğuların idarə edilməsi üzrə əsas anlayışlar təqdim olunub. Minaların təsnifatı, minaların idarə edilməsi prinsipləri, mina sahələrinin və məsafədən partlayıcı cihazların idarə edilməsi, minaların aşkaretmə üsulları, humanitar minatəmizlənmə problem, minaların aşkar edilməsinin və onlarla mübarizə edilməsinin müasir vasitələri, PUA-lardan istifadə etməklə məsafədən minaların quraşdırılması, piyada əleyhınə minaların qadağan edilməsi haqqında konvensiya, mina qurbanlarına yardımın göstərilməsi və s. məsələlərə aydınlıq gətirilir, eləcə də UMP-3 piyadalara qarşı mina sahələrinə idarəetmə dəsti və İldırım RP-10. Radiokanal vasitəsilə minaların məsafədən partladılması üçün qurğu barədə məlumat təqdim olunur.
Dərs vəsaiti əks-əlaqə idarəetmə sistemləri (robototexnika), kompüter texnologiyası, maşınqayırma və informatika sahələrində ixtisaslaşan kursant və tələbələr üçün nəzərdə tutulub. Həmçinin bu nəşr kiçik mina və minaların məsafədən idarəedilməsi sistemlərinin inkişafı sahəsində mühəndislər üçün maraqlı olacaq.
11-12 dekabr 2024-cü il tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) 50 illik yubileyinə həsr olunmuş “Kosmik tədqiqatlar və innovativ texnologiyalar” adlı elmi-texniki konfrans keçirilib.
Açılış mərasimində Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov tədbir iştirakçılarını və qonaqları salamlayaraq konfransı açıq elan edib. MAKA-nın yaranma tarixi və fəaliyyəti haqqında qısa məlumat verən Natiq Cavadov daha sonra Agentliyi 50 illik yubileyinə həsr olunmuş tədbirlər haqqında ətraflı danışıb.
Daha sonra çıxış üçün söz qonaq qismində iştirak edən MAKA-nın keçmiş əməkdaşı, hazırda Respublika Seysmoloji Xidmət Mərkəzində və Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) fəaliyyət göstərən Azad Bayramova verilib. O, MAKA-da çalışdığı illər ərzində aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən söz açıb və MAKA-nın 50 illik yubileyi münasibətilə keçmiş həmkarlarını təbrik edib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları – Geoekologiya şöbəsinin müdiri, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov, RSXM-in Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və RSXM-in baş direktorunun İnnovativ layihələr üzrə müavini, SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayev “Süni intellekt əsasında PUA-dan istifadə etməklə artilleriya atışının məsafədən idarə edilməsi” və “Pilotsuz robototexniki atış qiymətləndirmə kompleksi” mövzusunda məruzələrlə çıxış ediblər.
Birinci məruzədə süni intellektə malik PUA-lardan istifadə edərək işlənilmiş pilotsuz artilleriya atəşinə məsafədən nəzarət kompleksi təqdim olunub. Süni intellekt əsasında işlənilmiş pilotsuz robotik kompleksinə ətraf vəziyətin qiymətləndirilməsi, məlumatların toplanması və emalı, planlaşdırma və qərarların qəbulu, artilleriya batareya, batalyonu, diviziya və ya briqada komandiri üçün komandanlığın hazırlanması üçün sensor modullar daxildir. Artilleriya batareyasının (briqada, bölmə) komandiri üçün avtomatlaşdırılmış iş stansiyasının optimal sintezi probleminin həll etmək üçün məqsəd funksiyası kimi onun tərkibinə daxil olan komponentlərin ümumi atəş gücündən istifadə etmək təklif edilib.
İkinci məruzədə kiçik silahlardan (avtomat, snayper tüfəngi, tapanca) atəşə qiymətləndirmə etmək üçün hazırlanmış və istehsal edilmiş pilotsuz robot kompleksi təqdim olunub. Bu, süni intellekt əsasında kompleksi operatorsuz idarə etmək, hədəfə dəyən güllələrin koordinatlarını və beləliklə, atışın dəqiqliyini qiymətləndirməyə, atıcı üçün avtomatik xal hesablamağa imkan verir. Robot kompleksinin pilotsuz idarə edilməsi üçün proqram təminatı hazırlanıb. Sistem əsgər və zabitlərin yaxın və uzaq məsafələrə (20 ¸ 1500 m.) atıcılıq üzrə effektiv təlimi üçün nəzərdə tutulub. Fiqurlu hədəf polimer karbon plastik materialdan hazırlanıb və onu ömrü uzun olur. Təklif olunan pilotsuz robot-texniki kompleks xarici analoqlarla müqayisədə əhəmiyyətli üstünlüklərə malikdir.
BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Regional və milli inkişaf sektorunun Keçid və inkişaf edən dövlətlər departamentinin direktoru, professor Habip Asan Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.
Azərbaycan Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə ötən həftə BMU-da keçirilən görüş və müzakirələrdə iştirakdan, ali məktəbin müasir laboratoriyaları, Texnoparkı ilə tanışlıqdan, həmçinin göstərilən qonaqpərvərlikdən məmnun qaldığını bildirən Habip Asan universitetin akademik mühitinin, tələbələrin innovativ yanaşmalarının onda müsbət təəssürat yaratdığını qeyd edib.
“Tanış olduğum istedadlı gənc ixtiraçılar məni xüsusilə heyran etdi. Tələbələrin həvəsi, yaradıcılığı və işgüzar ruhu ondan xəbər verir ki, universitetlər innovatorların gələcək nəslinin yetişdirilməsində əsas rol oynayırlar. Əminəm ki, Bakı Mühəndislik Universiteti parlaq ağılların ortaya çıxması üçün təqdirəlayiq fəaliyyətində davam edəcək, Azərbaycan və ondan kənarda bilik ötürülməsini təşviq edərək, nəticədə davamlı inkişafın təminatına yardımçı olacaq” - deyə BMT rəsmisi məktubunda vurğulayıb.
Habip Asan daha sonra ÜƏMT-nin BMU-nun təşəbbüslərini Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq vasitəsilə dəstəkləməyə hazır olduğunu, eləcə də universitetlə konstruktiv dialoqun davamına inamını ifadə edib.
Qeyd edək ki, BMT rəsmisinin heyran qaldığı istedadlı gənc ixtiraçıların hazırladığı “Zəngəzur” pilotsuz uçuş aparatı Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) dəstəyi ilə hazırlanıb. PUA-nın hazırlanmasında Strateji Elmi Tədqiqatlar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanovun və SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayevin böyük dəstəyi olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları – Geoekologiya şöbəsinin müdiri, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov, RSXM-in Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və RSXM-in baş direktorunun İnnovativ layihələr üzrə müavini, SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayev 21-23 noyabr 2024-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən “Problems of information” XII Beynəlxalq elmi-texniki konfransında onlayn iştirak ediblər.
Onlar süni intellektin müxtəlif robotik texniki sistemlərdə tətbiqinə həsr olunmuş 3 məruzə ilə “Automated unmanned shooting evaluation robotic complex”, “Artillery fire control system using UAV” və “Development of an unmanned radon emission control station” mövzularında məruzə ilə çıxış ediblər.
Konfrans Azərbaycan Respublikasının Milli Müdafiə Universiteti (Bakı), Xarkov Politexnik İnstitutu, Xarkov Milli Radio Elektronika Universiteti, Ukraynanın Milli Aerokosmik Universiteti, Xarkov Aviasiya İnstitutu və Texnologiya və Humanitar Elmlər Universitetinin (Bielsko-Biala, Polşa) birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları – Geoekologiya şöbəsinin müdiri, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov, RSXM-in Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və RSXM-in baş direktorunun İnnovativ layihələr üzrə müavini, SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayev 7-9 noyabr 2024-cü ildə Ukraynanın Rivna şəhərində keçirilən “Modeling, control and information technology” VIІ Beynəlxalq elmi-praktiki konfransında onlayn iştirak ediblər.
Azərbaycan alimləri süni intellektin robotik texniki sistemlərdə tətbiqinə həsr olunmuş “The Unmanned Robotic Complex For The Small Arms Fire Evaluation” mövzusunda məruzə ilə çıxış ediblər.
Konfrans Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Milli Su və Ətraf Mühit Mühəndisliyi Universiteti, Ukrayna Milli Kiyev Universiteti, Ukrayna Milli Texniki Universiteti nəzdində Kiyev Politexnik İnstitutu, Lvov Politexnik Milli Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının Pidstraçaq Mexanika və Riyaziyyatın Tətbiqi Problemləri İnstitutu, Ukrayna Ali Məktəb Elmlər Akademiyası, Kazimierz Wielki Universitetinin Mexanika və Tətbiqi Kompüter Elmləri İnstitutu (Bydqoş, Polşa), Lyublin Texnologiya Universiteti (Polşa), Vrotslav Elmlər və Texnologiyalar Universiteti (Polşa), Nyukasl Universiteti (Böyük Britaniya), Pavol Yozef Şafarik Universiteti (Koşitse, Slovakiya) və Praqa Çex Texniki Universiteti (Çexiya) tərəfindən təşkil olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - baş direktorun İnnovativ layihələr üzrə müavini, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayev, RSXM-in Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və RSXM-in Geoekologiya şöbəsinin müdiri, SETM-in direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov 17-19 sentyabr 2024-cü ildə Bakı şəhərində keçirilən və dünya şöhrətli Lütfi Zadənin elmi irsinə həsr olunmuş Soft Computing üzrə 9-cu Ümumdünya Konfransında (WconSC-24) iştirak ediblər.
Onlar süni intellektin və robotik texniki sistemlərdə tədbiqinə həsr olunmuş “Application Fuzzy PID Controller In UAV” və “Software Of Artificial Intelligence Control System For UAV” məruzələr ilə çıxış ediblər.
Konfrans Azərbaycan Dövlət İqtisad Universiteti, Berkli Kaliforniya Universiteti (ABŞ) və EL Paso Texas Universiteti (ABŞ) tərəfindən təşkil olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - baş direktorun İnnovativ layihələr üzrə müavini, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayev, RSXM-in Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və RSXM-in Geoekologiya şöbəsinin müdiri, SETM-in direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov 14-18 oktyabr 2024-cü ildə Mexiko şəhərində (Meksika) keçirilən “The International Conference on Interactive Collaborative Robotics (ICR)” IX Beynəlxalq elmi-praktiki konfransda onlayn formatda iştirak ediblər.
Onlar süni intellektin robotik texniki sistemlərdə tədbiqinə həsr olunmuş “The Robotic Control System of UAV Based on Artificial Intelligence Technologies” mövzusunda məruzə ilə çıxış ediblər.
Konfrans Meksika Milli Muxtar Universiteti və Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzi tərəfindən təşkil olunub.
Konfransın materialları “Springer” nəşriyyatında çap edilib.
Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən və ölkəmiz üçün mühüm strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işlərinin (innovativ layihələrin) ideya müəllifi olan Əməkdar mühəndis Fətəli Abdullayev, SETM-in direktoru Samir Süleymanov və Mərkəzin kollektivi “Bakı Ekspo Mərkəzi”ndə “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub.
SETM rəhbərliyi Müdafiə Sənayesi Nazirliyinin, həmçinin nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, Müdafiə Nazirliyinin stendləri ilə tanış olub, bir sıra müzakirələr aparıblar.
Qeyd edək ki, Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) strateji əhəmiyyətli (hərbi və müdafiə xarakterli, eyni zamanda mülki təyinatlı) müxtəlif innovativ layihələrin işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin aidiyyəti sahələrdə tətbiqi üzrə ixtisaslaşmış beyin Mərkəzidir.
9 ilə yaxın fəaliyyət dövründə SETM tərəfindən ölkəmiz üçün mühüm strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli - məsafədən idarə olunan xüsusi sərhəd mühafizə sistemi”, radiokanal vasitəsilə “mina və digər artilleriya atımlarının məsafədən idarə olunması sistemi”, geniş təyinatlı “multirotor pilotsuz üçuş aparatları (PUA)” və s. hazır məhsullar hazırlanaraq sınaqdan keçirilib. Eyni zamanda bəzi hazır nümunələr Vətən müharibəsi dövründə istifadə olunub. (25.09.2024)
Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) dəstəyi ilə Bakı Mühəndislik Universitetinin tələbələri və ekspertləri tərəfindən hazırlanan “Zəngəzur” pilotsuz uçuş aparatı “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş etdirilib.
PUA-nın hazırlanmasında SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayevin və Strateji Elmi Tədqiqatlar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanovun böyük dəstəyi olub.
“Zəngəzur” PUA-sı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub. İşğaldan azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta əhəmiyyətli dərəcədə qənaət edir. PUA-nın təkmilləşdirilərək döyüş zamanı istifadəsi də nəzərdə tutulub.
Qeyd edək ki, “Zəngəzur” pilotsuz uçuş aparatını hazırlayan komanda “ADEX-2024”ün sertifikatına layiq görülüb. (26.09.2024)
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkilatçılığı və Türkiyə Texnologiya Komandası Vəqfinin dəstəyi ilə İstanbulda pilotsuz uçan aparatların (PUA) yarışı keçirilib.
Məqsəd fövqəladə hallar zamanı mülki təyinatlı PUA-lardan istifadə etməyin mümkünlüyünü göstərmək olub.
İstanbul Qrand Hava Limanında baş tutan yarışda 5 ölkədən 289 komanda mübarizə aparıb. Turnirdə ölkəmizi AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) "AMEACRAFT" komandası təmsil edib.
Yarışmanın nəticələrinə əsasən "AMEACRAFT" final mərhələsinə adlayan 85 komandadan biri olub.
Qeyd edək ki, bu gün Rəyasət Heyətində baş tutan tədbirdə akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev TÜBİTAK-ın təşkil etdiyi yarışmada iştirakına görə, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova və YT Parkın rezidenti “Elm və Texnologiya Parkı” MMC-nin bir qrup əməkdaşına mükafat və sertifikatları təqdim edib.
Sürü dron texnologiyaları birdən çox dronun bir araya gəldiyi və müəyyən tapşırıq üçün komanda kimi fəaliyyət göstərdiyi texnologiyadır. Sürü dronlar bir-biri ilə əlaqə qurur, koordinasiyalı şəkildə mürəkkəb tapşırıqları yerinə yetirmək üçün ya operator, ya da müstəqil qərarlar qəbul edirlər.
İlk dəfə sürü dron anlayışı 21-ci əsrin əvvəllərində ortaya çıxıb. 2000-ci illərin ortalarından etibarən hərbi tədqiqat laboratoriyaları və müdafiə sənayesi şirkətləri tərəfindən bu texnologiyanın fəal şəkildə inkişaf prosesi başlayıb. 2010-cu illərdə isə artıq hərbi təlimlərdə və əməliyyatlarda sürü şəklində dronların sınaqdan keçirilməyə başlanıb və uğurlu nəticələr əldə edilib.
Bu gün bir sıra ölkələr sürü dron texnologiyası üzərində çalışır. Bunların sırasında ABŞ, Rusiya, Çin, Türkiyə, İsrail, Böyük Britaniya, Almaniya, Cənubi Koreya və s. kimi ölkələr yer alır.
Azərbaycanda da hərbi sahə üzrə sürü dron texnologiyalarının yaradılması ilə bağlı layihə həyata keçirilir. Sözsüz ki, Azərbaycanda hərbi PUA sahəsinə göstərilən xüsusi diqqət, pilotsuz uçuş aparatlarının Silahlı Qüvvələrimiz tərəfindən döyüş meydanında effektiv istifadəsi və müasir tendensiyalar ölkəmizdə bu istiqamətdə addımların atılmasına təkan verib.
Azərbaycanın SETM şirkəti (AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin əsasında yaradılıb və hazırda müstəqil olaraq fəaliyyət göstərir) tərəfindən həyata keçirilən sürü dron layihəsi də ölkədə bu sahəyə kifayət qədər maraq və diqqətin olduğunu göstərir. Hazırda SETM şirkətinin davam etdirdiyi sürü dron texnologiyasının inkişaf etdirilməsi ilə bağlı tədqiqat işlərinə 2019-cu ildə başlanılıb.
Belə ki, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) Əməkdar mühəndis Fətəli Abdullayevin rəhbərliyi altında başladılan layihə Prezident Yanında Elmin İnkişafına Dəstək Fondunun (hazırda Azərbaycan Elm Fondu) maliyyə dəstəyi ilə reallaşdırılıb. Bu layihə çərçivəsində dronların sürü şəklində bir mərkəzdən idarə olunması və avtonom rejimdə hədəfin tanınması üçün xüsusi alqoritmləri işlənilib hazırlanıb. Layihə əsasında təyyarə rejimində, habelə kvadrakopter və hekzakopter rejimində bir neçə qrup işlər görüb.
Qısa müddət ərzində - təxminən bir il müddətində layihə sınaq mərhələsinə çatdırılıb. SETM tərəfindən 2020-ci ildə sınaqları keçirilən layihə ilə bağlı işlər artıq tamamlanıb. Layihə çərçivəsində 5-10 dronun eyni anda sürü halında uçuş yerinə yetirməsi, uçuş müddəti ərzində vəzifələrin öz aralarında avtomatik şəkildə bölüşdürülməsi, zərbələrin həyata keçirilməsi, sifət və obyektlərin tanınması və izlənməsi nəzərdə tutulub.
SETM şirkətinin direktoru Samir Süleymanov “Poliqon” jurnalına açıqlamasında bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən dron qruplarının bir mərkəzdən idarə edilməsi və bu cür texnoloji vasitələrdə süni intellektin inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir və artıq müəyyən mərhələ qət edilib. Bundan sonrakı proses sifarişçinin istəyinə uyğun olaraq inkişaf etdirilə və istehsal mərhələsinə keçə bilər. (22.09.2024)
Azərbaycanın SETM şirkətinin istehsalı olan “İldırım RP-10” radiokanal vasitəsilə mina və digər atımların məsafədən idarəolunma sistemi, analoqları ilə bir çox üstünlüklərinə görə fərqlənir. “İldırım RP-10” sisteminin əsas üstünlüyü rabitə kanalının şifrələnmiş olmasıdır. Bu, ilk növbədə kənar müdaxilələrin qarşısını alır. Sistem hazırlananda istifadəçinin təhlükəsizliyinin tam təmin olunması nəzərə alınıb. Seçilmiş dalğa uzunluğu maneələrin arxasında belə cihazı işlətməyə imkan verir. Bolqarıstan və Rusiya şirkətlərinin təqdim etdikləri bənzər sistemlər konkret partlayıcının üzərində qurulub.
SETM məhsulu isə daha universaldır. Onu elektrodetenatorla təchiz olunmuş istənilən partlayıcıya (mina, döyüş sursatı və s) inteqrasiya etmək olar. “İldırım RP-10” sisteminin digər üstünlüyü daşınmasının rahatlığı, qiymətinin xarici analoqları ilə müqayisədə ucuz olmasıdır.
“İldırım RP-10” məmulatı 5 km-ə qədər radiusu olan birbaşa görüntü zonasında və 3 km-ə qədər maneə arxasında yerləşən düşmən mövqelərini məsafədən radiokanal vasitəsi ilə partlayışla məhv etmək qabiliyyətinə malikdir. Məmulatı elektrodetonatorla təchiz olunmuş bütün növ mina, və digər partlayıcıları partlatmaq üçün istifadə etmək olar.
“İldırım RP-10” Silahlı Qüvvələrin arsenalında olan MOH-50; MOH-100; MOH-200 və sair elektrik detonatorlu mina və atımları məsafədən partlatmaq üçün təyinatlıdır. Silahlı Qüvvələrin arsenalında olan MOH-50; MOH-100; MOH-200 və sair elektrik detonatorlu minaları və atımları məsafədən partlatmaq üçün nəzərdə tutulan radio partladıcı (RP) sistemi qeyd olunan partlayıcılara qoşularaq onların idarəetmə məsafəsini kifayət qədər artırmağa imkan verir. Belə ki, RP sistem vasitəsilə real olaraq 3500 metr məsafədə mürəkkəb relyefi olan ərazidə və 5000 metr birbaşa görüntülü ərazidə döyüş tapşırığının yerinə yetirilməsi uğurla sınaqdan keçirilib.
“İldırım RP-10” minaların təmizlənməsi, minalı sahələrdən cığırların açılması, xüsusi təyinatlıların kəşfiyyat-diversiya əməliyyatlarında istifadə üçün nəzərdə tutulub. Cihazdan istifadə etməklə eyni vaxtda ərazidəki aşkarlanmış bütün minaları partladıb zərərsizləşdirmək mümkündür. “İldırım RP-10” mülki sektorda dağ-mədən sənayesində də istifadə edilə bilər. (20.09.2024)
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycana dost olan ölkələrin hərbi nümayəndələrinin iştirakı ilə Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) istehsal etdiyi hərbi təyinatlı məhsulun təqdimatı keçirilib.
Təqdimat mərasimində Strateji Elmi Tədqiqatlar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov və SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi, Əməkdar mühəndis Fətəli Abdullayev iştirak ediblər.
Samir Süleymanov təqdimatı keçirilən məhsulun tamamilə milli istehsal olduğunu, Strateji Elmi Tədqiqatlar Mərkəzinin yüksəkixtisaslı peşəkar kadrları tərəfindən müasir yüksək texnologiyalardan istifadə etməklə ərsəyə gətirildiyini diqqətə çatdırıb və cihazın texnixi xüsusiyyətləri barədə hərbi nümayəndələrə məlumat verib.
SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Fətəli Abdullayev isə Strateji Elmi Tədqiqatlar Mərkəzinin başlıca hədəfinin ölkəmizin müdafiə və döyüş qabiliyyətinin gücləndirilməsinə yönəlmiş məhsulların istehsalı olduğunu və təqdimatı keçirilən yeni məhsulun da bu istiqamətdə yüksək diqqət göstərilərək hazırlandığını bildirib.
Daha sonra SETM-in istehsalı olan hərbi təyinatlı məhsulun sınağı keçirilib və Müdafiə Nazirliyinini, Müdafiə Sənayesi Nazirliyinin, eləcə də Azərbaycana dost olan ölkələrin hərbi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. (avqust 2024)
AMEA ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası (hazırda Milli Müdafiə Universitetinin tabeliyindədir) arasında “Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması və onun müasir təhdid və təhlükələrə cavab verə biləcək hərbi potensiala malik olması istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılması, hərbi təhsil sistemində qabaqcıl elmi nailiyyətlərin tətbiq edilməsi, birgə beynəlxalq və regional elmi konfransların keçirilməsi, eləcə də müdafiə texnologiyaları sahəsində əməkdaşlıq üzrə” Memorandumun imzalanması mərasimi keçirilmişdir. Sənədi AMEA-nın prezidenti akademik Akif Əlizadə və Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev imzalamışdır. Tədbirdə AMEA-nın və Hərbi Akademiyanın rəhbər şəxsləri ilə yanaşı AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, İşlər idarəsinin 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) da iştirak etmişdir (29.04.2016)
Bir sıra elmi-tədqiqat layhələri ilə tanışlıq məqsədilə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə arasında AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) görüş keçirilmişdir. Səfər zamanı həmçinin YT Parkın ərazisində fəaliyyət göstərən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturundakı Elmi-tədqiqat laboratoriyalarında və Təcrübi-konstruktor sektorunda həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələr (elmi-tədqiqat işləri) barədə ətraflı məlumat verilmişdir. Görüşdə AMEA-nın və Təhsil Nazirliyinin rəhbər şəxsləri ilə yanaşı AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, İşlər idarəsinin 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), İşlər idarəsinin strukturundakı 2 və 3 nömrəli Elmi-tədqiqat laboratoriyalarının, həmçinin Təcrübi-konstruktor sektorunun əməkdaşları da iştirak etmişdir (24.07.2017)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin iştirakı ilə AMEA ilə DSX arasında “ AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə xarakterli innovativ layihələrin son hazır nümunələrinin (dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahlar, döyüş sursatları, mühəndis-texniki sistemlər və s.) hazırlanması sahəsində əməkdaşlıq üzrə” Niyyət Sazişinin imzalanması mərasimi keçirilmişdir. Tədbir zamanı AMEA və DSX-nin rəhbər şəxsləri tərəfindən SETM-də həyata keçirilən hazırda olduqca aktual olan strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür. AMEA tərəfdən görüşdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavinidir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir), “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, SETM-in 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) iştirak etmişdir. (07.11.2018)
Bir sıra elmi-tədqiqat layihələri, xüsusilə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində fəaliyyət göstərən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturundakı Elmi-tədqiqat laboratoriyalarında və Təcrübi-konstruktor sektorunda həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə (elmi-tədqiqat işləri ilə) yerində tanışlıq məqsədilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DXS) rəisi, general-polkovnik Elçin Quliyev ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə arasında YT Parkda görüş keçirilmişdir. Görüşdə AMEA-nın və DXS-nın rəhbər şəxsləri ilə yanaşı AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, İşlər idarəsinin 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), İşlər idarəsinin strukturundakı 2 və 3 nömrəli Elmi-tədqiqat laboratoriyalarının, həmçinin Təcrübi-konstruktor sektorunun əməkdaşları da iştirak etmişdir (20.02.2018)
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında AMEA-nın pavilyonunda AMEA-nın institut və təşkilatları, eləcə də AMEA-nın Yüksək Texnologiyalar Parkının stendlərində pilotsuz uçuş aparatları, Azərbaycanda ilk dəfə tətbiq olunan 3D holoqram texnologiyası, robotlar, süni intellekt sistemləri, müxtəlif yağlar, sürtkü materialları və digər innovativ layihələr ziyarətçilərərə təqdim olunmuşdur (26-29.05.2022)
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Bakı Mühəndislik Universiteti (BMU) və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında “BMU-da fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunması barədə” Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi ilə əlaqədar tədbir keçirilmişdir. Sənədi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev (hazırda AMEA-nın müşaviridir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) və BMU-nun rektoru texnika elmləri doktoru, professor Havar Məmmədov imzalamışdır. SETM rəhbərinin müavinləri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının rəhbərlərinin də iştirak etdiyi tədbirdə SETM-də həyata keçirilən strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür. (09.10.2019)
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə tanışlıq məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin təcrübəli mütəxəssisləri tərəfindən SETM-in AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində yerləşən laboratoriyalarına yerində baxış keçirilmişdir. Tədbirdə SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, YT Parkın rezidenti “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin direktoru Vasif Abbasov, SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının əməkdaşları da iştirak etmişdir. Görüş zamanı SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən SETM-də həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilmiş və sözügedən innovativ layihələrlə bağlı çoxsaylı suallar cavablandırılmışdır. SETM-in rəhbərliyi ilə görüş zamanı elmi-tədqiqat işlərinin bəzilərinin son hazır nümunələrinin texniki göstəriciləri və istismarı ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.
AMEA ilə TUSAŞ (“Türk Havacılık ve Uzay Sanayii” AŞ) arasında “AMEA-nın nəzdində, xüsusilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən akademik proqramlarla müdafiə və aviasiya sahələrində qarşılıqlı əməkdaşlığın təsis edilməsi, təcrübələrin paylaşılması və eyni zamanda araşdırma-təkmilləşdirmə işlərinin sürətləndirilməsi istiqamətində əməkdaşlığa dair” Protokolun imzalanması mərasimi keçirilmişdir. SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) də iştirak etdiyi tədbir zamanı SETM-də həyata keçirilən hazırda olduqca aktual olan strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür. (25.09.2018)
AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Azərbaycan Texniki Universiteti (ATU) arasında “ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsi, eyni zamanda AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi,müdafiə və mülki xarakterli innovativ elmi-tədqiqat işlərinin (layihələrin) təkmilləşdirilməsi istiqamətində əməkdaşlığa dair” Niyyət sazişinin imzalanması mərasimi ilə əlaqədar görüş keçirilmişdir. Görüşdə YT Park-ın və ATU-nun rəhbər şəxləri ilə yanaşı, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev (hazırda AMEA-nın müşaviridir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) də iştirak etmişdir. Tədbir zamanı həmçinin SETM-də həyata keçirilən hazırda olduqca aktual olan strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür. (12.10.2018)
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) elmi-tədqiqat, təcrübə-konstruktor, tədqiqat-inkişaf layihələrinin icrası və innovasiya yönümlü layihələrin istehsalata transferi barədə, eyni zamanda, YT Parkın ərazisində fəaliyyət göstərən Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə bağlı müzakirələr aparılması məqsədilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə işçi müşavirə keçirilmişdir. Görüşdə AMEA-nın və Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri ilə yanaşı AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir), İşlər idarəsinin 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), İşlər idarəsinin strukturundakı 2 və 3 nömrəli Elmi-tədqiqat laboratoriyalarının, həmçinin Təcrübi-konstruktor sektorunun əməkdaşları da iştirak etmişdir. (25.05.2017)
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihənin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin təcrübəli mütəxəssislərinin iştirakı ilə real ərazi şəraitində istifadə edilərək sınaqdan keçirilmişdir. Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi general-mayor Ənvər Əfəndiyev, Sərhəd Qoşunlarının Qərargah rəisI polkovnik Aqşin Məhərrəmov və digər hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir. Tədbir zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının rəhbərləri tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.
Texniki elmlər üzrə birgə fəaliyyət, bu sahədə kadr və təcrübə mübadiləsinin aparılması, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi,müdafiə və mülki xarakterli innovativ elmi-tədqiqat işlərinin (layihələrin) təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinin müzakirə olunması məqsədilə TUSAŞ (“Türk Havacılık ve Uzay Sanayii” AŞ) şirkətinin nümayəndələri ilə AMEA-da görüş keçirilmişdir. Görüşdə AMEA tərəfdən AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavinidir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak etmişdir. (24.09.2018)
AMEA-nın prezidenti akademik Akif Əlizadə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənovun (hazırda general-mayor və Azərbaycan Respublkası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektorudur) iştirakı ilə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin son hazır məhsulunun təqdimatı keçirilmişdir. SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən həyata keçirilən təqdimatda həmçinin AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavinidir), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev (hazırda AMEA-nın müşaviridir), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) və aidiyyəti üzrə digər şəxslər də iştirak etmişdir (27.08.2019)
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən “kiçik ölçülü peyklər üçün mikropikselli silisium fotogücləndiriciləri əsasında yeni qamma və ionlaşdırıcı zərrəcik detektorlarının hazırlanması” layihəsinin təqdimatı çərçivəsində SETM-in rəhbəri siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev (hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavinidir) ilə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev (hazırda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziridir) arasında görüş keçirilmişdir. SETM-in 2 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov tərəfindən həyata keçirilən təqdimatda həmçinin AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA Radiasiya Problemləri İnstitutu və Milli Aviasiya Akademiyasının nümayəndələri də iştirak etmişdir. Görüşdə “Azərkosmos” ASC ilə SETM arasında strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri (innovativ layihələr) istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunmuş və bir sıra təkliflər irəli sürülmüşdür (26.07.2018)
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində fəaliyyət göstərən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturundakı Elmi-tədqiqat laboratoriyalarında və Təcrübi-konstruktor sektorunda (sonradan sözügedən laboratoriyalar və sektorun bazasında AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzi–SETM yaradılmışdır) həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələr (elmi-tədqiqat işləri) barədə müzakirələr aparılması məqsədilə AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları arasında YT Parkda görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənov (hazırda general-mayor və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektorudur), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin elm şöbəsinin rəisi, professor, polkovnik Əziz Talıbov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev (hazırda AMEA-nın müşaviridir), İşlər idarəsinin 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və aidiyyəti üzrə digər şəxslər də iştirak etmişdir. İcra olunan layihələr Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları tərəfindən yüksək qiymətləndirilmiş və onların ölkəmizin müdafiə qüdrətinin artırılmasında müstəsna əhəmiyyətə malik olduğu vurğulanmışdır. (09.07.2018)
25-27 sentyabr 2018-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi keçirilmişdir. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olan genişmiqyaslı sərgidə ilk dəfə olaraq AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) də iştirak etmişdir. AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) pavilyonunda SETM-in laboratoriya və sektorlarında həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanmış hərbi yönümlü məhsullar - müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatları (PUA-lar), elektrik detonatorlu minaların və atımların daha uzaq məsafədən radiokanal vasitəsilə partladılması üçün radio partladıcı (RP) sistemlər, mühəndis çəpərlərinə montaj edilməklə dövlət sərhədlərinin mühafizə olunması üçün sistemlər, o cümlədən bəzi mülki yönümlü məhsullar da nümayiş olunmuşdur. Sərgidə AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, YT Parkın direktor müavini aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, SETM-in 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), YT parkın, SETM-in Elmi-tədqiqat laboratoriyalarının, həmçinin sektorlarının əməkdaşları və aidiyyəti üzrə digər şəxslər iştirak etmişdir (25-27.09.2018).
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələrlə yerində tanışlıq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Quru qoşunlarının təcrübəli mütəxəssislərinin SETM-in fəaliyyət göstərdiyi AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) səfəri baş tutmuşdur. Səfər zamanı SETM -in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev ilə görüş çərçivəsində SETM-in YT Park ərazisində yerləşən laboratoriyalarına baxış keçirilmişdir. Tədbirdə YT Parkın rezidenti “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin direktoru Vasif Abbasov, SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının əməkdaşları da iştirak etmişdir. Görüş zamanı SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən SETM-də həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilmiş və sözügedən innovativ layihələrlə bağlı çoxsaylı suallar cavablandırılmışdır. SETM-in rəhbərliyi ilə görüş zamanı elmi-tədqiqat işlərinin bəzilərinin son hazır nümunələrinin texniki göstəriciləri və istismarı ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən, hərbi sahəyə elmi tədqiqat işlərinin tətbiqi istiqamətində xidmətlərinə görə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir (noyabr, 2019)
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) elmi-texniki şurasının ilk iclasında AMEA-nın vitse-prezidenti, şuranın sədri, akademik İbrahim Quliyev yeni şuranın əsas vəzifələri və fəaliyyətinin təşkili qaydalarından, eyni zamanda, strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işlərinin aparılması məqsədilə akademiyanın müvafiq institutlarının koordinasiyalı fəaliyyətinin vacibliyi barədə fikir bildirmişdir. İclasda həmçinin SETM-in rəhbəri, şuranın sədr müavini, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, şuranın sədr müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin elm şöbəsinin rəisi, şuranın üzvü, professor, polkovnik Əziz Talıbov, şuranın digər üzvləri və SETM-in Elmi-tədqiqat laboratoriya, həmçinin sektor rəhbərləri çıxış edərək hazırda olduqca aktual olan strateji əhəmiyyətli hərbi, müdafiə və mülki xarakterli innovativ layihələr çərçivəsində yeni standartlara , texniki tələbata uyğun texnologiyaların hazırlanması və s. bu kimi məsələlərə dair təkliflər səsləndirilmişdir. SETM-in Elmi-tədqiqat laboratoriyalarının rəhbərləri, şuranın üzvləri, fizika üzrə fəlsəfə doktorları Samir Süleymanov, Fərid Əhmədov və Yaşar Hüseynəliyev tərəfindən ötən müddət ərzində əldə etdilmiş elmi nəticələrlə bağlı, o cümlədən bir sıra məhsul və materialların hazırlanması istiqamətində elmi-tədqiqat işləri, onların istehsal imkanları və tətbiq sahələri haqqında ətraflı məlumat verilmişdir (31.01.2019).
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihənin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatları (PUA-lar) Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının təcrübəli mütəxəssislərinin iştirakı ilə real ərazi şəraitində (AMEA Yüksək Texnologiyalar Parkının ərazisində) istifadə edilərək sınaqdan keçirilmişdir. SETM -in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev ilə görüş zamanı elmi-tədqiqat işlərinin son hazır nümunələrinin texniki göstəriciləri və istismarı ilə bağlı müzakirələr aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür. Görüşdə həmçinin SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının əməkdaşları da iştirak etmişdir. Hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən, hərbi sahəyə elmi tədqiqat işlərinin tətbiqi istiqamətində xidmətlərinə görə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) rəhbərinin müavini, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir (noyabr, 2019)
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM-in) Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlığı çərçivəsində SETM-in 2 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov sözügedən ali təhsil müəssisəsinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, professor Ercan Yılmazla görüşmüşdür. Görüşdə SETM və Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi arasında birgə yeni silisium əsaslı PİN fotodiodların, alfa zərrəcik və termal neytron detektorlarının hazırlanmasına dair razılıq əldə olunmuşdur. Səfər zamanı SETM əməkdaşlarının təklifləri əsasında hazırlanmış silisium əsaslı yarımkeçirici fotoqeydedicilər və onların tətbiq sahələri haqqında təşkil edilmiş seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır (yanvar, 2019).
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu (hazırki adı AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ) ilə Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanmış müqaviləyə uyğun olaraq Şəkinin Fazıl kəndində Təpə Başı adlanan ərazidə azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi,müdafiə, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlərdən (dronlardan) istifadə olunmuşdur. Sözügedən dronlar vasitəsilə qazıntıların foto planı və 3D modelləri hazırlanmışdır (oktyabr, 2019)
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən, hərbi sahəyə elmi tədqiqat işlərinin tətbiqi istiqamətində xidmətlərinə görə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) 1 nömrəli Elmi tədqiqat laboratoriyasının baş mütəxəssisi Namiq Heydərov “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir (noyabr, 2019)
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında “detektorların hazırlanması, MSFD fotodiodların təkmilləşdirilməsi, MSFD fotodiodların əsasında detektor modullarının birgə işlənməsi, həmçinin onların beynəlxalq təcrübələrdə, spektroskopiyada, lazerli məsafə təyinedicilərdə və PET-də sınaqdan keçirilməsi barədə” Əməkdaşlıq müqaviləsinin imzalanması ilə əlaqədar görüş keçirilmişdir. Sənədi SETM rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru Dr. İvan Ştekl imzalamışdır. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, SETM-in Elmi-tədqiqat laboratoriyalarının rəhbərləri, fizika üzrə fəlsəfə doktorları Samir Süleymanov və Fərid Əhmədov, AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov və Çexiyanın sözügedən institutunun əməkdaşı Michael Holikin də iştirak etdiyi görüşdə hər iki qurum arasında yüksək kadr potensialı olan texniki qrupun yaradılmasına dair müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir. (aprel, 2019)
“SETM” MMC-də (Strateji Elmi Tədqiqatlar Mərkəzində) həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin son hazır nümunələri (hərbi məmularlar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) nümayiş olunmaqla sınaqdan keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimovun da iştirak etdiyi tədbirdə “SETM” MMC-nin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmışdır. Hərbi mütəxəssislər tərəfindən “SETM” MMC-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmiş, onların Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur.
Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında misilsiz xidmətlərinə görə “SETM” MMC-nin əməkdaşı X.Ramin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında imzalanmış detektorların hazırlanması və beynəlxalq təcrübələrdə əməkdaşlığa dair müqavilə çərçivəsində Çexiyaya ezam olunmuş SETM-in 2 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov həmin institutunun direktoru, Dr. İvan Ştekl ilə görüşmüşdür. Görüş zamanı iki qurum arasında birgə əməkdaşlıq çərçivəsində yeni hazırlanmış modulun gücləndirmə rejiminin seçilməsi, təkmilləşdirilməsi və onun tətbiq edilmə imkanları müzakirə olunmuşdur. Səfər müddətində SETM əməkdaşlarının elektronika sahəsində ixtisaslarının təkmilləşdirilməsi və gələcəkdə birgə layihələrin işlənməsi üçün Çexiyanın Pilsen şəhərində yerləşən Qərbi Bohemia Universitetinin əməkdaşı Dr. İ.Georgiyevlə görüş keçirilmiş və gələcəkdə beynəlxalq ERASMUS layihələrində birgə iştirak etmə imkanları müzakirə olunmuşdur. Bundan əlavə, Çexiyanın "NUVIA GROUP" firmasının detektorlar texnologiyası bölməsinin direktoru, Ph.D Hana Buresova ilə də görüşlər keçirilmişdir. Görüşdə SETM əməkdaşlarının hazırladığı MAPD diodlarının parametrləri və onların tətbiq sahəsi haqqında seminar təşkil edilmişdir. NUVIA direktorunun təklifləri əsasında MAPD fotodiodlarının ssintilyator detektorlarında tətbiq edilməsi və gələcəkdə birgə əməkdaşlığın təşkil edilməsi qərara alınmışdır (sentyabr, 2019).
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvətilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin təlim poliqonunda keçirilmiş hərbi təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Hərbi təlim zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin son hazır nümunələri (hərbi məmularlar) nümayiş etdirilərək sınaqdan keçirilmişdir. Təlimləri müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir.
Ölkəmizin hərbi qüdrətinin artırılması, o cümlədən hərbi sahəyə elmi tədqiqat işlərinin tətbiqi istiqamətində xüsusi xidmətlərinə görə “SETM” MMC-nin direktoru, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihənin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) təqdimatı zamanı uğurlu nəticələr əldə edilmişdir. Tədbirdə iştirak edən general-mayor Mais Bərxudarov (hazırda general-leytenantdır), Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov (Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 22-də Qubadlı rayonu istiqamətində döyüşlərin ön xəttində şəhid olmuşdur) və Müdafiə Nazirliyinin digər təcrübəli hərbi qulluqçularının rəyinə əsasən, SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələr qarşıya qoyulmuş tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə onların Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir. Təqdimat zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən nümayiş olunan hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu qurumun İşlər İdarəsinin strukturundakı müdafiə əhəmiyyətli elmi tədqiqat işləri üçün ixtisaslaşmış 1 saylı laboratoriyanın yeni elmi-təcrübə otaqları ilə tanış olmuşdur. AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə birgə həyata keçiriləcək elmi-tədqiqat işləri çərçivəsində sözügedən laboratoriyada hazırlanacaq mikropikselli selvari fotodiodların yüksək enerjilər fizikası, tibb, kosmik tədqiqatlar və hərbi sahələrdə tətbiq olunması nəzərdə tutulmuşdur. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, həmin laboratoriyanın müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), İşlər İdarəsinin 2 saylı laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və hər iki laboratoriyanın əməkdaşları da iştirak etmişdir (08.12.2017).
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən 2019-cu il may ayının 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirilmişdir. AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) sözügedən təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov başda olmaqla Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə hərbi təlim zamanı SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin sınaqdan keçmiş son hazır nümunələri (hərbi məmularlar) nümayiş etdirilmişdir. Təlimi müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, SETM-in 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in digər Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının rəhbərləri və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Hərbi mütəxəssislər tərəfindən “SETM” MMC-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaqdan keçmiş son hazır nümunələri yüksək qiymətləndirilmiş, onların Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur (01-03.05.2019).
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Hərbi təlim zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin sınaqdan keçmiş son hazır nümunələri (hərbi məmularlar) nümayiş etdirilmişdir. Təlimi müşahidə edənlər arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov da olmuşdur. Hərbi təlim zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM-in 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir (30.10.2018).
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində 2019-cu ilin iyun ayının 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçirilmişdir. AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) sözügedən təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Təlimdə istifadə olunan silah-sursatın nümayiş etdirildiyi sərgidə SETM də təmsil olunmuşdur. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycanın Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun izlədiyi sərgidə SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin sınaqdan keçmiş son hazır nümunələri (hərbi məmularlar) uğurla nümayiş etdirilmişdir. Təlimdə müvəffəqiyyətli təqdimata görə SETM-in bəzi əməkdaşları Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri Fərmanla təltif olunumuşdur. Təlimi müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının rəhbərləri və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Hərbi mütəxəssislər tərəfindən “SETM” MMC-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaqdan keçmiş son hazır nümunələri yüksək qiymətləndirilmiş, onların Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur.
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri çərçivəsində “Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması” layihəsinin birinci mərhələsinin təqdimatı keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) sözügedən layihəyə uyğun olaraq yaradılmış stendin yoxlanılması üçün sınaq atışları həyata keçirilmişdir. Sınaq atışları zamanı müsbət nəticələr əldə olunmuşdur. Layihənin rəhbəri, SETM-in 3 nömrəli Elmi Tədqiqat Laboratoriyasının sektor müdiri Ceyhun Nabadov tərəfindən hərbi avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir. Hərbi mütəxəssislər tərəfindən sözügedən layihəyə uyğun olaraq yaradılmış stend yüksək qiymətləndirilmiş və onun Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur. Tədbir zamanı həmçinin SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşlarının iştirakı ilə SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli digər layihələr barədə müzakirələr aparılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür (sentyabr, 2019).
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) Rusiya Federasiyası Krasnodar vilayətinin Novorossiysk şəhərində keçirilən elm və yüksək texnologiyalar üzrə şərgidə iştirak etmişdir. Sərgidə silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, pilotsuz uçan aparatlar (PUA) sistemləri, robot-texniki komplekslər, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama sistemləri, eləcə də digər sektorlar üzrə hazır məhsullar nümayiş olunmuşdur. Sərgidə iştirak edən bəzi şirkətlərin nümayəndələrinə SETM-də həyata keçirilən hərbi,müdafiə, mülki təyinatlı innovativ layihələr barədə ətraflı məlumat verilmiş, eyni zamanda, beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) başda olmaqla SETM əməkdaşlarının AMEA-nın Xızı Dayaq Məntəqəsinə səfəri baş tutmuşdur. Səfər zamanı həmin ərazidə torpaqların mühafizəsi, münbitliyin artırılmasına dair mövcud standart və normativlərə əməl olunması vəziyyəti ilə yerində tanış olmaq məqsədilə SETM-də həyata keçirilən hərbi,müdafiə, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlərdən (dronlardan) istifadə olunmuşdur. Sözügedən dronlar vasitəsilə torpaq sahələrinin foto planı və 3D modelləri hazırlanmışdır. SETM əməkdaşları tərəfindən pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər barədə ətraflı məlumat verilmiş, eyni zamanda, Xızı Dayaq Məntəqəsinin mütəxəssisləri ilə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılmışdır (sentyabr, 2019)
2019-cu il may ayının 20-dən 24-dək Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvətilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təlimlərində mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Müxtəlif poliqonlarda keçirilən döyüş təlimlərində SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin son hazır nümunələri (hərbi məmulatlar) nümayiş etdirilmiş və həmin hərbi məmulatlar sınaqdan uğurla keçmişdir. Təlimləri müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir (20-24.05.2019).
2019-cu il sentyabr ayının 13-dən 19-dək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi təlimlər keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvətilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) sözügedən hərbi təlimlərində mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Hərbi təlimlər zamanı SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin son hazır nümunələri (hərbi məmulatlar) nümayiş etdirilmiş və həmin hərbi məmulatlar sınaqdan uğurla keçmişdir. Maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə SETM-in hərbi məmulatları qarşıya qoyulan tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə onların potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilmişdir. Təlimləri müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələrinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur (13-19.09.2019).
2019-cu il aprelin 29-dan mayın 3-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin təlim poliqonunda hərbi təlimlər keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvətilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) sözügedən hərbi təlimlərdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Təlimlər zamanı SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələr (hərbi məmularlar) qarşıya qoyulmuş tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə onların potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilmişdir. Təlimləri müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir. Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələrinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur (28.04-03.05.2019).
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı elmi-tədqiqat işləri çərçivəsində icrası uğurla davam etdirilən şərti adı “Şahin” olan çoxməqsədli hava hədəf komleksinin hazırlanması prosesi daima SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin nəzarətində olmuaşdur. Sözügedən layihənin icrası müddətində mərhələlər üzrə texnoloji proseslər barədə SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən mütəmadi olaraq SETM-in rəhbərinə lazımi məlumatlar verilmişdir. Həmçinin şərti adı “Şahin” olan çoxməqsədli hava hədəf komleksinin hazırlanması üzrə layihənin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.
Akademiyanın Rəyasət Heyətinin üzvü v.i.e., AMEA-nın müxbir üzvü Bilal Bilalov, Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov, həmçinin Strateji Elmi Tədqiqatlar Mərkəzinin və "Elm və Texnologiya Parkı" MMC-nin bir qrup əməkdaşı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olublar. Əvvəlcə institutun direktoru Elmar Allahverdiyev AMEA nümayəndələrinə rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, dövlətimizin qayğısı və dəstəyi nəticəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu üçün bütün şəraiti olan inzibati bina tikilib və istifadəyə verilib. İnzibati binada alim və mütəxəssislərin işləməsi üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş laboratoriyalar var. Daha sonra AMEA "Elm və Texnologiya Parkı" MMC-nin direktoru Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik tədbirlər, Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı Cavid Sadıqov isə “Ağıllı kənd təsərrüfatı” xidmətləri barədə məlumat veriblər. Görüşdə ağıllı kənd təsərrüfatı təcrübələrinin öyrənilməsi, kənd təsərrüfatında innovasiya sistemləri və yeni texnologiyaların tətbiqi, həmçinin AMEA ilə Kənd Təsərrüfatı Nazirliyinin institutları arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihənin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) təqdimatı zamanı uğurlu nəticələr əldə edilmişdir. Tədbirdə iştirak edən general-mayor Mais Bərxudarov (hazırda general-leytenantdır), Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov (Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 22-də Qubadlı rayonu istiqamətində döyüşlərin ön xəttində şəhid olmuşdur) və Müdafiə Nazirliyinin digər təcrübəli hərbi qulluqçularının rəyinə əsasən, SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələr qarşıya qoyulmuş tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə onların Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir. Təqdimat zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən nümayiş olunan hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) bəziləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) nümayiş etdirilmişdir. Hərbi mütəxəssislərin rəyinə əsasən, SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri sınaqdan uğurla keçmiş və qarşıya qoyulmuş tələblərə tam cavab vermişdir. Texniki parametrlərinə görə onların Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir. Tədbir zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in laboratoriya rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları tərəfindən nümayiş olunan kəşfiyyat-müşahidə, zərbəendirici və s. təyinatlı dron və PUA-ların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış, aidiyyəti üzrə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) bəziləri ilə tanış olmaq məqsədilə AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin SETM-in aidiyyəti laboratoriya və sektorlarına səfəri baş tutmuşdur. Səfər çərçivəsində SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən müxtəlif təyinatlı (kəşfiyyat-müşahidə, zərbəendirici və s.) dron və PUA-ların hazırlanması üzrə layihələrin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin SETM-in laboratoriya rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı elmi-tədqiqat işləri çərçivəsində icrası uğurla davam etdirilən müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) hazırlanması prosesi daima SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin nəzarətində olmuşdur. Sözügedən layihələrin icrası müddətində mərhələlər üzrə texnoloji proseslər barədə SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən mütəmadi olaraq SETM-in rəhbərinə lazımi məlumatlar verilmişdir. Həmçinin müxtəlif təyinatlı (kəşfiyyat-müşahidə, zərbəendirici və s.) dron və PUA-ların hazırlanması üzrə layihələrin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı SETM-in laboratoriya rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) bəziləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təcrübəli hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) nümayiş etdirilmişdir. Tədbirdə həmçinin Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi general-mayor Ənvər Əfəndiyev (hazırda ehtiyyata buraxılmışdır), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in laboratoriya rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları da iştirak etmişdir. Hərbi mütəxəssislərin rəyinə əsasən, SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri sınaqdan uğurla keçmiş və qarşıya qoyulmuş tələblərə tam cavab vermişdir. Texniki parametrlərinə görə onların Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir. Tədbir zamanı SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov tərəfindən nümayiş olunan kəşfiyyat-müşahidə, zərbəendirici və s. təyinatlı dron və PUA-ların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış, aidiyyəti üzrə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihənin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) təqdimatı zamanı uğurlu nəticələr əldə edilmişdir. Tədbirdə iştirak edən general-mayor Mais Bərxudarov (hazırda general-leytenantdır) və Müdafiə Nazirliyinin digər təcrübəli hərbi qulluqçularının rəyinə əsasən, SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələr qarşıya qoyulmuş tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə onların Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir. Təqdimat zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən nümayiş olunan hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.
-AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan şərti adı “T-30” olan kəşfiyyat-müşahidə təyinatlı pilotsuz uçuş aparatı (PUA) ilə tanış olmaq məqsədilə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev və SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin SETM-in aidiyyəti laboratoriya və sektorlarına səfəri baş tutmuşdur. Səfər çərçivəsində SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən sözügedən PUA-nın hazırlanması üzrə layihənin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin SETM-in laboratoriya və sektor rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı (kəşfiyyat-müşahidə, zərbəendirici və s.) pilotsuz uçuş aparatları (PUA-lar) ilə tanış olmaq məqsədilə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev və SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin SETM-in aidiyyəti laboratoriya və sektorlarına səfəri baş tutmuşdur. Səfər çərçivəsində SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən sözügedən PUA-ların hazırlanması üzrə layihələrin mərhələlərinə müvafiq olaraq onların texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin SETM-in laboratoriya və sektor rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.
Hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatları (PUA-lar) ilə tanış olmaq məqsədilə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində yerləşən AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) laboratoriya və sektorlarına AMEA-nın rəhbərliyi, eyni zamanda AMEA-nın bəzi instutlarının rəhbər şəxslərinin səfəri baş tutmuşdur. Görüşdə AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev, akademik Dİlqəm Tağıyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA- nın müxbir üzvü Misir Mərdanov, SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, YT Parkın direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digər şəxslər iştirak etmişdir. Görüş zamanı SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən müxtəlif təyinatlı (kəşfiyyat-müşahidə, zərbəendirici və s.) dron və PUA-ların hazırlanması üzrə layihələrin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin SETM-in laboratoriya və sektor rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.
"Teknofest" tədbirindən fotolar