2006-cı ildən “Kənan AK MTK” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bu günə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kənan AK MTK” üçün sakin lərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.
Müasir təcrübəyə və texnologiyaya yiyələnmiş şirkətimiz müştəri ehtiyyaclarını vaxtında ödəmək üçün dayanmadan çalışmaqdadır. Biz müştərilərimizin ən qısa zamanda evlərinə yerləşmələrini təmin etmək üçün dayanmadan işləyir və bizə olan etimadı doğrultmağa çalışırıq.
Həyati ehtiyyacların ən xırda məqamlarına diqqət yetirmək və daima yeniliklərə imza atmaq “Kənan AK MTK”-nın əsas iş prinsipidir.
Missiyamız – həyata keçirdiyimiz layihələrilə müştəri məmnuniyyətini ən üst səviyyəyə qaldırmaq, onların vaxtına və hüquqlarına hörmətlə yanaşaraq dostluq münasibətləri yaratmaqdır.