Jurnal 1-baza fənlərinə aid olan jurnaldır
Klinik hissəyə aid olan jurnallar:
Jurnal 2-Rezidentura proqramı və test nümunələri
Rezidentura imtahanı test üsulu ilə həyata keçirilir. İmtahan 2 mərhələlidir. Hər mərhələdə namizədə 100 test tapşırığı verilir. İlk mərhələdə 100 test tapşırığından 10-u açıq test tapşırığı, 90-ı qapalı test tapşırığı, ikinci mərhələdə isə 5-i açıq test tapşırığı, 95-i qapalı test tapşırığıdır.
İmtahanda 1. mərhələ və 2. mərhələ nəticələrinin hər hansı birinin xüsusi əhəmiyyəti varmı?
İxtisas seçimi üzrə müsabiqə 2 mərhələnin cəmində namizədin topladığı bala əsasən müəyyənləşdirilir. Hansı mərhələnin nəticəsinin az və ya çox olması əhəmiyyət daşımır.
İmtahan müddəti 150 dəqiqə, yəni 2 saat 30 dəqiqədir. İmtahanın ilk 60 dəqiqəsi və son 30 dəqiqəsi ərzində imtahandan çıxmaq olmaz.
İmtahan 150 dəqiqə və 100 sualdır. Səhv düzü aparmır(Buna görə də bütün sualları yazmaq gərəkdir). İmtahanı vərəqədə verilən ardıcıllıqla işləmək gərəkdir.
Müalicə Profilaktika
Daxili Xəstəliklər - 60 Sual daxildir
Kardiologiya 8
Qastroenterologiya 8
Pulmonologiya 8
Endokrinologiya 6
Hematologiya 6
Nefrologiya 6
Yoluxucu Xəstəliklər 6
Psixiatriya 6
Nevrologiya 6
Daxili Xəstəliklər fənnindən qeyd olunan bölmələr üzrə toplam 5 açıq tipli test tapşırığı qəbul imtahanında yer alır.
Uşaq Xəstəlikləri fənninə aid test tapşırıqları Daxili Xəstəliklər bölmələrinə aid test tapşırıqları arasında yer alır.
Cərrahiyyə 20 Sual daxildir
Ümumi Cərrahiyyə 10
Xüsusi Cərrahiyyə 10
Uşaq Xəstəlikləri Propedevtikası və Neonatologiya -10 Sual daxildir
Uşaq xəstəliklərinin propedevtikası 5
Neonatologiya 5
Mamalıq və Ginekologiya 10 Sual daxildir
Mamalıq 5
Ginekologiya 5
Nevrologiya və Neanotologiyadan salınan suallar adətən ağır tipli suallar kateqoriyasından olduğundan buna hazırlaşmağı ən sona saxlamaq məsləhətdir.
Ümumi cərrahiyyə
5 il
Neyrocərrahiyyə
5 il
Plastik cərrahiyyə
5 il
Ürək-damar cərrahiyyəsi
5 il
Uşaq cərrahiyyəsi
5 il
Travmatologiya-ortopediya
5 il
Onkologiya
5 il
Urologiya
5 il
Mamalıq-ginekologiya
5 il
Otorinolarinqologiya
4 il
Nevrologiya
4 il
Terapiya
4 il
Kardiologiya
4 il
Nefrologiya
4 il
Qastroenterologiya
4 il
Hematologiya
4 il
Dermatovenerologiya
4 il
Yoluxucu xəstəliklər
4 il
Revmatologiya
4 il
Endokrinologiya
4 il
Pediatriya
4 il
Şüa diaqnostikası
4 il
Anesteziologiya-Reanimatologiya
3 il
Oftalmologiya
3 il
Allerqologiya-immunologiya
3 il
Fizioterapiya və tibbi bərpa
3 il
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
3 il
Şüa terapiyası
3 il
Sosial gigiyena və səhiyyənin təşkili
3 il
Narkologiya
2 il
Ftiziatriya
2 il
Mikrobiologiya
2 il
Laboratoriya işi
2 il
Genetika
2 il
Psixiatriya
2 il
Azərbaycan Tibb Universiteti Bazaları
Üz- çənə cərrahiyyəsi - 78 bal
Ortopedik stomatologiya - 76 bal
Yoluxucu xəstəliklər - 76 bal
Oftalmologiya - 75 bal
Qastroenterologiya - 74 bal
Ortodontiya - 70 bal
Laboratoriya işi - 70 bal
Kardiologiya - 69 bal
Parodontologiya - 69 bal
Restorativ stomatologiya - 69 bal
Otorinolarinqologiya - 68 bal
Mamalıq-ginekologiya - 68 bal
Şüa diaqnostikası - 68 bal
Plastik cərrahiyyə - 67 bal
Urologiya - 67 bal
Endokrinologiya - 67 bal
Uşaq endokrinologiyası - 66 bal
Endodontiya - 66 bal
Uşaq stomatologoyası - 66 bal
Ürək-damar cərrahiyyəsi - 65 bal
Revmatologiya - 65 bal
Onkologiya - 64 bal
Nevrologiya - 64 bal
Uşaq kardiologiyası - 64 bal
Tibbi mikrobiologiya - 64 bal
Nefrologiya - 63 bal
Dermatovenerologiya - 63 bal
Sosial gigiyena və səhiyyənin təşkili - 63 bal
Neyrocərrahiyyə - 62 bal
Uşaq nevrologiyası - 62 bal
Uşaq ürək-damar cərrahiyyəsi - 62 bal
Ümumi cərrahiyyə - 60 bal
Hematologiya - 60 bal
Patolofi anatomiya, məhkəmə təb. - 60 bal
Pediatriya - 60 bal
Neonatologiya - 60 bal
Epidemiologiya - 60 bal
Daxili xəstəliklər - 59 bal
Allerqologiya və immunologiya - 59 bal
Nüvə təbabəti - 59 bal
Uşaq cərrahiyyəsi - 58 bal
Travmatologiya-ortopediya - 58 bal
Uşaq və yeniyetmə psixlatriyası - 58 bal
Fizioterapiya və tibbi bərpa - 57 bal
Gigiyena - 57 bal
Psixiatriya - 56 bal
Uşaq yoluxucu xəstəlikləri - 56 bal
Anesteziologiya-reanimatologiya - 55 bal
Ailə təbabəti - 55 bal
Narkologiya - 54 bal
Ftiziatriya - 54 bal
Təkmilləşdirmə İnstitutu Bazaları
Yoluxucu xəstəliklər - 74 bal
Oftalmologiya - 73 bal
Plastik cərrahiyyə - 72 bal
Laboratoriya işi - 69 bal
Kardiologiya - 68 bal
Otorinolarinqologiya - 67 bal
Endokrinologiya - 67 bal
Şüa diaqnostikası - 67 bal
Nevrologiya - 67 bal
Mamalıq-ginekologiya - 66 bal
Urologiya - 63 bal
Tibbi mikrobiologiya - 63 bal
Sosial gigiyena və səhiyyənin təşkili - 63 bal
Onkologiya - 62 bal
Nefrologiya - 61 bal
Dematovenerologiya - 61 bal
Ümumi cərrahiyyə - 60 bal
Daxili xəstəliklər - 59 bal
Pediatriya - 59 bal
Hematologiya - 58 bal
Epidemiologiya - 58 bal
Travmatologiya-ortopediya - 57 bal
Gigiyena - 57 bal
Anesteziologiya-reanimatologiya - 55 bal
Psixiatriya - 55 bal
Patoloyi anatomiya, məhkəmə tibbi ekspertiza - 55 bal
Ftiziatriya - 54 bal
Ailə təbabəti - 54 bal
Narkologiya - 53 bal
Naxçıvan Dövlət Universiteti
Yoluxucu xəstəliklər - 72 bal
Şüa diaqnostikası - 67 bal
Laboratoriya işi - 67 bal
Ortopedik stomatologiya - 67 bal
Mamalıq-ginekologiya - 66 bal
Oftalmologiya - 65 bal
Endodontiya - 65 bal
Kardiologiya - 64 bal
Qastroenterologiya - 64 bal
Sosial gigiyena və səhiyyə təşkilatı - 63 bal
Tibbi mikrobiologiya - 63 bal
Uşaq stomatologiyası - 63 bal
Epidemiologiya - 62 bal
Nevrologiya - 56 bal
Ümumi cərrahiyyə - 55 bal
Urologiya - 55 bal
Travmatologiya-ortopediya - 54 bal
Pediatriya - 54 bal
Anesteziologiya-reanimatologiya - 53 bal
Daxili xəstəliklər - 53 bal
Nefrologiya - 53 bal
Fizioterapiya və tibbi bərpa - 53 bal
Şüa terapiyası - 53 bal
Neonatologiya - 53 bal
Allerqologiya və immunologiya - 52 bal
Ftiziatriya - 52 bal
Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza - 52 bal
Psixiatriya - 52 bal
Bu Qaydalar Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 6 aprel tarixli, 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.17 və 9.2-ci bəndlərinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nın 3-cü bəndinə əsasən hazırlanmışdır və həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə baza ali tibb təhsili olan şəxslərin rezidenturaya qəbulu qaydalarını müəyyən edir.
1. Ümumi müddəalar
1.1. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (bundan sonra – namizəd) malikdirlər.
1.2. Rezidenturaya qəbul Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra – TQDK) tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
1.3. Rezidenturaya əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.
2.1. Namizədlər qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına aşağıdakı sənədlərin əslini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:
2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
2.1.2. əvvəlki illərin məzunları baza ali tibb təhsili haqqında diplomu, diploma əlavəni və məzunu olduqları baza ali tibb təhsili müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiyməti (5 və ya 100 ballıq şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (Əlavə 1);
2.1.3. cari ilin məzunları təhsil aldıqları baza ali tibb təhsili müəssisəsi tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiyməti (5 və ya 100 ballıq şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (Əlavə 3);
2.1.4. xarici ölkələrdə ali təhsil alanlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə”ni;
2.1.5. xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
2.2. Rezidenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notariat qaydasında təsdiq olunmuş tərcüməsini təqdim edirlər.
3.1. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir:
3.1.1. birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq baza fənləri üzrə bilikləri yoxlanılır və imtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılırlar;
3.1.2. ikinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqaməti üzrə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
3.2. Namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətindən asılı olaraq imtahan aparılan baza və ixtisas fənləri TQDK tərəfindən müəyyən edilir və “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə göstərilir (Əlavə 2).
4.1. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, baza fənləri və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.
4.2. Namizəd “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”nə (Əlavə 2) əsasən, bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçərək öz elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və ixtisas seçimini təsdiq edir.
4.3. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslardan birincisinə yerləşdirilir.
5.1. Müsabiqə namizədlərin iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi balı (ballarının cəmi) əsasında aparılır.
5.2. Namizədlərin yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
5.3. Rezidenturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır.
5.4. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
5.4.1. baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı;
5.4.2. ixtisas fənləri üzrə testdən toplanılan bal.
5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, namizədlər tərəfindən 4.2-ci bənddə göstərilən qaydada ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
6.1. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 iş günü müddətində qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
6.2. Rezidenturaya keçirilən müsabiqə və onun nəticələri ilə bağlı namizədlərin müraciətlərinə baxılması üçün TQDK tərəfindən apelyasiya komissiyası yaradılır.
6.3. Namizəd apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
6.4. Müsabiqənin keçirilməsi zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
6.4.1. saxta sənəd təqdim etmək;
6.4.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
6.4.4. “İmtahan başlandı!” elan olunan andan imtahanın sonunadək səbəbindən asılı olmayaraq, zalda yerini dəyişmək, gəzişmək, danışmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
6.4.5. “İmtahan başlandı!” elan olunan andan 1,5 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;
6.4.6. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;
6.4.7. nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
6.4.8. cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
6.5. Namizədin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
Baza ali tibb təhsili olan hər bir namizəd öz istiqamətinə (fakültəsinə) uyğun istədiyi ixtisasları və klinik bazaları seçə bilər.
“Namizədin elektron ərizəsi”ni doldurarkən istifadə etdiyim parolu unutmuşam.
Parolunuzu unutmuşsunuzsa, “Namizədin elektron ərizəsi” səhifəsində olan “İstifadəçi adı və parolu unutmuşam” və ya “Şəxsi kabinet”inizə daxil olaraq “Parolu unutmuşam” düyməsindən istifadə etməklə onu əldə edə bilərsiniz.
Xeyr, yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə bilməzsiniz. Əgər şəxsiyyət vəsiqənizi dəyişmisinizsə, imtahan gününə qədər “Şəxsi kabinet”inizdə “Sənədi yenilə” düyməsindən istifadə etməklə özünüz düzəliş etməlisiniz, yaxud da yeni şəxsiyyət vəsiqəniz və onun surəti ilə DİM-ə müraciət edərək müvafiq düzəliş etdirməlisiniz. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni yenidən çap etməlisiniz.
Rezidentura imtahanının 2-ci mərhələsi olan Klinik fənlər üzrə imtahan 13 avqust 2023 tarixində keçiriləcək. İxtisas seçimi bu mərhələdə toplanan ballara görə aparılır.İmtahanlara qeydiyyat tarixləri isə bu tarixlər arasında aparılacaq 24 iyul – 2 avqust 2023
İmtahana qalan müddət: