GƏNCLƏRİN PEŞƏ HAZIRLIĞINA

DƏSTƏK PROQRAMI

Azərbaycan Respublikasının Gənclər Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi gənclərin əmək bazarında rəqabətə davamlı kadr kimi formalaşması məqsədilə birgə əməkdaşlığa başlayır.

Belə ki, gənclərin müvafiq peşə üzrə əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarını genişləndirmək məqsədilə peşə hazırlığı kursları təşkil olunacaq. 



Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.  

PEŞƏ HAZIRLIĞI NECƏ TƏŞKİL OLUNUR?

İxtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır.  


Sən də peşə sahibi olmaq istəyirsən?

Əgər cavabın "Bəli"dirsə, yiyələnmək istədiyin peşəni seç, şərtlərlə tanış ol və müraciət et!