Parner Tədris Mərkəzi 2011 ci ilin mart ayından bəri fəaliyyət göstərməkdədir. Yola çıxdığımız ilk gündən bəri fəaliyyətimiz "keyfiyyətli təhsil" devizi altında başlamış və eyni məqsədlə də davam etmişdir. Tədris mərkəzimiz bir çox kusrlar və fənnlər üzrə öz xidmətlərini həyata keçirməkdədir. Tədris mərkəzimizdə geniş təcrübəyə malik, tələbələrlə xüsusi işləmə qabiliyyətinə malik pedaqoqlar rəhbərlik tərəfindən çox diqqət və dəqiqliklə seçilir. Tədris müddətində, tələbələr müxtəlif yaş həddində olduqları üçün, hər tələbənin yaşına, götürmə qabiliyyətinə, psixoloji durumuna uyğun olraq xususi və individual program hazırlanır və tədris mərkəzimizin peşəkar pedaqoqları tərəfindən tədris olunur.