“Gənc DOST” altproqramı 16-29 yaş aralığında olan gənclərin, o cümlədən əlilliyi olan şəxslərin vətəndaşlara xidmət sahəsində təcrübə qazanması, ilkin işgüzar vərdişlər əldə etməsi, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarının təməlinin qoyulması məqsədi daşıyır. Könüllülük fəaliyyətinin müddəti iki aydır və iş prosesi, bir qayda olaraq, gün ərzində hər növbədə üç saat olmaqla üç növbədə təşkil olunur
"Könüllü DOST" proqramının "Gümüşü DOST" altproqramı pensiya yaşına çatmış 55 yaşdan yuxarı şəxslərin aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. Gümüşü DOST” altproqramı pensiyaçıların cəmiyyətə reinteqrasiyası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili və fəal yaşlanması üçün yaradılmışdır. Proqram yaşlı vətəndaşların mərkəzlərdə könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur.
"İnklüziv DOST" altproqramı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həyata keçirilən könüllülük fəaliyyətidir. Bu altproqram DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərə, şəhid ailəsi üzvlərinə, qazilər və onların ailə üzvlərinə, həssas qrupdan olan uşaq və yeniyetmələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, arabada olan şəxslərə və kimsəsiz azyaşlılara mərkəz daxilində zəruri dəstəyin göstərilməsi, İrimiqyaslı tədbirlərdə qonaqların qarşılanması və yola salınmasını təmin etmək, Mərkəzə gələn şəxslərə Mərkəz haqqında məlumat vermək və digər bu istiqamətlərdə olan işləri tənzimləyir.
Bizi sosial şəbəkələrdə izləyin!