"Gənc Oftalmoloqların dostu"

Fəxri adı


       “Gənc Oftalmoloqların Dostu” fəxri adı Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsinin (GOK) İdarə Heyətinin (İH) üzvləri tərəfindən ildə bir dəfə olmaqla, İH-nə təqdim olunmuş nominantlar arasından səsvermə yolu ilə seçilərək yalnız bir oftalmoloqa təqdim edilir.

       “Gənc Oftalmoloqların Dostu” fəxri adı il ərzində ölkəmizdə gənc oftalmoloqların elmi, ictimai və peşəkar fəaliyyətinin inkişafına mənəvi, və ya maddi dəstək olmaqla töhfələr vermiş şəxsə təqdim edilir.

       “Gənc Oftalmoloqların Dostu” fəxri adı hər il Azərbaycan Gənc Oftalmoloqlar Konfransının açılış mərasimi zamanı GOK sədri tərəfindən İH-nin üzvlərinin səs çoxluğu ilə seçdiyi şəxsə təqdim edilir.

2023-cü il “Gənc Oftalmoloqların Dostu” fəxri adı AOC sədri Prof. Elmar Qasımova təqdim edilmişdir.