Müsabiqənin şərtləri
İki mərhələdən ibarət olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb saytının "Qeydiyyat" bölümündə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı təsdiqlənmiş iştirakçılar təqdim ediləcək geologiya və geofizikaya dair istiqamətlərlə bağlı esseni hazırlamalı və Elmi-təşkilat Komitəsinə təqdim etməlidir. Müvafiq meyarlar üzrə aparılacaq qiymətləndirilmələrdən sonra ən yaxşı essenin müəllifləri final mərhələsinə yüksələcəkdir. Final mərhələsində uğur qazanan iştirakçılar dörd nominasiyasa üzrə qalib elan ediləcəklər.
Essenin tərtibatı üçün qaydalar:
Esse MS Word redaktor mətnli elektron formada, azərbaycan, ingilis və ya rus dilində təqdim edilə bilər. Mətnin şrifti Times New Roman (12 pt), sətirlər arası interval 1 olmalıdır. Essenin həcmi 5 səhifədən çox olmamalıdır. Essenin başlığında kursiv, 11 pt şriftlə müəllifin soyadı, adı, atasının adı, növbəti sətirdə isə təhsil aldığı təşkilatın tam adı, fakültəsi, tədris pilləsi, oxuduğu kurs və elektron ünvanı qeyd olunmalıdır. Sonda istifadə etdiyiniz ədəbiyyat siyahısı da qeyd olunmalıdır.
Qiymətləndirmələr aşağıdakı meyarlara əsaslanacaqdır:
Esse maksimum on balla qiymətləndirilir.
Esse üzrə sualları daha yığcam və izahlı cavablandıran iştirakçılara final mərhələsinə keçiddə üstünlük veriləcəkdir.
Finalçıların təqdimat nəticələrinə əsasən üç nominasiyada qaliblər elan olunacaqdır.
Əsas tarixlər:
01 dekabr 2024-cü il - qeydiyyatın başlanma tarixi;
15 yanvar 2025-ci il - qeydiyyatın sona çatması;
31 yanvar 2025-ci il - püşkatma yolu ilə iştirakçılara müsabiqə suallarının təqdim olunması
Mükafat fondu:
I yer – 800 AZN
II yer – 600 AZN
III yer – 500 AZN
Nümunə