“Yer planetinin vahid sistemi: geosferlərin və təbiət proseslərinin qarşılıqlı əlaqəsi” adlı geologiya və geofizika üzrə
V Ümumrespublika olimpiadası
“Yer planetinin vahid sistemi: geosferlərin və təbiət proseslərinin qarşılıqlı əlaqəsi” adlı geologiya və geofizika üzrə
V Ümumrespublika olimpiadası
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə geoloq və geofizik tələbələr üçün “Yer planetinin vahid sistemi: geosferlərin və təbiət proseslərinin qarşılıqlı əlaqəsi” adlı V Ümumrespublika olimpiadası ali ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.
Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası tələbələr üçün IV olimpiada 2025-cü ildə təşkil edilmişdir. "AMEA-nın 80 illik yubileyi"nə həsr olunan “Geologiyada və Geofizikada fənlərarası tədqiqatlar - elmin gələcəyidir” adlı olimpiada bakalavr və magistrlər arasında keçirilmişdir. Tələbələrin Yer elmlərinə həvəsini artırmaq, onların potensialını və istedadını inkişaf etdirmək, elm ilə təhsilin vəhdətindən faydalanmaq məqsədilə ərsəyə gətirilən olimpiadada 40-dən çox tələbə iştirak etmişdir. Qalib tələbələrə mükafat və diplomlar təqdim olunmuşdur.