Tezisin tərtibatı üçün qaydalar:
Tezis MS Word redaktor mətnli elektron formada, azərbaycan dilində təqdim edilməlidir. Mətnin şrifti Times New Roman (12 pt), sətirlər arası interval 1 olmalıdır. Tezisin həcmi 2 səhifədən çox olmamalıdır. Tezisin başlığı böyük hərflərlə, qalın (12 pt), mərkəzləşdirilmiş, 2 sətirə qədər, başlıqdan sonra bir boş sətir, müəlliflərin adları (kursiv, qalın, 12 pt, mərkəzləşdirilmiş) (zəhmət olmasa, adları qısaldılmadan yazın); müəllif siyahısından sonra növbəti sətirdə isə işlədiyi və ya təhsil aldığı təşkilatın tam adı; müəllifin e-poçt ünvanı yazılmalıdır (daha ətraflı məlumat üçün əlavə faylı - şablonu yoxlayın).
Təklif olunan panel istiqamətlər:
Yer qabığının resurs potensialının öyrənilməsində fənnlərarası yanaşma (filiz, neft-qaz və alternativ enerji mənbələri)
Urbanizasiya, urban landşaftlar və şəhər mühitinin perspektiv inkişaf istiqamətləri
Süni intellekt texnologiyalarının geoloji və geofiziki tədqiqatlarda tətbiqi nailiyyətləri
Yerin quruluşu və maddə tərkibinin öyrənilməsində multidissiplinar tədqiqat prinsipləri
Yer qabığının geodinamik təkamülü və ətraf mühitə təsiri
Əsas tarixlər
Tezislərin son qəbul tarixi: 15.11.2025
İştirakçılar üçün tələb
Konfranda 40 yaşa qədər alim və mütəxəssislər iştirak edə bilər.
Nümunə: