Ümumi İş təcrübəsi - 5 il+
Web Proqram bilikləri - Google Webtools (GA/GTM), Google Data Studio, Meta Business Suite, Trello, Jira
Proqram bilikləri - MS Office 2016/2019, Adobe Acrobat, Camtasia Studio, Movavi Video Suite 2020, Power BI, Mindjet, CapCut
Sayt administratorluğu - CK Editor, Wordpress, Prestashop
Digital Marketinq bilikləri - Email/SMS marketing, PPC, Google Ads (Yaxşı), Texniki və Kontent SEO, YouTube SEO, My Business, Google Search Console, Screamfrog, SMM
Fuad Abdullayev, 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənayenin təşkili və idarə olunması ixtisasını üzrə bakalavr dərəcəsini bitirmişdir. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr dərəcəsini bitirmişdir. 2016-cı ilin 20 avqust-20 oktyabr aralığında ASAN Xidmət mərkəzində könüllü kimi fəaliyyətə başlamışdır.
Fuad, 30.01.2017-01.05.2017 tarixlərində Azər-Türk Bank ASC-də Marketinq Departamentində 3 aylıq təcrübə proqramında iştirak etmişdir.
01.10.2017-11.12.2017 tarixlərində Barattson MMC-nin təcrübə proqramında aktiv iştirak etmişdir. Fuad şirkətdə göstərdiyi yüksək performansı nəzərə alınaraq dekabr ayından etibarən ona Layihə menecerinin köməkçisi vəzifəsi təklif edildi.
11.12.2017-01.10.2018 tarixlərində bu vəzifəni həyata keçirən Fuad, oktyabr ayından Tədqiqat və inkişaf üzrə mütəxəssis vəzifəsində işləməyə başladı.
Fuad bu dövr ərzində Şirkət daxili və xaricində şirkət daxilində xidmətlər üzrə sorğuların keçirilməsi və nəticələrin analiz edilməsi, Daxili CRM sisteminin qurulmasında, şirkət üçün yeni məhsulların hazırlanmasında (ACCA Placement Test, ACCA FA Trial, SAT trial və s.), HR sisteminin Excel üzərində avtomatlaşdırılmasında,Daxili və xarici tədbirlərinin keçirilməsinin sistematik şəkildə aparılmasının prosedurunun hazırlanmasında və bir sıra layihələrdə birbaşa iştirak etmişdir.
Həmçinin Fuad Bakı Müasir Təhsil Kompleksində İngilis dili imtahanının keçirilməsi (2018-2019), KOBİA (2018), E-gov mərkəzi tərəfindən keçirilən hachaton yarışında, Daşınmaz əmlakın satışı üzrə veb təqdimatın hazırlanması (2019) layihəsində iştirak etmişdir.
Fuad şöbənin işlərin artması ilə əlaqədar idarəetmədə sistematikliyi yaratmaq məqsədilə İT layihələrdə ən çox istifadə olunan Agile Scrum metodologiyasını Qeyri-İT sahəyə tətbiq etdi.
Fuad 2018-ci ilin Oktyabr ayından Daxili idarəetmə sistemi olan SchoolMan sisteminin administratoru, 2019-cu ilin iyun ayından isə Barattson rəsmi saytının administratoru işini görür. Həmçinin şirkət daxilində olan bir sıra törəmə şirkətlərin saytlarının idarə edilməsində (McTab, LOTUS) iştirak edir.
13.01.2020-29.01.2021 tarixlərində Tədqiqat və inkişaf şöbəsinin meneceri vəzifəsində fəaliyyət göstərib. Bu dövr pandemiyaya təsadüf etdiyindən şirkətin ağır dönəmində tərk etməmiş, çiyin-çiyinə rəhbərliklə bir yerdə çalışmışdır.
01.05.2021-01.04.2022 tarixlərində benzeine MMC-nin freelance SMM mütəxəssisi kimi işləyib
- Sosial media hesablarının idarə edilməsi (Facebook,Instagram,LinkedIn,YouTube)- Sosial media post planının hazırlanması (Günlük,Həftəlik,Aylıq)- Reklamların qoyulması (Business Facebook, Instagram ads)- Şirkət saytının idarə edilməsi - Sosial media postlarının hazırlanması
01.06.2021-04.05.2022 tarixlərində Piramida Reklam MMC-də Rəqəmsal Marketinq Mütəxəssisi kimi fəaliyyət göstərib. Burada o, aşağıdakı işləri görüb:
Sosial media hesablarının idarə edilməsi (Facebook,Instagram,LinkedIn,YouTube,TikTok,Google My Business,Pinterest); Sosial media post planının hazırlanması (Günlük,Həftəlik,Aylıq); Reklamların qoyulması (Business Facebook, Instagram Ads,Google Ads); Elan saytlarında reklam qoymaq və postlar yerləşdirmək (Tap.az Ucuztap,Tut.az,Tezbazar.az);- Reklam sferasına aid məqalələrin yazılması; Şirkət saytının idarə edilməsi (Wordpress);- SEO işləri görmək (Content SEO,Meta description,Keywords,Search Console); Sosial media postlarının hazırlanması; Rəhbərliyə həftəlik,aylıq hesabatların təqdim edilməsi (Görülən işlər, Marketing xərcləri).
24.05.2022-ci ildən Rashmed MMC-də Rəqəmsal Marketinq Mütəxəssisi kimi fəaliyyət göstərir. Burada o, aşağıdakı işləri görür:
Sosial media hesablarının idarə edilməsi (FB,İG,LN,GMB,YouTube Short)
Şirkət saytının idarə edilməsi/SEO işləri
Promo işlərin görülməsi (qələm,armudu stəkan,vizitka, setka, roll up və s.)
Sosial media postlarının hazırlanması və videoçəkilişlərin edilməsi
Rəhbərliyə aylıq hesabatların təqdim edilməsi
WhatsApp qrupu vasitəsilə həkimlərə yeni məhsullar haqda məlumat vermək