Eldar Əlixas oğlu Əhədov
1960-cı il iyulun 19-da Bakıda anadan olub, Sankt-Peterburq Mədən Universitetini bitirib, TNK - BP (Tyumen Oil Company - British Petroleum) müştərək müəssisəsində baş mütəxəssis, daha sonra isə - Rosneft şirkəti perimetri üzrə işləyib.
Azərbaycan, ingilis, ispan, italyan, çin, rus və serb dillərində çap olunmuş 96 kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü (2021), Rusiya Yazıçılar Birliyinin üzvü (2000), Rusiya Milli Coğrafiya Cəmiyyətinin üzvü (2016), PEN İnternational-ın üzvü, Arktika və Sibirin səyyahı və tədqiqatçısı. Avrasiya və Afrika Xalqları Assambleyası Ədəbi Şurasının həmsədri, Dünya Yazıçılar Təşkilatının Koordinasiya Şurasının rəhbəri. Rus Coğrafiya Cəmiyyətinin Krasnoyarsk bölməsinin toponimik komissiyasının sədri.