070 6688115 / 055 6688115
CompEduAz tədris və inkişaf mərkəzini quranda inanırdıq ki, təhsil adi bir nəzəriyyə deyil, azadlığın, inkişafın və gələcəyə inamın açarıdır.
Hər birimiz bir dəfə də olsun seçim qarşısında qalmışıq: köhnə fikirdə qalıb cəmiyyətdə neytral rol daşımaq və ya risk edib həyatımızı dəyişmək. Biz ikinci yolu seçdik - və bu gün başqalarına bu addımı atmağa kömək edirik.
Missiyamız insanlara real transformasiya üçün alətlər verməkdir: istər ilk məktəb layihəsi, istər biznesdə ilk addımlar, istərsə də yeni peşəyə keçid. Biz təkcə bacarıqları öyrətmirik, biz düşünməyi, problemləri həll etməyi və ən son texnologiyalarla, o cümlədən süni intellektlə birlikdə gələcəyi yaratmağı öyrədirik.
CompEduAz 4 istiqamətdə inkişaf edir:
Dizayn, memarlıq, mühəndislik, modelləşdirmə, mebel və AI - gələcəyi yaratmaq və dizayn etmək istəyənlər üçün.
Marketinq, qrafik dizayn, UX/UI, target, Ai - brendlərə təsir etmək, ruhlandırmaq və qurmaq arzusunda olanlar üçün.
Şagirdlər üçün - məktəb və liseylərdə istifadə edilən alqoritmika, Scratch, ev tapşırıqlarının izahı və proqramlaşdırmanı inamla mənimsəmələri və oxuyub araşdırmağı sevdirmək üçün.
Biznes və sahibkarlıq. Müstəqilliyə, inkişafa və cəsarətli layihələrə can atanlar üçündür.
İşimizə olan maraq, sevgi və əzmkarlıq bugünkü uğurlarımızın səbəbidir. İllərdir topladığımız təcrübə və kreativ komandamız dövlətə xidmət edəcək yeni kadrlar yetişdirməyə hazırdır. Müəllimlərimiz hər zaman idealist və işlərində anlayışlı, gərəkən yerdə isə tələbkar olurlar.
"COMPEDUAZ" təhsil mərkəzi 10 ilə yaxındır ki, tələbə, iş adamları və həyatını dəyişmək istəyən şəxslərin bələdçisidir. Bizim mərkəzimiz zəmanətli təhsil, real təcrübə, hər tələbəyə fərdi yanaşıb onu gərəkən yerdə ruhlandırıb potensialını inkişaf edən mərkəzdir.
Bizim üçün təhsil və inkişaf həmişə bir peşədən daha çox olub. Uzun illərdir ki, peşəkarlıq və sürəti özündə birləşdirən, ən əsası zəmanət və kreativ mühit yaradan təhsil formasını yaratmaq məqsədindəydik. Bu gün sevinclə deyə bilərik ki, biz buna nail olduq.
Bu bizim yolumuzdur. İnsanlara kömək, dəstək olmaq və hər bir insanın öz potensialını reallaşdırmağa qadir olduğuna inanc və dəstək göstərən həyatımızdır. İnam varsa nəticə də olacaq deməkdir!
Biz öyrənənin ruhlandırıcısı, biliyin isə real kapital ola biləcəyini dəstəkləmək, istiqamətləndirmək və göstərmək üçün burdayıq..
Səyahətimiz yeni başlayır və biz sizinlə birlikdə gələcəyin məktəbini - hər kəsin həyatını dəyişdirmək şansı əldə etdiyi bir yer qururuq. Dəyişikliyə hazırsınızsa, bu səyahətə bizimlə başlayın.
Bugün başla ki, sabah nümunə olasan!
Çox sağolun hər şey çox maraqlı və dəyərlidir. Əsas yadımda qalan təcrübə proqramı idi. Dərs vaxtı keçdiklərimizi işdə istifadə etmək tamam başqa bir şeydi. Gözləntilərimi keçdiniz..
S. Ülkər
Mən qrafik dizayn kursunu bitirdim. Xatırlayıram dərs vaxtı sifariş götürmüşdüm. Çoxlu şübhələrim varıydı.. Müəllimimə dərin təşəkkürümü bildirirəm, mənə o qədər motivasiya verdi və işimə dəstək oldu ki
H. Vüsal
İlk öncə sağolun ki, mənə uyğun cədvəl qura bildiniz. tələbəyəm həmdə işləyirəm. Çox yorulurdum, amma öhtəsindən gəldim sayənizdə!
İ. Malik
Mən online kurs keçdim. Çox rahat, tam istədiyim kimi keçdi. Çox sağolun
H. Oqtay
Reklamda gördüm, təsadüfən müraciət etdim. amma bu təsadüf həyatımı dəyişdi. Hazırda Kantakt mağazalırda marketing meneceriyəm. Çox əziyyətiniz oldu təşəkkür edirəm
K. Günay
Məni sizin kursa bacım gətirmişdi. O İnteryer kursunu bitirdi, məndə Marketing. Doğrudanda sizin məsləhətiniz, dəstəyiniz bugün işimizin inkişafına çox köməkdir. Çox istəyirəm sizi!
T. Leyla
Bizim təlimlərimizin üstünlüyü dərs zamanı mövzuları praktiki nümayiş etdirməkdədi. Bu cürə təlim bilikləri
maksimum yadda qalan edir və çox rahatlıqla aşağıda qeyd olunan sənədləri əldə edə biləcəyinizə zəmanət verir.
Bundan başqa Sizi Rəsmi Autodesk və Graphisoft şirkətlərinin keçirdiyi imtahana hazırlaya bilərik!
Tədris etdiyimiz təlimlər karyeranızda əsas təkandır. Ona görə düzgün seçim etmək üçün hər zaman kömək etməyə hazırıq.
Qrup təlimlər 2 saat davam edir. Dərslərin günü və saatını özünüz seçə bilərsiniz. Qrupda 4-8 tələbə olur. Əyləncəli və faydalı təlim üçün qrup seçə bilərsiniz. Əgər baza bilikləriniz var və konkret suallarınızı cavablandırmaq istəyirsinizsə Fərdi təlimlər tövsiyyə olunur.
Sizə uyğun hər formatı düşünmüşük. İstər əyani, istərsədə online təlimlərdə istədiyiniz keyfiyyəti ala biləcəksiniz.
Bugün informasiya bol olan dünyada Ali təhsil tam olaraq məcbur deyil, əsas portfolio və biliyiniz yüksək səviyyədə olsun. Lakin iş karyeranızda layiqli mərhələyə çatmağınız üçün Ali təhsil əlbəttə vacibdir. Həmdə seçdiyiniz peşədən asılıdır, konsultasiyamızda ətraflı məlumat əldə edə bilərsiniz
Əlbəttə, ağır fiziki iş deyilsə niyə də yox? Bugün mühəndis kimi çalışan xanım tələbələrimiz işlərindən çox razıdırlar
Dərsin keyfiyyəti ilə maraqlananlar Müəllimlərimizlə sınaq dərsində canlı tanış olub suallarını verə bilərlər. Sınaq dərsi 30dəq davam edir. Bu müddət ərzində suallarınızı və tələblərinizi bölüşürsünüz.
Ofisimiz 09:00-22:00dək çalışır. Əminik Sizə uyğun qrafik seçə biləcəyik. Qrup təlimlər 2 saat, Fərdi təlimlər isə 1.5 saat davam edirlər. Həftədə 2 dəfə.
Sizə rahat olan dildə tədris keçə bilərsiniz.
Təcrübə proqramı
Karyera konsultasiyası
CV . Portfolio . Tövsiyə məktubu
Diplom / Sertifikat
+994 556688115
+994 706688115
Azərbaycan, Bakı şəh.
Sahil m., Zərifə Əliyeva 38