DÜNYA AZƏRBAYCANLI ALİMLƏR BİRLİYİ
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Safeguards” departamentində
“İnformasiya Sistemləri Yaradılması” şöbəsinin rəhbəri olmuşdur
İxtisası: İnformasiya Texnologiyaları
E-poçt ünvanı: b.sirajov@hotmail.com
1995-2021-ci illər ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) "Safeguards" departamentində həyata keçirilən proqram təminatı yaradılması üzrə layihələrdə iştirak etmiş, layihə meneceri, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışmışdır.
2006-cı ildə AEBA tərəfindən "Komanda İşinə Müstəsna Töhfəsinə Görə” (Outstanding Team Award) mükafatına layiq görülmüşdür.
2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə AEBA-nın Baş Direktoru Məhəmməd əl-Baradei və Agentliyin əməkdaşları, nüvə enerjisinin hərbi məqsədlərlə istifadəsinin qarşısının alınması və onun dinc məqsədlərlə təhlükəsiz istifadəsinin təmin edilməsi sahəsindəki mühüm xidmətlərinə görə Nobel Sülh Mükafatına layiq görülmüşlər.
Bəxtiyar Siracov da AEBA-nın digər əməkdaşları ilə birlikdə Nobel Sülh Mükafatına layiq görülənlər sırasındadır.
Diaspor fəaliyyətindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmişdir.