Müşavir

ƏRHUN BAXIŞ VÜSAL

Ərhun Baxış Vüsal oğlu -26 aprel 2005 ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan  olub.

2011-2022 ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbdə təhsil alıb.

2012-2019-cu illərdə Fuad Abdurrahmanov adına Şəki 1 saylı uşaq incəsənət məktəbinin Fortepiano ixtisasında təhsil alıb.2017 ci ildə  Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Şəki Regional Debat Mərkəzinin Məktəbli Debat liqasının üzvü olub və bir müddət məktəbli debat liqasının sədr vəzifələrini icra etmişdir.2021-ci il ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar Agentliyinin Şəki Regional ASAN Xidmət Mərkəzində könüllü olub fəaliyyətimn l dərəcəli sertifikat və aktiv fəaliyyətinə görə xüsusi təşəkkürnamə ilə bitirib.2022- ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olub.

Universitet daxilində fəaliyyət göstərən bir neçə təşkilatın idarə heyətinin üzvüdür.

Universitetdə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılan UNEC YENİ klub təşkilatının sədr müavinidir.

Eyni zamanda UNEC Debat klubu sədrinin xarici məsələlər üzrə müavinidir.

2023-cü ildə baş tutan Azərbaycan Üçün Öyrət layihəsinin təşkilatçısı olmuşdur.


Ölkə daxilində keçirilən 5 dən çox düşərgənin təşkilatçısı, idarə heyətinin üzvü olub.


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin eyni zamanda ARTİ nin birgə təşkilatçılığı ilə keçirilən SAF 2023 beynəlxalq layihəsinin  və Azərbaycan Müəllimlərinin XVl Qurultayının  könüllərlə işin tənzimlənməsi üzrə koordinatoru olmuşdur.

Hal hazırda Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin İnsan Resursları üzrə meneceridir.

 Eyni zamanda Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Milli Debat Proqramının təlimçisidir.

2021-ci ildə yaradılmış Baxış Qrupun təsisçisidir.

2024-cü ilin yanvar ayından etibarən Baxış Qrup sədrinin müşaviridir.


Təşkilatçılığı çox yüksəkdir.