"Azərbaycan Könüllülərinin İnkişaf Proqramı"

QEYDİYYAT

LAYİHƏ HAQQINDA

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə könüllülərin fərdi və peşəkar inkişafının təmin olunması, müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması, idarəetmə potensiallarının təkmilləşdirilməsi və karyera quruculuğunun formalaşdırılmasına dəstək məqsədilə “Azərbaycan Könüllülərinin İnkişaf Proqramına (AKİP)” start verilir. AKİP 3 ay müddətində davam etməklə könüllülərin yeni biliklərə yiyələnməsi, təşkilati idarəetmə, liderlik, ünsiyyət bacarıqlarının inkişafı, könüllü fəaliyyətinin səmərəliliyinin artırılması həmçinin karyera quruculuğu sahəsində formalaşmalarını təmin edəcək. AKİP - nın daxilində “Psixoloji hazırlıq”, Fərdi inkişaf”, “Karyera planlaması”, Layihələrin idarə olunması”, “Emosianal zəka”, “PR və SMM”, “Könüllülük” və bu kimi mövzuları əhatə edəcək təlim modulları yer alacaq. Bununla yanaşı könüllülər İttifaqın həyata keçirdiyi layihələrin idarə olunmasında birbaşa iştirak etmək imkanı əldə edəcəklər. Təlim modullarını uğurla başa vurub yüksək nəticə göstərən könüllülərə xüsusi sertifikat və hədiyyələr təqdim olunacaq, eləcə də növbəti mərhələdə karyera inkişafı istiqamətində dəstək göstəriləcək. Nəzərinizə çatdıraq ki AKİP – na qediyyat prosesi 4 mərhələli: “Qediyyat”, “Qəbul imtahanı”, “Video – müraciət” və “Müsahibə” olmaqla həyata keçiriləcək. Yalnız bütün seçim mərhələlərini uğurla keçmiş 30 Azərbaycan könüllüsü iştirakçı olmaq hüququ qazanacaq.




  • Vətəndaşlıq: Azərbaycan

  • Yaş aralığı: 20-26

  • Təhsil: Natamam ali / Ali

  • Könüllülük: AKTİ-yə üzv təşkilatlardan bir və ya bir neçəsində ən azı 1 illik könüllülük fəaliyyəti

  • Xarici dil: Qeyd olunan dillərdən ən azı 1-ni orta səviyyədə bilməli - ingilis, rus, fransız, alman

  • Yaşayış ünvanı: Bakı şəhəri (İstisna hal olaraq Sumqayıt şəhəri)

  • Sənəd: COVİD-19 Vaksin Sertifikatı və ya İmmunitet Sertifikatı