Bütün bunlar buna aid olan funksiyaların bir qismidir. Birinci funksiyada qeyd etdim ki, “özünə inamın yaranması”. Bu o demək deyil ki, sınaqda yüksək nəticə əldə etdikdən sonra özünə əmin olub heç bir dərs oxumayasan. Əksinə imtahan öncəsi sınaq hansı mövzuda zəif olduğunu ortaya çıxartmaq, zəif nöqtələrini gücləndirmək üçün nəzərdə tutulmuşdur. Məsələn, TOEFL imtahanı üçün sınaq imtahanı verərkən burada writing (yazı) və reading (oxu) bölmələrindən yüksək bal topladın, amma digər bölmələrdən az. Deməli bundan nəticə çıxardıb həmin bölmələri yenidən nəzərdən keçirtmək və nədə səhv etdiyini bilmək vacibdir.Bu rakursdan baxdıqda sınaq imtahanlarının bu sahədə böyük əhəmiyyəti vardır.