Sərraf Qasımın yazışmaları silsiləsindən

İLHAM HEYDƏR oğlu ƏLİYEV tərəfindən Sərraf Qasımın ünvanına göndərilmiş məktub

İlham Əliyev 2003-cü ilin avqust ayında Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunarkən bu münasibətlə onu öz şeirləri ilə təbrik edən ilk Azərbaycan şairlərindən biri Sərraf Qasım olmuşdur. Sərraf Qasımın bu şeirləri sonradan onun İlham Əliyevə və ümummilli lider Heydər Əliyevə həsr etdiyi “GƏRƏKDİ HEYDƏRLİ, İLHAMLI SÖZLƏR” adlı şeirlər kitabında  (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xüsusi razılğı əsasında) çap olunmuşdur. Bununla əlaqədar, İlham Əliyev də öz növbəsində elə həmin vaxt 2003-cü ilin avqust ayında göndərdiyi 756 nömrəli cavab məktubu vasitəsilə Sərraf Qasıma öz dərin minnətdarlığını bildirmiş, gələcək işlərində ona uğurlar arzulamışdır. Məktubun əsli hazırda Sərraf Qasımın şəxsi arxivində qorunur.  


* İlham Əliyevin məktubuna BAX (PDF) >>

 

* İlham Əliyevin məktubuna BAX (JPG) >>

 


* Sərraf Qasımın "GƏRƏKDİ HEYDƏRLİ, İLHAMLI SÖZLƏR” kitabına baxmaq üçün buraya daxil olun...>>

Qeyd edək ki, “Heydər Əliyevin ilk əmək fəaliyyəti”, “İlham Əliyevin isə adının (İLHAM sözündəki hərflərin) mənası” barədə indiyədək heç bir yerdə açıqlanmayan məlumatlar ilk dəfə poema və şeir şəklində bu kitabda səhifə 6-13-də və 46-51-də öz əksini tapmışdır.