1810: İlham adında hərflər

BU ADDA MƏNAYA, HİKMƏTƏ BAXIN

(İlham Əliyevin adında hərflərin mənası)

İLHAM ƏLİYEVİN ADINDA (“İ L H A M” söznüdə) HƏRFLƏRİN MƏNASI NƏDİR?

Fitrətdən yaranan, süzülən axın,

Adlar bir-birinə gör necə yaxin,

Bu adda mənaya, hikmətə baxın.

İ l h a m

L e y l a

H e y d ə r

A r z u

M e h r i b a n

ÖZÜNÜN, AİLƏSİNİN VƏ ÖVLADLARININ ADIDIR.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Adı rəmzi olan mənalı ailə

Haqdandı, hikməti ordan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Ailə ilə abad olar viranlıq,

Ailə ilə işıqlanar qaranlıq,

Bu ailə xalq üçün həm firavanlıq,

Yurdda böyük əmin-aman deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Verilmiş pərvəriş, vərdiş Allahdan,

Qismət olmuş nuru gərdiş Allahdan,

Ailəyə dahilik bəxşiş Allahdan,

Bu əlamət böyük nişan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Dərdə dərman hər bitəndən qoparma,

Bu ailəni bu Vətəndən qoparma,

Bu ailəyə heç vaxt həsəd aparma,

Haqq verib iqbaldan, xaldan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Bir kam gülüşüdü, bir kam gülüşü,

Zəfər gülüşüdü İlham gülüşü,

Heydər ideyalı İlham gəlişi

Xalqa ümid yeri, güman deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Gün gələr, şad edər səni, həm məni,

Yox edər Vətəndən o qara çəni,

Vətənə qənim o namərd düşməni,

İlham qovacaqdır, duman deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Düşmən yaxşı bilsin hərbi hədəmi,

Gün gələcək sağaldacaq zədəmi,

Vətənə qoyulan İlham qədəmi

Gələcək xoş dövran, zaman deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Qalmasın qəlblərdə kin-küdrət, nə şəkk,

Millət, gəlin yumruq kimi birləşək,

Düşmənin üstünə boran tək əsək,

İlham düşmən üstə boran deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

İlham! Bu gərdişə nə sirr qalmayaq,

Düşmən üstə mərddən kəsir qalmayaq,

Vətəndə didərgin, yesir qalmayaq,

Yurdda yurdsuz canda hicran deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Milyondan çox insan sürgündü, sürgün,

Vətəndə Vətənsiz ağlayır hər gün,

Əsirdi, yesirdi millət didərgin,

Torpaq, Vətən, yurd pərişan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

İlham yurdun xəyallara dalanı,

İlham qaytaracaq düşmən alanı,

Yox edəcək millət düşən bəlanı,

İlhamın gəlişi rəvan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Dəlidağda sən saç düşmən saçıncan,

Zirvə hanı Kəlbəcərcən, Laçıncan,

Gorda ağlar İbrahim xan, Pənah xan,

Əsir Şuşa, xan Natəvan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Ağdamın yaşayır kimlər içində,

Xankəndi gözləri nəmlər içində,

"Cıdır düz", "Daş altı" qəmlər içində,

Xuramanla Vaqif ətşan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Xəbər yoxdu Turşsu xəstə halıdan,

Şuşa dolayları, Qara salıdan,

Kaş yenə baxaydın sən Xocalıdan,

Görünən yer - yurd Əsgəran deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Füzulidi getsiz-gəlsiz, intizar,

Cəbrayıldı qalan elsiz, intizar,

Xanlıq qolu kəsik, əlsiz, intizar,

O Qubadlı, o Zəngilan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Özgə daşda fərən ötə min kərən,

Öz daşında gözəl oxur öz fərən,

Dostluqla Vətənə həvəs göstərən,

Gələn də, gedən də mehman deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Sən xəbər vermisən gərdişi-çarxda,

İlahi! Dost olmaz qoyun da, qurd da,

Qismət et yaşayaq düşmənsiz yurdda,

Vətən, torpaq, millət səhman deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Bu bir qələbəli səfərdi, səfər,

Əli pəri, Heydər pəridi bu pər,

Bir adı İlhamdı, bir adı Zəfər,

Allah rəhm edəndi, Rəhman deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Bu torpaq, bu yurddu şanlılar şanı,

Araz, Kür, Xəzərli bu mehribanı,

Cahanda tanıdan Azərbaycanı,

Heydər, İlham böyük ünvan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Allah verib yanar bir şam Vətənə,

Bəxş eyləyib zəfər, bayram Vətənə,

Başçı, komandanı İlham Vətənə,

İlham xalqa böyük imkan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Cahanda yaranmış Heydər bucağı,

Olmuşdur bəşərin sülh tutacağı,

Bəşəri isidən Heydər ocağı

Heydərli, İlhamlı məkan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Allahdadı göyün, həm yerin irsi,

Necədirsə sirli məhvərin irsi,

Eynən də elədir Heydərin irsi,

İlhamın əlində sükan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Heydərin kökündən bu ulu zatlı,

O dahi soyundan bu dahi qatlı,

Sərraf Qasım, rəmzi, hikmət busatlı

Bu ailə ümman, cahan deməkdi.

İ - “İlham”, L - “Leyla”, H - isə “Heydər”,

A - “Arzu”, M - “Mehriban” deməkdi.

Bu əsər, ilk dəfə Sərraf Qasımın 2005-ci ildə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xüsusi icazəsi əsasında çap olunan GƏRƏKDİ HEYDƏRLİ, İLHAMLI SÖZLƏR adlı şeirlər kitabında (səhifə 46-51 də) işıqlandırılmış və daha bu barədə mətbuat vasitəsilə (ilk dəfə "Səs" qəzetinin aşağıda göstərilən buraxılışında) ictimaiyyətə məlumat verilmişdir.