Cəfər və Fətullah dastanı

“CƏFƏR və FƏTULLAH” DASTANI

(Digər Naxçıvan aşıqlarının deyişməsi əsasında Sərraf Qasım tərəfindən yaradılmış aşıq dastanı)

* Bu dastan ilə bağlı professor Əsgər Qədimovun araşdırması (“Çağdaş Naxçıvan aşıqları” kitabının 2-ci cildi, səhifə 339-347) >>

* Bu dastan ilk dəfə aşağıdakı kitabda çap olunmuşdur:

“DƏRƏLƏYƏZ FOLKLORU”, 8-ci cild, səhifə 336-342 (331-337) - (Həsən Mirzə, Bakı, "Elm", 2006, 768 səh. ISBN 5-8066-1712-2) KİTABA BAX >>

* Qeyd edək ki, “Cəfər və Fətullah” dastanının düzüb-qoşan və hazırlayanı dastan iştirakçılarından biri sayılan Sərraf Qasımın özü olmuşdur. Sərraf Qasım bu dastanı yazdıqdan sonra onu müəyyən aşıqlara paylamış və dastan digər aşıqların dilindən səslənməyə başlamışdır. Buna görə də bu dastanı digər aşıqların şəxsi arxivində görən bəzi tədqiqatçılar, səhvən bu dastanın həmin aşıqlar tərəfindən hazırlandığı qənaətinə gəlmiş və dastanın əslində Sərraf Qasım tərəfindən hazırlanması barədə məlumatsız olmuşlar.