"SAZIN, SÖZÜN SƏRRAFI"
(Sənədli televiziya filmi)
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ (rəsmi sayt)
"SAZIN, SÖZÜN SƏRRAFI"
(Sənədli televiziya filmi)
Sərraf Qasımın 80 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Televiziyası tərəfindən xüsusi bir sənədli televiziya filmi hazırlanmışdır.
Sərraf Qasımın həyat və yaradıcılğı haqqında hazırlanmış "SAZIN, SÖZÜN SƏRRAFI" adlı bu televiziya filmi ilk dəfə 21.02.2020-ci il tarixdə və daha sonralar isə bir neçə dəfə təkrar şəkildə Naxçıvan Dövlət Televiziyası vasitəsilə yayımlanmıdşır.
Bu sənədli televiziya filminin müəllifi və baş redaktoru Naxçıvan Dövlət Televiziyasının şöbə müdiri Ruhiyyə Rəsulovadır.
Bu sənədli televiziya filmində Sərraf Qasımın həyat və yaradıcılığı haqqında məlumatlar verilmiş, eləcə də aşağıdakı şəxslərin Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər öz əksini tapmışdır:
Professor Əsgər Qədimov - Tədqiqatçı və folklorşünas alim, filologiya üzrə elmlər doktoru, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri (2020)
Aşıq Aydın Cəfərov - Tanınmış ustad aşıq və saz müəllimi
Maarif Təmkin - El şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Qüdrət Cəlilov - Aşağı Qışlaq kənd orta məktəbinin müəllimi
Sənədli filmin VİDEO versiyasını aşağıda təqdim edirik: