MƏNİ (Aşıq qardaş)

 

Aşıq Cumaya xitabən yazdığım şeir. 

 

Aşıq qardaş, dünya kimi,

Etibarsız bilmə məni.

Etmə dünya kimi dostluq,

Kitabından silmə məni.

 

Bizlərə əcəl gəlincə,

O fələk bizə gülüncə,

Varam dostluqda ölüncə,

Nəzərindən salma məni.

 

Mən Sərraf Qasımam səmim,

Yoxdur səndən qeyri kimim.

Dostluqda oldun müəllimim,

Dəvət etdin elmə məni.