ALLAH-ALLAH (Zikr)

 

Kamilliyə kamil dol ki,

Zikrin olsun “Allah-Allah”.

Haqqa qəlbən təslim ol ki,

Zikrin olsun “Allah-Allah”.

 

Qəlbi Allahsız uçurma,

Ölüncə zikirsiz durma,

Bağlılığı qəlbdən qırma,

Zikrin olsun “Allah-Allah”.

 

Sərraf Qasım, ömür ötür,

Allahı qəlbində bitir,

Allahı nəbzinə yetir,

Zikrin olsun “Allah-Allah”.

 

16.11.2012-ci il, Aşağı Qışlaq kəndi.